Atlas jurnalının may 2005-ci il sayında insan və digər məməlilərdə ananın biologiyasıyla əlaqədar bəzi məlumat və şərhlərə yer verildi. Aşağıda, əlaqədar yazılarda ortaya qoyulan təkamülçü yanılmalar, başlıqlar altında qısaca cavablandırılmaqdadır.
“Tarix əvvəli ana” yazısındakı təkamülçü yanılmalar
Təkamül yanılması ehtiva edən yazılardan birincisi, “Tarix əvvəli ana” başlığını daşıyırdı və Steven Mithenin “Ağlın tarix əvvəli” (Dost nəşrləri, 1999) adlı kitabından alınan bir hissəni ehtiva edirdi. Yazıda, körpənin doğum sırasındakı beyin həcminin insan və şimpanzedə nisbətən bir-birinə yaxın olduğu, ancaq doğum sonrası dövrdə, şimpanze körpənin beyninin çox az böyüməsinə qarşı insan körpənin beyninin dörd misli olacaq qədər iriləşdiyi məlumatı verilirdi. Yazıda bu məlumat üzərinə yaradılan təkamül nağılı yazılır və “insan təkamülünün hər hansı bir dövründə dişilər ancaq nisbi ölçüdə kiçik beyinli körpələr doğa bilirdilər” ifadəsinə yer verilirdi.
Ancaq bu iddia tamamilə, spekulyativdir və beyin həcmi inkişafı mövzusuyla əlaqədar olaraq ortaya qoyulan bir “şərh”dən ibarətdir. Bu mövzuda daha əvvəl “Hürriyet” qəzetində nəşr olunmuş bir iddiaya cavabımızı buradan oxuya bilərsiniz.
Mithenin təkamüllə uyğunlaşdırıldığı bir başqa tip məlumat isə, Neandertalların inkişafı ilə əlaqədar olanıdır. Mithen, Neandertal uşaqların olduqca sürətli şəkildə böyüdüklərini və fosil qeydlərində müasir insanlarda uşaq inkişafının ilk insanlara nisbətlə daha uzun olduğunu iddia etməkdədir. Ancaq bu iddiasına dayaq olaraq qarşıya qoyduğu Neandertal uşağı fosilinin yalnız 4-5 sümükdən ibarət olduğunu (insan bədənində 212 sümük mövcuddur) özü ifadə etməkdə, bu iddianın nə cür etibarsız və şərhə açıq tapıntılara əsaslandığını gözlər önünə sərmiş olmaqdadır. Ayrıca Neandertal uşaqlarının inkişafı ilə əlaqədar son bir çalışma və bunun ardından gələn mütəxəssis şərhləri, bu iddianın təkamülçülər arasında da qəbul görmədiyini gözlər önünə sərməkdədir.
(Bu mövzuda baxın: http://www.netcevap.org/ntvmsnbc040429.html)
Nənə fərziyyəsi ilə əlaqədar təkamülçü yanılma
Yazılardan ikincisi isə “Nənə fərziyyəsi: Menopozun təkamülü” başlığını daşıyırdı. Qadının törəmə funksiyalarının sona çatmasının, məməlilərdə yalnız insan dişilərdə görüldüyü ifadə edildikdən sonra menopozun uşaqlar və gənclərin yetişdirilməsi baxımından təmin etdiyi imkanlar və bunlar sayəsində cəmiyyətə təmin edilən faydalara diqqət çəkilirdi.
Buna görə qadınların, menopoz sonrası dövrdə özlərini nəvələrin və gənc fərdlərin yetişdirilməsinə həsr etdiyi, bu sayədə uşaq ölümlərinin azaldığı, nənələrin qızlarının doğurqanlığının artdığı və ortalama ömrün uzandığına dair məlumatlara yer verilirdi.
Ancaq bütün bu kimi faydaların sıralanması, yazının başlığında verilən təkamül iddiasını heç bir şəkildə dəstəkləməməkdədir. Burada edilən şey, menopozun bəzi faydalarına işarə etməkdən ibarətdir. Bunun isə menopozun sözdə təkamülünə dair izah meydana gətirmədiyi, fizioloji olaraq belə bir dəyişmənin necə yaşanmış ola biləcəyinin göstərilmədiyi açıqdır.
Menopozun təkamülü iddiası, təkamül bioloqları tərəfindən bir doqma olaraq mənimsənməkdədir və bu kəslər menopozun faydalarını ifadə etməklə ortaya qoyduqları iddialarını etibarlı etdikləri zənninə qapılmaqdadırlar. Halbuki bu, elmi olaraq keçərli yanaşma ola bilməz. Necə ki, “Nature” jurnalının redaktoru və paleontoloq Henry Gee, təkamül bioloqlarının bu yanaşmasını bu sözlərlə tənqid etmişdir:
“Burnumuz eynək daşımaq üçün düzəldilmişdir, beləcə eynək istifadə edə bilərik.” Təkamülçü bioloqlar hər hansı bir quruluşu, faydalı hala gələn bir adaptasiya olaraq şərh etdiklərində hələ tamamilə bu məntiqdə hərəkət etməkdədirlər, amma bu faydanın, bir quruluşun necə təkamülləşdiyi ya da gerçəkdə bir quruluşun təkamüllü tarixinin bu quruluşun şəkil və xüsusiyyətlərini necə təsir etmiş ola biləcəyi haqqında bizə heç bir şey söyləyə bilməyəcəyini görə bilməzlər”1
Qısacası, Nənə fərziyyəsini müdafiə edən araşdırmaçılar, menopozun cəmiyyət baxımından bəzi faydalarını dəlilləndirməkdə, ancaq menopozun necə təkamülləşmiş ola biləcəyinə dair heç bir elmi şərh gətirməməkdədirlər. Bu səbəblə Atlas jurnalında tanıdılan fərziyyə, təkamül nəzəriyyəsi üçün elmi dəstək meydana gətirməməkdədir.
Analığın gerçək mənşəyi
Atlas jurnalının bu xəyali fərziyyələri, tamamilə çürük təməl üzərinə inşa edilmişdir. Çünki anaların varlığı, cinsiyyətin mənşəyi mövzusuyla əlaqədardır ki, bu mövzu təkamül nəzəriyyəsinin nə cür böyük yanılma olduğunu başlı başına göstərməyə çatmaqdadır. Təkamül nəzəriyyəsi, cinsli törəmənin cinssiz törəmədən təkamülləşdiyini fərz edər. Bilindiyi kimi, cinssiz törəmədə cinsiyyət olmaz və canlı, özünün bir nüsxəsini çıxarmaq yoluyla çoxalar. Cinsli törəmədə isə kişi və dişinin biologiyası bir-biriylə tam uyğun strukturlardır və birinin olmaması vəziyyətində digərinin varlığı mənasızdır. Bu səbəblə cinsli törəməklə əlaqədar bütün sistemlərin erkək və dişi olaraq, eyni anda və qüsursuz olaraq var olmaları şərti ortaya çıxar. Təkamül nəzəriyyəsini açıqca yalanlayan bu vəziyyət, Uca Allahın cinsiyyətləri (və analığı) yaratdığını ortaya qoyar.
Nəticə:
Görüldüyü kimi, Atlas jurnalında yer verilən bu yazılar, tamamilə təxəyyülünə söykənən fərziyyələrdən ibarətdir və təkamül nəzəriyyəsini elmi olaraq dəstəkləyici heç bir istiqamətləri yoxdur. Atlas jurnalına, xəyali nağıllarla davam etdirdiyi darvinizm təbliğatına son verməsini tövsiyə edirik.
1) “IN SEARCH OF DEEP “TİME”, Beyond the Fossil Record to a New Hıstory of Life”, Henry Gee, The Free Press, A Division fo Simon