“Sabah” qəzeti köşə yazarı Emre Aköz, 6 avqust və 10 avqust tarixli yazılarını təkamül nəzəriyyəsinə ayırdı. Emre Aköz, “mədəniyyət səviyyəsi yüksək insanların belə nəzəriyyəni səhv anladıqlarını və özünün bəzi səhv anlamaları aradan qaldırmaq üzrə ortaya çıxdığını” yazırdı. Halbuki, özü də əhəmiyyətli səhv anlamalara qapılmış vəziyyətdə idi.
Hörmətli Aközün 6 avqust 2003-cü il tarixli yazısı “Qadınlar təkamül keçirdimi?” başlığını daşıyırdı. Aköz dost söhbətlərində qulağına gələn bəzi təkamülçü yanılmalara toxunur, bunlara dair bəzi şərhlər gətirirdi. Verdiyi nümunələr 1960-cı illərdən bu yana qadınların bədənlərinin ortalama 36-dan 40-a çıxmasıyla, yuxu əsnasında yataqdan düşər kimi olub oyanmaqla əlaqədar idi. Aköz bu nümunələrdə biri köşə yazıçısı, digəri isə Boğaziçi universitetindən məzun “ağıllı, mədəni” şəxslər olan iki yoldaşının səhvlərini düzəldirdi.
Bir köşə yazarı qadınların bədənindəki fiziki dəyişikliyə baxaraq qadınların “təkamül keçirdiyini”; yoldaşı da yuxu sırasındakı ani oyanışların “vəhşi heyvanlardan qorunmaq üçün yüksək yerlərdə yatan atalarımızdan qalan refleks olduğunu” izah etmişdi. Hörmətli Aköz də bu nəticələrin elmin qanunlarına zidd olduğunu yazır, həyat boyunca qazanılmış xüsusiyyətlərin genetik dəyişikliyə əsaslanmadıqca təlqin edilməyəcəyini vurğuladı.
Aköz qısa yazısında hər iki inancın heç bir şəkildə elmi dayağı olmayan xurafatlar olduğunu müvəffəqiyyətli şəkildə ortaya qoyurdu. Ancaq bir mərhələ sonrasında yazarın yanılmaları ortaya çıxırdı.
Aközün 10 avqust 2003-cü il tarixli yazısı “Təbiətlə kor görüş” başlığını daşıyırdı. Yazının giriş cümlələrindən, Aközün, ilk yazısını “mövzunu işıqlandırma” baxımından kafi olmadığı aydın olurdu:
“Bu yaxınlarda burada “təkamül”dən danışdıq. Ancaq həm bəzi oxuculardan gələn mesajlar, həm də yoldaşlarla etdiyimiz danışıqlar; universitet məzunu, ağıllı, ümumi mədəniyyət sahibi şəxslərin də mövzunu qavramaqda çətinlik çəkdiyini göstərdi. O halda sadə bir şəkildə mövzuya toxunaq”
Ancaq irəliləyən sətirlərdə mövzunu işıqlandırma niyyətində olan Aköz müxtəlif yanılmalar ortaya qoyurdu. Çünki Aközün verdiyi nümunə, komplekslik artımıyla əlaqədar deyildi. Aközün nümunəsini araşdırmağa başlamazdan əvvəl, canlılardakı kompleksliyi təyin etmək və buna təkamül nəzəriyyəsinin gətirməyə çalışdığı şərhləri ələ almaq faydalı olacaq.
Kompleksliyin tərifi və təkamül nəzəriyyəsi:
Orqanizmlərdə yüksək səviyyədə komplekslik görülər. Çağımızdakı elmi tapıntılar, mövcud məlumatlarımızın canlılardakı kompleksliyi gerçək mənada qavramada çox məhdud olduğunu ortaya qoymaqdadır. Bu kompleksliyi anlamaq, canlılığın necə ortaya çıxmış ola biləcəyini qiymətləndirmədə son dərəcə kritik əhəmiyyət daşıyar. Kompleks sistem belə təyin olunar:
“Kompleks bir sistem, bir-biriylə əlaqə halında olan çox sayda sadə parçadan meydana gəlir və ətrafıyla xəbərdarlıq içində olub, bunun nəticəsində iç quruluşunu tənzimləmə qabiliyyətinə malikdir. Kompleks bir sistemin xarakteristik xüsusiyyəti, özünü meydana gətirən parçalar arasında, xüsusi vəziyyətlərdə uyğun, kompleks və zəngin xüsusiyyətli davranışlar ortaya çıxara bilən və xətti olmayan əlaqələr ortaya qoymasıdır. Bu davranışlar tək alt sistemlərə aid edilə bilməz və daha çox kollektiv təsir göstərərlər: Bir başqa deyişlə hamısının, parçaların cəmindən daha çoxunu ifadə etdiyi aydın olmaqdadır.” 1
Canlılardakı komplekslik təkamül nəzəriyyəsi üçün böyük doqmadır. Bilindiyi kimi bu nəzəriyyə, sadə hüceyrə ilə məhdud həyatın zamanla daha kompleks strukturlar qazanaraq günümüzdəki növlərə çevrildiyini fərz edər. Buna görə qol, ayaq, mədə, ürək, beyin kimi kompleks orqanlar və sinir sistemi, həzm sistemi, tənəffüs sistemi kimi sistemlərin hamısı mərhələli müddətdə ortaya çıxmış olmalıdır. Bu xəyali müddətdə “daha əvvəl bənzəri görülməmişdir” saysız bioloji quruluş, növlərin DNT-sinə yeni genetik məlumatların əlavə olunmasıyla ortaya çıxmış qəbul edilir.
Təkamül nəzəriyyəsini müdafiə edən birinin, mütləq olaraq, canlıların DNT-sinə yeni genetik məlumat əlavə edən təbii mexanizmin varlığını da ortaya qoyması lazımdır. Halbuki bir orqanizmin, əvvəldən sahib olmadığı yeni genetik məlumatlar qazandığı və komplekslikdə artım görüldüyü BİR TƏK NÜMUNƏ YOXDUR.
Darvinizmin 20-ci əsrdəki ən təsirli müdafiəçilərindən biri və Harvard universiteti zooloqu olan Ernst Mayr bu gerçəyi belə etiraf edər:
“Mərhələlər nəticəsi təkamüllü yeniliyin ortaya çıxdığına dair açıq bir dəlil yoxdur”2
İndi Aközün nümunəsinə keçə bilər və bunun niyə təkamül nəzəriyyəsinə dəlil olmadığını göstərə bilərik.
Hörmətli Aközün komplekslikdə azalmanı təkamül zənn etmə yanılması
Emre Aköz, “təkamül məlumatları”na mutasiyayla başlamaqdadır. Mutasiyanın “səbəbi tam bilinməyən dəyişiklik və sıçrayış” olaraq təyin etməkdədir. Halbuki, bu təyinlərin ikisi də səhvdir. Mutasiyanın, radiasiya və ya zəhərli kimyəvilər kimi xarici təsirlərlə ya da DNT köçürülməsi əsnasındakı səhvlərlə ortaya çıxdığı bilinməkdədir. Daha da əhəmiyyətlisi Aköz mutasiyanı bir “sıçrayış” olaraq təyin etməklə oxucuda mutasiyanın genetik məlumatda sıçramağa və təkamülə gətirib çıxaracağı kimi təəssürat buraxmaqdadır. Halbuki, bilinən minlərlə mutasiya genetik məlumatda daim azalma ortaya qoyar, onu inkişaf etdirməz.
Aköz, daha sonra mutasiyaya məruz qalmış insanın gözlərini itirə biləcəyini, indiki vaxtda möhtac insanların kömək aldığını və bu insanın həyatda qalması vəziyyətində gözləri görməyən bir insan soyunun ortaya çıxacağını izah etməkdədir. Aközün burada gözdən qaçırdığı əhəmiyyətli nöqtə, göz itkisinin genetik məlumatda artımla deyil, “itkin”lə əlaqədar olduğudur. Verdiyi nümunə komplekslikdə bir artım ortaya qoymadığı üçün (belə bir nümunə yoxdur) yeni orqanların, sistemlərin və nəhayət növlərin ortaya çıxa biləcəyini irəli sürən təkamül nəzəriyyəsiylə əlaqədar deyil. Təkamül nəzəriyyəsi yoxuş yuxarı genetik dəyişmə tələb edərkən, Aköz yoxuş aşağı genetik dəyişmədən danışmaqdadır.
Bir bənzətmə edəcək olsaq Hörmətli Aközün kompüteri yerə düşə bilər və bəzi hissələri qırılıb qopa bilər. Ancaq bu qəza kompüteri daha funksional hala gətirməz, onu pozar.
Gözləri itmiş bir insan soyunun ortaya çıxışını “təkamül” olaraq xarakterizə etmək, yerə düşən bu kompüterin bənzər qəzalarla uzun zaman içində daha sürətli və daha çox funksiyaya sahib bir kompüterə çevrilə biləcəyini müdafiə etmək kimidir. Hər ikisi də əsassızdır.
Hörmətli Aközün “Qoruma altında təkamül” səhvi
Hörmətli Aköz gözləri görməyən insan soyunu guya “təkamülləşdirərkən” “necə olur ki, indiki vaxtda kor insanlar kömək ala bilir, buna görə bu soy davam edə bilər” şəklində bir yanaşma ortaya qoymaqdadır. Aközün bu ifadəsi öz içində tutarlı ola bilər, ancaq bunun təkamülə nümunə verərkən istifadə edilməsi əsassızdır.
Belə ki, Aköz təbiətdə milyonlarla illik müddətdə təkamül olduğu iddiasına nümunə olaraq, baxım altına alınmış xəstə insanı göstərməkdədir. Halbuki, təbiətdə xəstə fərdləri baxım altına alaraq təkamülləşdirən bir mexanizm yoxdur.
Məsələn, təkamül nəzəriyyəsinin quşlarla əlaqədar ssenarisinə görə bütün quşlar sürünənlərdən təkamülləşmişdir. Bu iddia tək bir elmi dayaqdan məhrumdur, ancaq nəzəri baxımdan da qüsurludur. Bunu qısaca belə izah edə bilərik:
Bu xəyali inkişaf müddətində canlılar yarım qanad daşıyacaq və mütləq olaraq normal hərəkətləri də kəsilməyə məruz qalacaq. Havada uça bilmədikləri kimi quruda normal hərəkət də edə bilməyəcəklər. Şübhəsiz, bu canlılar ovçulardan qorunma, bəslənmə, cütləşmə kimi kritik həyati fəaliyyətlər baxımından həyati çətinliklər çəkəcəkdir. Ancaq açıqdır ki, bu canlılar, kor insanların baxıma alındığı xəstəxanalardan ya da onlara təmin edilən asanlıqlardan məhrum olacaq.
Görəsən, hörmətli Aköz yarım qanadlı canlılar üçün necə bir qoruma təklif etməkdədir? Əlbəttə, hörmətli Aközün bu suala verə biləcəyi məntiqli cavabı ola bilməz. Təbiətdə sürünənlərə mərhələlərlə qanad əlavə edə biləcək və bir tərəfdən də ətrafda onu bu yarım qanadların irəlidə faydalı olduğunu hesablayaraq qoruyacaq mexanizm yoxdur. Əgər Aköz təkamül nəzəriyyəsinə, yazılarında əks etdirdiyi kimi “elmi” dünyagörüşü qazandırmaq istəyirsə, mövzunu tutarlı nümunələrlə qiymətləndirməlidir, əks halda bu nümunədə görüldüyü kimi yanılacaq.
Emre Aközün üstünlüyü təkamülə dəlil kimi göstərmə səhvi
Hörmətli Aköz sözü nəhayət insanın mənşəyinə gətirməkdə və “insanoğlu da belə milyonlarla illik təkamülün nəticəsində ortaya çıxdı” deməkdədir.
Burada hörmətli Aközə xatırlatmaq istəyirik. Özü yazısının sonuna qeyd düşərək bir mövzunu xüsusilə vurğulamaqdadır:
“Buradakı məqsədimiz müdafiə etmək deyil, onun nə cür bir şey olduğunu ortaya qoymaqdır”
Yaxşı. Amma elmi dayaqdan məhrum xəyali bir iddianı köçürərkən dili keçmiş zaman kimi istifadə etmək, bu məqsədin səhv başa düşülməsinə səbəb ola bilər. Belə ki, müdafiə etmək istəmədiyini ifadə etdiyi bir nəzəriyyəni əslində kor-koranə dəstəkləyirmiş təəssüratı verə bilər. Buna görə Hörmətli Aközün bundan sonrakı yazılarında “Təkamül nəzəriyyəsinin fərziyyəsinə görə….” qəlibindən istifadə etməsi, açıqladığı məqsəd baxımından daha doğru olar qənaətindəyik.
Emre Aköz insanın milyonlarla il sonunda ortaya çıxdığı iddiasını təlqin etdikdən sonra insanın əhəmiyyətli üstünlüyə sahib olduğunu vurğulamaqdadır. Aköz, insanın mədəniyyət qazanma qabiliyyətinə sahib və bu mədəniyyəti dili sayəsində sonrakı qurşaqlara köçürə bilən bir varlıq olaraq ifadə etməkdədir.
Hörmətli Aköz bu vəziyyəti bioloji təkamüllə necə əlaqələndirməkdədir, görəsən? Üstünlüyü təyin etmək, mənşəyi göstərməz. Məsələn, insanın əllərindən təsirli şəkildə istifadə edə bilmə üstünlüyü vardır, amma bunu söyləmək əllərin təkamüllə ortaya çıxdığını göstərməz.
Hörmətli Aközün gen mühəndisliyini təkamüllə uyğunlaşdırma yanılması
Emre Aköz yazısının sonunda yanıldıcı təkamül təbliğatlarından təsirləndiyini göstərən bir nümunə verməkdədir. Genlərə müdaxilə nəticəsində, irəlidə bir gün, yazısında nümunə verdiyi, mutasiyayla gözünü itirən insanın müalicə edilərək təkrar görmə qabiliyyətinə qovuşdurula biləcəyini yazmaqdadır. Sonrakı sətirlərdə bunları ifadə etməkdədir:
“Təbii ki, bu vaxt başqa müdaxilələr də edilə bilər. Məsələn, yeni elm və yeni texnologiya dörd qollu insanlar da çıxara bilər. Halbuki belə bir şey köhnədən ancaq genlərdəki şüursuz, özbaşına sıçramalarla [!] olurdu”
Burada Emre Aköz, keçmişdə sıçramalarla dəyişikliklər yaşanmış da bunlar elmi olaraq təyin olunub kataloqlanmış kimi ifadə istifadə edir. Özünə ədəbiyyatda belə tək bir nümunə olmadığını xatırladırıq. Həm də bu kimi qəti ifadələrdən qaçsa, dəlil tələb ediləcək bir vəziyyətin özünü salacağı çətinliklərin indidən qarşısını almış olacaq.
Bu xəyali (təkamüllü) sıçramaların indiki vaxtda gen mühəndisliyiylə mümkün olacağını müdafiə etmək də tutarlı deyil. Təkamül nəzəriyyəsi şüursuz, məqsədsiz, kor təbiət hadisələrinə əsaslandığı halda gen mühəndisliyi şüurlu, məqsədli və hazırlanmış bir müddətdir. Mövzularında mütəxəssis elm adamları güc (pul), imkan (laboratoriya və s.) və məlumatdan istifadə edərək müəyyən bir məqsəd istiqamətində və şüurlu olaraq genləri dəyişməkdədirlər. Bu cür təcrübələr həyatın təməlində təsadüfi və məqsədsiz təbiət hadisələri olduğunu müdafiə edən təkamül nəzəriyyəsini deyil, həyatın kompleks olduğunu və ancaq şüurlu dizaynerin müəyyən məqsədə istiqamətli müdaxiləsi nəticəsində ortaya çıxacağını müdafiə edən şüurlu dizaynı sübut edir ki, bu da bütün canlıları Allahın yaratmasıdır.
Bir inşaat firması tərəfindən tikilən göydələnin, təbii müddətlərlə bir göydələn yaranacağı inancına dayaq təmin etməyəcəyi kimi.
Nəticə:
Aydın olan odur ki, “təkamülü qavramaqda çətinlik çəkən universitet məzunu, ağıllı, ümumi mədəniyyət sahibi” şəxslərin içində Hörmətli Emre Aközün özü də var. Özünə bundan sonrakı təkamül mövzusunda şahid olduğu təkamül yanılmalarını yuxarıda verdiyimiz dünyagörüşüylə qiymətləndirməsini tövsiyə edirik. Beləliklə, həm özünü, həm də başqalarını doğru məlumatlandırmış olacaq. Əgər diləsə, təkamüllə əlaqədar maraqlandığı mövzularda ona kömək ola bilər və elmi tapıntıların niyə təkamül yerinə yaradılışı göstərdiyini məmnuniyyətlə izah edərik. Nəticədə həm saytımızın, həm də özünün məqsədi eynidir: Təkamül nəzəriyyəsi haqqında insanları “doğru məlumatlandırmaq”…
1) http://www.cea.uba.ar/aschu/intro.html
2) Mayr E., 1988, səh. 529-530