“Cumhuriyet Bilim Teknik” (CBT) jurnalının 20 dekabr 2003-cü ildəki sayında “Dişilər təkamülün qabaqcıllarıdır” başlıqlı yazı nəşr olundu. “Science” jurnalında nəşr olunan iki araşdırmanı xəbər edən yazıda, pavianları (meymun) izləyən araşdırmaçıların dişi pavianların sosiallaşmadakı roluyla əlaqədar müşahidələri və bu mövzudakı təkamülçü iddiaları təlqin edildi.

 

İlk çalışmaya görə, erkəklər digər qruplara qatılıb daha qısa müddətli əlaqələr qurarkən, dişilər doğulduqları qrupda qalır və bir-birləriylə həyat boyu sürən, birləşmə və əməkdaşlıq ehtiva edən bağlılıqlar qururdular. Araşdırmaçılar; güclü, ictimai bağları olan dişi pavianların daha çox yetkin balaya sahib olduğunu ifadə edirdilər. İkinci qrup araşdırmaçı isə fərqli ailələrdən ibarət olan bir qrupdakı dişi pavianların, ailə içi status dəyişməsi ilə ailədən kənar status dəyişməsi arasında ayrım edə bildiyini və bu iki vəziyyətə fərqli reaksiyalar göstərdiyini ifadə edirdilər.

Yazıda bu iki araşdırma təkamülçü dünyagörüşündən şərh olunur və ictimai bağları güclü dişilərin, böyük ehtimalla qrup içi koqnitiv [*] qabiliyyətlərin təkamülünə iştirak etmiş ola biləcəyi iddia edilirdi.

Ancaq bu təkamül iddiaları darvinizmə hər hansı elmi dəstək yaratmır.

Canlıların ictimai bağlarının möhkəmliyiylə koqnitiv qabiliyyətləri arasında əlaqə vardır əlbəttə, ancaq bu araşdırmalarda əldə edilən məlumatları şərh etmədə “təkamül” etiketinə müraciət edilmiş olması, canlıların ortaq atadan təkamülləşdiyini iddia edən təkamül nəzəriyyəsinə hər hansı elmi dayaq meydana gətirməməkdədir. Fərdlərə köməkləşmə, əməkdaşlıq və qorunma baxımından həyati üstünlüklər təmin edən ictimai bağlar, davranış meylləri üzərində təsirli ola bilər, bunun yanında ictimai təcrübə təcrübəsi qazandıraraq daha ictimai fərdlərin koqnitiv qabiliyyətlərinə təsir edə bilər. Ancaq bunlar, növ içi davranışlarla məhdud olan və bir canlının təsadüfi mutasiya və təbii seleksiya ilə başqa bir canlıya çevrilməsi iddiasına əsaslanan bioloji təkamül hekayəsinə heç bir dəstək verməyən faktorlardır.

 

CBT-də bu məlumatların təkamül etiketi ilə təlqin edilməsi, bütün canlıların ortaq atadan təkamülləşdiyini iddia edən darvinist elm adamlarının sistemli şəkildə davam etdirdikləri təbliğat taktikasının son nümunələrindəndir. Materialist fəlsəfəni mənimsəmiş elm adamları və onlarla eyni fəlsəfəni paylaşan yayım quruluşları (CBT kimi), bu sayədə öz inanclarını elmi örtüyü altında kütlələrə söykəməyə çalışmaqdadırlar.

CBT rəhbərlərini bu taktikanı tətbiq etməyə son verməyə və müasir elmin tapıntılarıyla təsdiqlənən yaradılış gerçəyini qəbul etməyə dəvət edir, materializm yanılmasını tərk etmələrini diləyirik.

 

 

[*] Tanımayla, məsələn, bu araşdırmada ailə içi və ailədən kənar fərdlərin status dəyişməsi arasında ayırd etmə qabiliyyətiylə əlaqədardır.