“Hürriyet Pazar” jurnalının 17 aprel 2005-ci ildəki sayında “Təbiətin 10 nəhəng kəşfi” başlıqlı yazı nəşr olundu. “Hürriyet Bilim” redaktoru Hikmət B. Çağlayan tərəfindən “New Scientist” jurnalından yığılan yazıda, təbiətdən yeni bioloji strukturlar və sistemlər icad edən bir varlıq olaraq danışıldı. Beyindən gözlərə, simbiozdan fotosintezə qədər uzanan 10 orqan və sistemin təkamüllə ortaya çıxdığı nağılı izah edildi. Edilən şey, hər vaxt olduğu kimi, gerçəkdə heç bir elmi tapıntı və dəlil göstərmədən bir doqma olaraq başdan doğru qəbul edilən təkamül nağılları izah etməkdən ibarət idi. Aşağıda “New Scientist”, “Hürriyet Pazar” və Hikmət Çağlayanın təbiətə yaradıcı güc aid etmə yanılmaları cavablandırılmaqdadır.
Təkamülçülərin saxta ilahı: Təbiət
Təkamülçülər təbiətdəki üstün dizaynın bir Yaradıcının əsəri olduğu gerçəyini qəbul etməkdən qaçmaqla bərabər, həyatın davamını mümkün edən bioloji dizayn qarşısında heyranlıqlarını dilə gətirməkdən özlərini ala bilməzlər. Ancaq bunu edərkən təriflər yağdırdıqları dizaynı, saxta bir ilaha aid edərlər. Bu saxta ilahın adı “Təbiət”dir. Ümumiyyətlə, Təbiət ana şəklində başlayan cümlələrlə, təbiətdən şəxsiyyət və ağıl sahibi varlıq kimi danışarlar. Təkamülçülərin izahatlarına görə bu saxta ilah canlılara sözdə şəfqət etməkdə, onlara ehtiyacları olan orqanları verməkdə, həyatın davamlılığını təmin etməkdədir.
Təbiətdə çox açıq bir mükəmməllik, dizayn vardır. Ancaq bunun təbiətə aid edilməsi çox axmaqlıqdır. Söz gəlişi insana zövq verən bir tablo bir rəssamın varlığını göstərir. Mükəmməl bir sənət əsəri olan bir tablo araşdıran biri tablodan aldığı zövqlə “boyalar nə gözəl şəkillər çəkmiş, nə gözəl naxışlar yaratmışdır” deməyəcək. Boyaların öz başlarına şəkil etməyə heç bir gücləri olmadığı, bir rəssam tərəfindən şüurlu olaraq tətbiq olunduqları ortadadır.
Eyni şəkildə təbiət də üstün ağıl sahibi bir Yaradıcının varlığını göstərir. Qaya, torpaq, hava və su kimi cansız maddələrdən meydana gələn təbiət; həyatın davamı üçün lazımlı təbiət qanunlarını, həyatın təməlində olan “məlumat”ı, bir-birindən üstün dizaynlarla təchiz edilmiş milyonlarla canlı növünü, bir tovuzquşunun tüklərindəki mükəmməl rəng və naxışları və özünü maraqlanıb araşdıran elm adamlarını var edə bilməz. Təbiət, içindəki bütün canlı və sistemlərlə bütün bunları yaratmağa güc çatdıran, sonsuz qüdrət və ağıl sahibi bir Yaradıcının varlığını işarə edər. Allah sonsuz məlumat və qüdrətiylə təbiəti var etmişdir və hər an dəstək olmaqdadır.
Elmi görünüşdə davam etdirilməyə çalışılan bir yalan
“Hürriyet Pazar” yazısını oxuyanlar, yazıdakı elmi terminlərin varlığına baxaraq bunun elmi bir yazı olduğunu əsla düşünməməlidirlər. Təbiətə yaradıcı güc aid etmə davranışı, kökünü elmdən deyil fəlsəfədən alan bir davranışdır. “Hürriyet Pazar”ın səhifələrində yer tapan təkamül nəzəriyyəsi, dayağını elmi tapıntılardan deyil, elmi materializm adı verilən və elm adamları tərəfindən bir ideologiya olaraq müdafiə olunan düşüncədən alır. Bu ideoloji əlaqə, özü də bir materialist olan məşhur genetik Richard Lewontinin bu sözlərində ortaya çıxmaqdadır:
Bizim materializmə olan bir inancımız var, “a priori” (əvvəldən qəbul edilmiş, doğru fərz edilmiş) bir inancdır. Bizi dünyaya materialist izah gətirməyə məcbur edən şey, elmin üsulları və qaydaları deyil. Əksinə, materializmə olan “a priori” bağlılığımız səbəbiylə, dünyaya materialist izah gətirən araşdırma üsullarını və anlayışları hazırlayırıq. Materializm mütləq doğru olduğuna görə də, İlahi izahın səhnəyə girməsinə icazə verə bilmərik.” (Richard Lewontin, The demon-Haunted World, The New York Review of Books, 9 yanvar, 1997, səh. 28)
“Hürriyet Pazar”da “Təbiət”dən, kəşflər edən, yeni orqanlar, yeni sistemlər inkişaf etdirmə gücünə sahib bir varlıq olaraq danışılması, elmi görünüşdə davam etdirilən bir aldatmadır. Həqiqətdə, yazıda sayılan; cinsiyyət, fotosintez, beyin, gözlər, super orqanizmlər, parazitlik, simbioz, danışma, ölüm və çox hüceyrəli həyatın təkamüllə ortaya çıxdığına dair ən kiçik bir təcrübi dəlil yoxdur. Lewontinin etiraf etdiyi kimi materializm doğru qəbul edildiyi üçün təbiət tarixi bu fəlsəfəyə uyğun olaraq yazılmaqdadır və bütün bunların elmin özüylə heç bir əlaqəsi yoxdur.
“New Scientist”, “Hürriyet Pazar” və Hikmət B. Çağlayana, təbiətin heç bir yaradıcı gücünün olmadığını qəbul etmələrini tövsiyə edir, elm görünüşü altında davam etdirdikləri ideoloji təbliğata son verməyə çağırırıq.
“Hürriyet Pazar”ın təbiət ana nağıllarına cavablar:
- Cinsiyyət: “Hürriyet Bilim”, cinsiyyətlə əlaqədar heç bir təkamüllü şərh edə bilmədiyini özü etiraf edir.
- Beyin: Beyin, dünyanın ən inkişaf etmiş kompüterlərinin də müqayisə edə bilməyəcəyi bir əməliyyat tutumuna malikdir. Dünyada məşhur IBM firmasının texnologiya müdiri Kerry Bernstein, MSNBC.com-da nəşr olunan “Beyin kompüterlərə dərs öyrədir” başlıqlı xəbər-reportajda, IBM mərkəzində hər il nizamlı olaraq neyroloqların iştirakıyla konfranslar təşkil etdiyini və mühəndislərini beyindəki dizayn mövzusunda məlumatlandırdığını ifadə etməkdədir. Bernstein beyindəki işləmənin eynilə təqlid edilməsinin mümkün olmadığını belə ifadə etməkdədir:
“Beyində fövqəladə bir paralellik hakimdir. Yəni tək bir bit məlumat, bir anda tam 100.000 neyrona yayıla bilir. Beləcə beyin, bilinən ən sürətli kompüterdən yüz minlərlə qat daha sürətli olur. Bizim isə bunu elektronikada reallaşdıra bilməyimiz mümkün deyil.”
Həyatımızın davamı üçün hər an saysız əməliyyat edən, kompüter mühəndislərini də heyran buraxan belə üstün sistemin təsadüfi və məqsədsiz bir müddətdə inkişaf etdiyinə inanmanın ağıl və məntiqi tamamilə tərk etmək mənasını verdiyi açıqdır. (Bu mövzuda baxın: http://www.netcevap.org/propaganda_beyin.html və http://www.netcevap.org/propaganda_beyin_ek1.html)
- Ölüm: Yazıda ölümün sözdə təkamüllü strategiyanın bir parçası olduğu nağılı izah edilməkdədir. (Burada strategiya sözünün istifadə edilməsinə diqqət yetirmək lazımdır. Heç bir ağılı, şüuru, plan və məqsədi olmayan daşların qayaların torpağın suyun bir araya gəlib strategiya yaratdığını müdafiə etmək tamamilə ağıldan kənar bir tutumdur). Bu tip söz oyunları ölümün təkamüllə ortaya çıxdığı iddiasına elmi dəlil meydana gətirməməkdədir.
- Fotosintez: Fotosintez, bitkilərin günəşdən enerji əldə etmədə istifadə etdikləri və sadələşdirilə bilməz komplekslikdə olan, fizioloji bir sistemdir. Bir çox mərhələsində nələr olub bitdiyi də həll edilə bilməmiş belə fövqəladə bir sistemin darvinizmin pilləli təkamül iddiasıyla açıqlana bilər heç bir istiqaməti yoxdur. Təkamülçü bioloq Əli Demirsoy bu mövzuda bu etirafı edir:
“Fotosintez olduqca kompleks bir hadisədir və bir hüceyrənin içərisindəki orqanoiddə ortaya çıxması qeyri-mümkün görülməkdədir. Çünki bütün addımların birdən yaranması qeyri-mümkündür, tək-tək ortaya çıxması da mənasızdır.” (Prof. Dr. Əli Demirsoy, Varislik və Təkamül, Ankara, Meteksan Nəşrləri, 1984, səh. 8)
- Simbioz: Simbioz, ortaq həyat deməkdir. Təbiətdə, bitkilər başda olmaqla, bir çox canlı növü arasında simbiotik həyat mövcuddur. Ancaq simbiozun, bir canlı növünü bir başqa növə çevirdiyi istiqamətində heç bir elmi dəlil yoxdur.
- Çox hüceyrəli həyat: çox hüceyrəli həyatın təkamüllə ortaya çıxdığı iddiasına daha əvvəl verdiyimiz bir cavabı buradan oxuya bilərsiniz: http://www.netcevap.org/cumhuriyet030531.html
- Super orqanizmlər: Mükəmməl əməkdaşlıq icra edərək həyatda qalan canlılardır. “Hürriyet Pazar”da buna verilən nümunədə bir çox tək hüceyrəli canlının bir araya gələrək birlikdə həyat sürdükləri ifadə edilməkdədir. Ancaq çox açıqca görüldüyü kimi, bir növə aid canlıların bir araya gəlməsi təkamül deyil. Bir yerə gələn canlılar, birləşmədən əvvəl və birləşdikdən sonra eyni canlılardır. Bir növün bir başqa növə çevrilməsi olmadığı üçün ortada təkamüldən söz ediləcək heç bir vəziyyət yoxdur.
- Gözlər: “Hürriyet Pazar”da, gözlərin 543 milyon il əvvəl ortaya çıxdığı irəli sürülməkdədir. Ancaq təkamülçülərin göstərməsi lazım olan şey, gözlərin “nə vaxt” ortaya çıxdığı deyil, təkamülün iddialarına görə “necə” ortaya çıxdıqlarıdır. Gözlər təkamül nəzəriyyəsini etibarsız edən başlıca orqanlardandır. Bunun elmi səbəblərini Harun Yəhyanın Gözdəki möcüzə adlı kitabından, buradan oxuya bilərsiniz.
- Parazitlik: Parazitlik, bir canlının, həyatını başqa bir canlı üzərində davam etdirməsidir. Ancaq burada da simbioz və ya super orqanizmlərdə olduğu kimi “bir araya gəlmə” mövcuddur və yeni bir canlı növü meydana gəlməməkdədir. Yenə simbioz və ya super orqanizmlərdə olduğu kimi, bu vəziyyət təkamül nəzəriyyəsinə heç bir elmi dəlil yaratmamaqdadır.
- Danışıq: Danışıq qabiliyyəti, təkamül nəzəriyyəsiylə heç bir şəkildə açıqlana bilməyən, möcüzəvi qabiliyyətdir. Danışıq, təkamül nəzəriyyəsi üçün açıqlanması elə ümidsiz bir qabiliyyətdir ki, Pennsylvania Universitetindən təkamülçü araşdırmaçı David Premack, vəziyyəti “İnsan dili, təkamül nəzəriyyəsi üçün bir utancdır” sözləriylə təsvir etməyi seçməkdədir. (Swisher III, Roger Lewin, “Java Man”, Abacus, London, 2002, səh. 205 )