6 aprel 2003-cü il tarixində TRT 2 kanalında “Qeyri-adi heyvanların dünyası” adlı sənədli film yayımlandı. Elmdən tamamilə uzaq bu sənədli film, şüursuzca edilən təkamül təbliğatından başqa bir şey deyildi. Yayımlarda son dərəcə vasvası və seçici olması gözlənilən TRT 2, təəccüblü şəkildə “insanın atası heyvandır, həyatı da heyvanlarla bənzərdir” kimi elmdən kənar bir mesajın verilməsinə vasitəçi olmuşdur.

Halbuki unudulmamalıdır ki, elmi gerçəklərə gözlərini bağlayaraq mövhumatçı darvinizm propaqandası etməkdə olan bir qisim kütlələrin hazırladıqları sənədli filmləri, heç bir seçmə və düzəltmə etmədən yayımlamaq, bunun cəmiyyət əxlaqı üzərində meydana gətirə biləcəyi mənfi təsirləri göz ardı etmək, öz əlimizlə milli və mənəvi dəyərlərimizi zədələmək mənasını verəcək.

 

Sənədli filmdəki sosial darvinist mesajlar

Sənədli film boyunca etibarsızlığı elmi dəlillər tərəfindən dəfələrlə isbat edilmiş olan təkamül nəzəriyyəsindən, elmi etibarlılığı varmış kimi bəhs edildi. Bütün bunların yanında sənədli filmin yayımlanmasındakı əsas qorxu, sənədli filmin daşıdığı sosial darvinist mesajlar idi.

İnsanın heyvandan təkamülləşdiyini qarşıya qoyan təkamülçülər, insan davranışlarını heyvanların davranış formalarıyla qaynaşdıraraq izah edərlər. Təkamülçülərə görə insan davranışlarının mənşəyində sözdə ataları olan heyvanların birinci dərəcədən təsiri var. Məsələn, təkamülçü məntiqə görə bir insanın şiddət ehtiva edən davranışlar sərgiləməsi təbiidir, çünki heyvanlar da həyatda qalmaq üçün şiddət tətbiq etməkdədir. TRT-dəki sənədli filmdə isə heyvanların pərəstişkarlıq etmə kimi bəzi törəməyə istiqamətli davranışları insanlarla birə-bir müqayisə edilməkdə və davranış formaları arasında bənzətmələr edilməkdədir.

Qısacası, sənədli filmdə, insanlara heyvanlara bənzər həyat sürmənin heç bir qorxusu olmadığı təlqini verilməkdədir.

Bu iddia Darvinə qədər uzanır. Darvin, 1871-ci ildə nəşr olunan “The descent of man, and selection in relation to sex” (İnsanın törəməsi və cinsi seçmə) adlı kitabında, heyvanlar üçün keçərli olanın insan üçün də keçərli olduğunu iddia etməkdə idi. Darvin bu kitabında cinsi seçmə anlayışını ortaya ataraq, bir heyvan birliyindəki daha güclü və göstərişli fərdlərin, qarşı cins tərəfindən daha cazibədar hesab edildiklərini və bu yolla daha çox törədiklərini iddia edirdi. Bu məntiqə görə, bəzi erkək quşların gözəl rəng və naxışları, dişilərin daha göstərişli erkəkləri seçmələrinin nəticəsində qazandıqları xüsusiyyətlər idi. TRT 2-də yayımlanan sənədli filmdə də bənzər məntiqlər insan üçün qarşıya qoyulmuş, məsələn bir erkək tovuzquşunun dişi tovuzquşu ilə cütləşmək üçün tüklərini açması, insanlarda saçlara verilən əhəmiyyətlə əlaqələndirilmişdir.

Ancaq bu bənzətmə mövzu haqqındakı məlumatsızlıqdan qaynaqlanmaqdadır. Bu məlumatsızlıq iki nöqtədə gözə dəyməkdədir: İlk olaraq insanlarda saça verilən əhəmiyyət Darvinin cinsi seçmə nəzəriyyəsi çərçivəsində ələ alına bilməz. İkincisi, Darvinin nəzəriyyəsinə nümunə verdiyi erkək tovuzquşu tükləri, nəzəriyyəyə dəstək olmamaqda, tam əksinə onu çürütməkdədir. Darvin, dövrün primitiv elm imkanları üzündən tovuzquşu tükü üzərində araşdırma etmə imkanı tapa bilməmiş, yalnız bir fərziyyə etmişdi. Ancaq indiki vaxtda, xüsusilə elektron mikroskopu sayəsində, tovuzquşu tükü haqqında artıq detallı məlumatlar mövcuddur. Tüklərdəki kompleks dizayn, zaman içində belə bir quruluşu qazanmalarının mümkün olmadığını, bir anda yoxdan var edildiklərini göstərməkdədir.

 

  • İnsanlarda saça verilən əhəmiyyət Darvinin cinsi seçmə nəzəriyyəsi çərçivəsində ələ alına bilməz.

Darvinin nəzəriyyəsinin çıxış nöqtəsi bəzi canlılardakı estetik və göstərişli strukturların, məsələn gözəl quş tüklərinin, cinsiyyətlər arasında ortaya qoyduğu diqqətə çarpan fərqdir. Məsələn, erkək tovuzquşlarında olan göz alıcı tüklər dişi tovuzquşlarında olmaz. Yan-yana dayanan biri erkək digəri dişi iki tovuzquşunda bu fərq rahatlıqla görülə bilər.

İnsanlarda isə saç quruluşu cinsiyyətə görə dəyişiklik göstərməz. Bir kişinin saç quruluşu bir qadının saç quruluşuyla tamamilə eynidir. Yəni kişi saçlarında göz alıcı rənglər və ya naxışlar yoxdur. Buna görə bu sənədli filmdə saçlara verilən əhəmiyyəti elmi baxımdan nəzəriyyəyə uyğun olması heç bir məna ifadə etməməkdədir.

tvk05TRT 2-nin gözdən qaçırdığı əhəmiyyətli nöqtə də, həm cinsi seçmə nəzəriyyəsinin, həm də ümumiyyətlə, təkamül nəzəriyyəsinin bioloji strukturların mənşəyiylə əlaqədar iddialarıdır. Kişilərdəki saç modellərinin fərqliliyi bioloji fakt deyil. Bir ayna qarşısında daranaraq və ya bərbər tərəfindən qayçıla ortaya çıxarılmışdır. Buna dair bir “seçki” edilməsi, kişinin biologiyasını heç bir şəkildə təsir etməz. Bu, gülməli deyilə biləcək qədər axmaqlıqdır.

Biologiyanın işləməsi və Darvinin nəzəriyyəsinin detalları haqqında məlumatsız olduğu aydın olan sənədli film prodüserlərinin bir başqa səhvi də saça verilən əhəmiyyətin insanlarda həm kişilərin, həm də qadınların əhəmiyyət verdiyi bir seçim faktoru olduğu mövzusundadır. Yəni bir qadın saçlarına ən az bir kişi qədər, hətta daha çox əhəmiyyət verə bilməkdədir. Darvinin nəzəriyyəsi isə yalnız dişilərin seçici və təyin edici olduğu vəziyyətləri şərh etməyi hədəfləyər. Yenə tovuzquşlarından nümunə versək, seçici olan dişi tovuzquşudur. İnsanlarda isə qadınlar da saç baxımına əhəmiyyət verər və qarşı tərəfi təsir edərlər. Quşların əksinə insanlarda kişilər də saça görə seçim edə bilərlər.

 

  • Tovuzquşu tükündəki dizayn və Darvinin cinsi seçmə nəzəriyyəsinin problemləri

Tovuzquşu tükü üzərində etdiyi detallı işlərlə tanınan elm adamı Stuart Burgessdir. İngiltərədəki Bristol universitetində maşın mühəndisliyi hissəsində mühəndislik dizaynı dosenti olan Burgess, tovuzquşu tükündəki dizaynı təəccüblü şəkildə ortaya qoymuş, bu dizaynın heç bir şəkildə cinsi seçmə nəzəriyyəsiylə açıqlana bilməyəcəyi nəticəsinə gəlmişdir. 1

Tovuzquşunun tüklərindəki detallı dizaynı belə yekunlaşdırmağım mümkündür:

 

Tovuzquşu tükündəki detallı dizayn və ortaya çıxardığı göz alıcı naxışlar

tvk06

Bir erkək tovuzquşu göstəriş etmə əsnasında quyruq tüklərini sərgiləyər və ortaya möhtəşəm yelpik çıxarar. Erkək tovuzquşunda hər il yenilənən təxminən 200 quyruq tükü vardır. Tüklərdən 170 qədəri göz şəklindədir, bunlar “göz tükü” olaraq adlandırılar. Qalan 30 tük isə yelpiyə son dərəcə estetik kənar sərhəd çəkən “t tükləri”dir. Yelpik meydana gətirən bu tük dizaynında gözlərin olduqca nizamlı yayılım göstərdiyi, t və göz tüklərinin də mikroskopik ölçüdə çox kompleks dizayna sahib olduqları görülər. Gözlərin hər biri görünər vəziyyətdədir, çünki yelpikdə ön sırada qısa tüklər, arxa sırada uzun tüklər yerləşdirilmişdir.

tvk01Bir göz tükü üzərində olan tüklərin üst hissədə dar aralıqlı, alt hissədə geniş aralıqlı olduğu görülər. Aşağıdakı hissənin geniş aralıqlı olması sayəsində bir kontrast (zidlik) yaradılaraq gözün olduğu hissə ön plana çıxarılmış olar. Bir tovuzquşunun tükündəki rənglər xüsusilə gözəldir, çünki parlaq və göz alıcıdırlar. Bu göz alıcı rənglərin bir xüsusiyyəti, görüş bucağına görə dəyişmələridir. Burada rənglər piqmentlərlə (heyvan və ya bitki toxumalarına rəng verən maddə) deyil, incə-film adı verilən və şirbit balıqda reallaşan optik (görmə və gözlə əlaqədar) təsir sayəsində ortaya çıxar. Barbellər quş tükləri üzərindəki ən incə strukturlardır və ancaq mikroskop altında görünərlər. Yandakı şəkildə göstərilən bir tovuzquşu tükü üzərində tüklər və hər bir tük üzərində təxminən bir milyon barbel vardır. Tovuzquşunun göz tükü üzərindəki barbellər, bürünc, mavi, tünd bənövşəyi və yaşıl rənglərdə görünərlər.

tvk03Barbellərdə ortaya çıxan incə-film təsiri, yandakı şəkildə görüldüyü kimi, üç keratin təbəqədə reallaşar. Şəffaf keratin təbəqələr işığı qırar və qırılan işığın bəzi komponentlərini toplayar. Yandakı şəkildə görülən yumşaq daxili hissənin qəhvəyi rəngdə olması, keratin laylara qaranlıq tonda bir arxa plan təmin edərək işığın arxaya keçib itməsinə mane olar. Beləcə əks etdirilən işıq rəngləri ortaya çıxara bilər. İncə-film təsiri üç təbəqədə eyni anda reallaşar və ortaya dəyişik rənglər çıxar. Keratin təbəqələrin müəyyən rəngi çıxarması ancaq son dərəcə incə olmaları sayəsində mümkün olar. Keratin təbəqələrin qalınlığı millimetrin yalnız iyirmi mində biri qədərdir. Keratin təbəqənin bu qalınlığı, ən parlaq rəngi çıxarmada “optimal” qalınlıqdır. Çünki təbəqə qalınlığının, gözlə görülə bilər işığın dalğa boyunu keçməməlidir.

tvk02Göz şəklinin çox əhəmiyyətli bir xüsusiyyəti də minlərlə barbelin fərdi təsirlərinin birləşdirilməsiylə ortaya çıxan “diqital” şəkil olmasıdır. Bir-birlərindən müstəqil olmalarına qarşı qonşu barbellər qüsursuz koordinasiya ortaya qoyaraq göz şəklini meydana gətirərlər. Bir-birindən müstəqil çalışan barbellərin təəccüblü bir xüsusiyyəti də ortaya çıxardıqları göz şəklindəki simmetriyadır. Əgər bir göz tükü X-Y analitik müstəvisi üzərinə yerləşdirilsə göz şəklini meydana gətirən şəkillərin, ellipsoid və kardioit kimi həndəsi şəkillər olduğu ortaya çıxar. Bir-birlərindən müstəqil barbellərin normalda təsadüfi və nizamsız şəkillər, dağınıq naxışlar ortaya qoymaları gözlənilər. Ancaq yandakı şəkildə də görüldüyü kimi göz naxışındakı həndəsi şəkillər riyazi düsturlara söykənən xüsusi şəkillərdir. Bu şəklin təsadüflərlə ortaya çıxmış olma ehtimalı, bir stadionun tribunalarına təsadüfi oturan tamaşaçıların, geyimlərindəki rənglərlə qüsursuz Türkiyə xəritəsi meydana gətirməsi qədər azdır.

Görüldüyü kimi, tovuzquşu tükündəki dizayn son dərəcə kompleksdir. Bu komplekslik haqqında heç bir şey bilməyən Darvin tükdəki gözəlliklərin, daim göstərişli tüklərə sahib erkəkləri seçən dişilərin seçimi nəticəsində zaman içində inkişaf etmiş ola biləcəyini qarşıya qoyurdu. Yəni məlumatsızlığa əsaslanırdı. Darvin tüklərin, başlanğıcda sadə görünüşlü bir tük quruluşundan mərhələ-mərhələ inkişaf etdiyini qəbul edirdi. Ancaq tüklərdəki incə-film təsiri düşünüldüyündə belə mərhələli inkişafın haqqında danışmaq mümkün ola bilməyəcəyi görülər: İncə film təsirində rol oynayan faktorlardan (arxa planı meydana gətirən tünd rəng, keratin laylar, keratinlərin işığın dalğa boyuna uyğun qalınlığı) hər hansı birinin əskik olması vəziyyətində, tovuzquşu tükü bu rəngləri ortaya çıxarmayacaq. Yəni bu faktorların bütünü eyni anda və qüsursuz olaraq olmalıdır (sadələşdirilə bilməz komplekslik). Bu səbəblə də Darvinin, tovuzquşu tükünün mərhələ-mərhələ inkişaf etmiş olduğu iddiası etibarsızdır. Tovuzquşu naxışları ancaq şüurlu dizaynlar yəni yaradılışla açıqlana bilər.

Bu dizaynın bir başqa təsir edici istiqaməti, tükdəki bütün fiziki strukturların məlumatının DNT-də gizli olmasıdır. Keratinin lay sayı və qalınlığı, barbellərin sayı, qəhvəyi arxa plan, tüklər arasındakı məsafələr… Hamısı DNT-dəki məlumata görə çıxarılar. Bütün bu gözəlliyin, təkamülçülərin iddia etdiyi kimi təsadüfi mutasiyalar nəticəsində ortaya çıxması mümkün deyil. Çünki laboratoriyalarda edilən saysız mutasiya təcrübəsində qəti olaraq göstərmişdir ki, mutasiyaların orqanizmin DNT-sinə məlumat əlavə etməsi mümkün deyil. Mutasiyalar təsirli olduqları zaman daim anormal strukturlar (gözdən çıxan ayaqlar, çıxıntıdan ayaq barmağı kimi) ortaya çıxmasına səbəb olar. Bu səbəbdən tovuzquşu tükündəki dizaynın təsadüfi mutasiyalarla ortaya çıxması mümkün deyil. Təsadüfi mutasiyalarla belə kompleks strukturlar və göz oxşayan gözəlliklərin ortaya çıxa biləcəyini qəbul etmək; bir kənd evinin yağış, şimşək və küləklə zaman içində bir saraya çevrilə biləcəyini qəbul etmək qədər məntiqsizdir.

 

Darvinin cinsi seçmə nəzəriyyəsinin əsassızlıqları

TRT 2-də elmi nəzəriyyə kimi ekrana əks etdirilən və insanlardan verilən nümunələrlə dəstəklənilməyə çalışılan cinsi seçmə nəzəriyyəsi, gerçəkdə heç bir elmi dayağı olmayan fərziyyədən ibarətdir. Üstəlik bu fərziyyə də göz boyayıcı bir sonsuz dövrdən başqa bir şey deyil. Cinsi seçmə nəzəriyyəsinə görə bir dişi bir erkəklə müəyyən bir xüsusiyyətə, məsələn uzun tükə görə cütləşə bilər. Buna görə uzun müddət sonunda cinsi seçicinin müəyyən bir xüsusiyyəti geniş diametrdə çıxara biləcəyi fərz edilər.

Halbuki, tovuzquşundakı tüklərindəki saysız detalın, dişinin seçiminə bağlı olaraq çıxdığını qəbul etmək, dişinin hər bir detalı araşdırıb süzgəcdən keçirdiyini fərz etməyi tələb edir ki, bu mümkün deyil. Necə olar da bir quş, bir tükdəki şəkilləri sahib olduqları simmetriyaya görə seçə bilər və riyazi tənliklərlə sabit gözəllikdə şəkillər meydana gəlməsinə yol aça bilər? Göz tüklərinin biri də necə gizli buraxmayacaq bir yelpik yarada bilər? Bu yelpiyin təpəsindəki estetik t tüklərini necə bir sərhəd yaradacaq şəkildə düzə bilər? Əlbəttə, bunları etdiyini fərz etmək axmaqlıqdır. Bu axmaqlığı üstü örtülü şəkildə də olsa Darvin də ortaya qoymuşdur. Darvin, “İnsanın törəməsi” adlı kitabında, tovuzquşunun erkəyini başqa erkəklərə görə ancaq ümumi müqayisə nəticəsində seçəcəyini; insanların belə qarşı cinsdəki gözəllik maddələrini araşdırmada bu qədər incə ələyib çox toxunmadıqlarını ifadə etmişdir. 2

Darvinin cinsi seçmə nəzəriyyəsinin ən zəif nöqtəsi, həyati bir suala, cinsi seçmə dövrünün təsadüfi təsadüflərlə necə başlamış ola biləcəyi sualına verəcək bir cavabı olmamasıdır. Cinsi seçmə sözdə təkamül müddətində başlamışsa həm erkəkdəki gözəl xüsusiyyətləri nəzarət edən gen həm də dişidə seçimə nəzarət edən gen (belə bir genin varlığı hələ göstərilmiş deyil) eyni anda ortaya çıxmış olmalıdır. Çünki bu genlərin hər hansı birinin tək başına olması cinsi seçmə yaratmaz. Bu məhdudlaşdırma, genlərin mərhələlərlə ortaya çıxdığını qəbul edən təkamül nəzəriyyəsinin cinsi seçmə iddiasına ölümcül zərbədir.

 

Əlavə olunmuş gözəllik bir Yaradıcının varlığının göstəricisidir.

tvk04Tovuzquşunun quyruq tüklərindəki gözəllik “əlavə olunmuş gözəllik” olaraq təyin oluna bilər çünki həyatda qalması üçün lazımlı quyruğa, əlavə bir gözəllik qazandırmaqdadır. Digər tərəfdən quyruğun gözəlliyi, quyruğun funksiyasıyla əlaqədar deyil. Tovuzquşundakı əlavə olunmuş gözəllik xüsusiyyəti bir dizaynerin diqqətə çarpan bir işarəsidir. Əlavə olunmuş gözəllik insan dizaynlarında çox rast gəlinən bir xüsusiyyətdir.

 

Məsələn, bir memar bir sütunu gözəl göstərmək üçün ona insanların zövq alacağı bəzi xüsusiyyətlər əlavə edə bilər. Yandakı şəkildə bu məqsədlə bəzənmiş bir sütunu, düz silindr sütunla müqayisə edən rəsmi görürsünüz. Bu sütundakı bəzəmələr sütuna gözəllik və estetik layın yanında bir memarın varlığına da işarə edər. Tovuzquşu tükündəki gözəlliklər də şüurlu bir dizaynerin, yəni Yaradıcının varlığını ortaya qoyar.

Görüldüyü kimi, Darvinin cinsi seçmə nəzəriyyəsinin heç bir tutarlı istiqaməti yoxdur. Bu nəzəriyyə müxtəlif növlərdə erkəklərdə görülən gözəlliklərin mənşəyini izahdan son dərəcə uzaqdır. Maraqlı bir şəkildə, Darvin, cinsi seçmə tezisinin elmi dilemmalarını bilməməklə birlikdə bunu “hiss etdiyini” aşkar edən ifadələr söyləmişdir. Canlılardakı dizaynları kor təsadüflərlə izah etmə səyindəki Darvin, tovuzquşu tükləri haqqında bu sözləri demişdir:

 

“Bir tovuzquşunun quyruğundakı tükün görünüşü, nə vaxt baxsam, məni xəstə edir.” 3

 

TRT 2-yə əhəmiyyətli xatırlatma:

Görüldüyü kimi, TRT 2-də irəli sürülən tezis, yəni insanlardakı davranışların Darvinin nəzəriyyəsiylə uyğunlaşdırılması tamamilə səhvdir. TRT 2, tamamilə səhv olan bu bənzətməklə tamaşaçılarını səhv məlumatlandırmaqdadır. Hətta, məlumatsızlıq ucbatından da olsa, proqramı izləyənlərə təkamül təbliğatı edilməkdədir: Darvinin cinsi seçmə nəzəriyyəsi elmi nəzəriyyə olaraq əks etdirilməkdə, insanlarla əlaqədar nümunələr verilərək bu nəzəriyyəni dəstəkləmə yoluna gedilməkdədir. Burada TRT adına əhəmiyyətli ziddiyyət ortaya çıxmaqdadır. Çünki cəmiyyətə bir çox mövzuda faydalı qurum olan TRT, insana davranışlarından məsuliyyətsiz heyvan növü olduğunu təlqin edən darvinizmi yayaraq, sosial əxlaqa zərər verməkdədir.

TRT 2 yuxarı dairələrinin yanılmalarla dolu bu sənədli filmi yayımlamaları qərəzli deyil, mövzunun elmi arxa planını araşdırmamaqdan qaynaqlanan bir səhv olduğuna inanır, bu mövzuda daha diqqətli olunması üçün qurum rəhbərlərini tədbirlər almağa çağırırıq.