“Yeniden Özgür Gündem” qəzetinin 14 fevral 2004-cü il tarixli sayının “Ekgündem” adlı əlavəsində, “Bir iqtidar ifadəsi olaraq bio-siyasət” başlıqlı yazı nəşr olundu. Mahmud Eşitmez tərəfindən qələmə alınan yazıda, təcavüzkarlıq, xəyanət, sərbəst rəqabət kimi siyasi davranış və anlayışların təkamülçü dünyagörüşündən izah olunduğu görülürdü. Eşitmez, bu davranışların genlərdə olduğunu iddia edir, bu mövzuda sosial-biyologiya nəzəriyyəsinin qurucusu Edward O. Wilsonun xəyal məhsulu tezisinə əsaslanaraq bunları yazırdı:
“Sosial-biyologiyanın qurucularından Edward O. Wilsona görə “iradə azadlığı” deyə bir şey yoxdur. İnsan davranışı yalnız beyindəki limbik sistem (talamus, hippokamp) tərəfindən idarə olunmaqdadır. Sosial-biologiya ifadəsinin iki təməl arqumenti vardır. Birincisi, təkamül nəzəriyyəsindən qaynaqlanar və qısaca insanın və heyvanların təməl məqsədinin öz genlərini yaymaq olduğunu ifadə edir”.
Wilsonun iradə azadlığı ilə əlaqədar bu iddiası heç bir elmi dayağı olmayan, yalnız faktları materialist dünya görüşünə görə izah etmə səyindən qaynaqlanan fərziyyələrdən ibarətdir. Wilsonun fikirləri, yalnız fərziyyəyə söykənməsi etibarilə təkamülçü elm adamlarının açıq etirazlarıyla qarşılaşmışdır. Paleontoloq və təkamül nəzəriyyəçisi Stephen Jay Gould, Wilsonun kitabının qiymətləndirməsində bunları yazmışdır:
Ancaq Wilson daha güclü iddialar edir. 27-ci hissə… insan davranışlarındakı (kin, təcavüzkarlıq, xarici düşmənliyi, uyğunluq, homocinsilik, və qərb cəmiyyətində qadın və erkək arasındakı xarakteristika xüsusiyyətlər kimi) tipik və dəyişən xüsusiyyətlər üçün genlərin olduğu haqqında geniş aspektli bir fərziyyədir.1 (vurğu bizə aiddir)
Bu şərhdə də vurğulandığı kimi Wilsonun iddiaları spekulyativdir, elmi istiqaməti zəifdir. Bu səbəbdən, Eşitmezin Wilsonun fikirlərinə yer verməsində təsirli olan faktor da elmi tapıntılar deyil, bu fərziyyələri öz dünya görüşü baxımından oxucu tapmasıdır. Bütün bunlar Eşitmezin fərdi seçimi olaraq qiymətləndirilə bilər ancaq irəliləyən sətirlərdə, Eşitmezi cəzb edən dünyagörüşünün insanlıq baxımından nə qədər təhlükəli ölçülər ehtiva etdiyi ortaya çıxmaqda və yazarın sözləri sosial xəstəliyə dəvət edən xüsusiyyətə bürünməkdədir.
Eşitmez, insanın və heyvanların təməl məqsədinin öz genlərini yaymaq olduğunu iddia etdikdən sonra bunları yazmaqdadır:
“Məsələn, axırıncı Balkan müharibələri əsnasında Serb təcavüzçülərin planlı və toplu təcavüzləri, bəzi qəzetlərdə bu səbəblə hərəkət etdikləri şəklində şərh olunmuşdur.”
Bu nümunə, darvinizmin ideoloji tətbiqlərinin cəmiyyət baxımından nə qədər dağıdıcı ola biləcəyinin açıq işarəsidir. Serblərin Bosniyalı müsəlmanlara qarşı etdikləri soyqırım və təcavüz, insanın bioloji quruluşunun təbii məhsulu olaraq göstərilməkdədir. Açıqca ifadə edilmiş olmasa da, bu ifadə içində gizli olan və bu izah edilənlərdən təbii olaraq ortaya çıxan bir ifadə daha vardır. Burada oxuculara səssizcə göstərilən şey, bu cür qarşıdurma və vəhşilik göstərilərinin “təbiətin bir qanunu” olduğudur. Qanunlar isə təbiətin və hadisələrin işləyişində “dəyişməz” xüsusiyyətdə qaydalar olduğuna görə bunları oxuyan biri üçün buna etiraz yolları bağlanılmaqda və özü bu vəhşiliyi, mütləq olaraq, qəbul etməyə, bununla birlikdə yaşamağa süründürülməkdədir. Oxucuya açıqca ifadə edilmədən verilən təlqin, budur. Eşitmez də jurnalistlərdən yazdığı şərhə heç bir tənqid gətirməməkdə, bu çox məntiqli və adi hal kimi davam edərək bunlara dəstək verdiyini göstərməkdədir.
Halbuki, bütün bunlar böyük bir aldatmadır. Sosial-biologiya, sosial darvinizmi leqallaşdırmağa yönəlmiş bir uydurmadan ibarətdir. Qarşıdurmanın sosial irəliləmə təmin edəcəyi iddiasında olan sosial darvinist ideologiyanın cəmiyyətlər arasına səpdiyi düşmənlik, şiddət və qarşıdurmanın insanlığı böyük bir dağıtmaya uğratdığı, dünya döyüşlərində ölən və ya yaralanan on milyonlarla insanla sabitdir.
“Yeniden Özgür Gündem” və Eşitmezi materialist yanılmalarını tərk etməyə və bu təhlükəli yoldan dönməyə çağırırıq. İnsanlıq tarixi boyunca arzulanan hüzur və güvən mühiti ancaq sevgi, tolerantlıq və ədalətə söykənən gözəl əxlaq sayəsində gerçək ola bilər.
Allah bir Quran ayəsində belə buyurmaqdadır:
Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir”. (Qəsas surəsi, 77)
http://archives.econ.utah.edu/archives/marxism/2002w25/msg00173.htm