“National Geographic TV”-də 2 aprel 2003-cü il tarixində “Kim kimi təqlid edir: İctimai yüksəlmə” başlıqlı sənədli film yayımlandı. Sənədli film darvinizm təbliğatının, “National Geographic TV”-də tez-tez rast gəldiyimiz şəkillərindən birini əks etdirirdi. “National Geographic TV” bir daha böyük meymun davranışlarıyla insan davranışları arasında bənzərliklər göstərməyə, insanları meymunlarla qohum olduqlarına inandırmağa çalışırdı. Bu yazıda “National Geographic TV”-nin darvinist iddialarının əsassızlığı ortaya qoyulacaq.

 

Təbliğatın arxa planı

Təkamülçü yayımlarda böyük meymunların; yəni şimpanzelərin, bonoboların, oranqutanların və qorillaların davranışlarıyla insan davranışları arasında paralelliklər qurulması tez-tez rast gəlinən vəziyyətdir. Bu yayımlarda xüsusilə şimpanzelərdə görülən bəzi ağıllı davranışlar göstərilər. Bu davranışların ümumiyyətlə insan davranışlarına bənzəməsi diqqət göstərilər. Məsələn, baxıcısıyla eyni evdə yaşayan bir sirk şimpanzesinin soyuducudan bir kola şüşəsi çıxarıb şüşənin qapağını açaraq içməyə başlaması, bir başqa şimpanzenin dizüstü kompüterin başında düymələrə basaraq oyun oynaması, yenə bir başqasının baxıcısıyla getdiyi restoranda masada oturub yemək yeməsi kimi davranışlardır bunlar. Beləcə insanın ən yaxın qohumu olduğu irəli sürülən şimpanzenin, insana zəka baxımından da ən yaxın canlı olduğu isbat edilməyə çalışılar.

Ancaq bütün bunlar saxta, sadə aldatmadan ibarətdir. Şimpanzelərin ekrana əks etdirilən və insan mədəniyyətiylə qaynaşmış kola və kompüter kimi əşyaları istifadə etdiklərini göstərən davranışları, sadə bir mükafat-cəza üsulunun meyvəsidir. Bu şimpanzelər bu davranışlara, mükafatlandırma üslubuyla alışdırılmaqdadırlar. Eyni üsulla sirklərdə itlərə, göyərçinlərə, qaplanlara və daha bir çox canlıya təəccüblü “nömrə”lər etdirilə bilməkdədir.

Yaxşı bəs, şimpanzelərin təbii mühitlərində göstərdikləri ağıllı və ictimai davranışlar yoxdurmu? Əlbəttə vardır. Ancaq bunlar da insanla şimpanze davranışları arasında təkamüllü əlaqə olduğunu göstərmir. Çünki təbiətdə, heç bir şimpanzenin reallaşdıra bilmədiyi qədər ağıllı davranışlar ortaya qoyan canlılar vardır. Üstəlik bu canlılar xəyali təkamül ağacında insana, şimpanzenin olduğundan çox uzaqdır. Arılar həndəsə istifadə edərək evlər tikməkdə, termitlər üstün inşaat məlumatı ortaya qoyaraq göydələn deyə biləcəyimiz binalar edə bilməkdə, qunduzlar anbarlar qura bilməkdə, qarğalar heç bir şimpanzenin göstərmədiyi qədər kompleks alət istifadəsi ortaya qoya bilməkdə, schwarzula arıları cütçülük belə edə bilməkdədirlər. (İnsan və şimpanzenin ortaq davranışlarına söykənilən təkamül iddialarını çürüdən bu canlılar haqqında daha detallı məlumatları buradan əldə edə bilərsiniz) Bəzi canlıların insanlar kimi həndəsə məlumatına müraciət etməsi, insanlar kimi cütçülük və ya inşaat mühəndisliyi etmələri onları insana qohum etməyəcək. Beləcə ağıllı davranışlara əsaslanaraq insanla şimpanze arasında qurulan bütün təkamüllü əlaqələrin və buna söykənilən təbliğatın “boş” olduğu ortaya çıxmaqdadır.

 

Maliyyə faktoru

Bu “boş” təbliğatdan imtina etməyən təkamülçü quruluşların başında isə özünü dünyanın dörd bir tərəfində təkamül fikrini yaymağa həsr etmiş, bu məqsədi istiqamətində milyonlarla dollarlıq fondlar paylayan “National Geographic” fondu gəlməkdədir. Şimpanze, bonobo, oranqutan və qorilla kimi böyük meymunları təbii mühitlərində izləyərək, insanın sözdə təkamülünə dəlillər tapmağı hədəfləyən təkamülçü primatoloqlar on illər sürən araşdırmalar icra etməkdədirlər. Bu insanlar araşdırmalarının xərclərini “National Geographic”dən asanlıqla təmin edə bilməkdədirlər.

Təkamülçü primatoloqlar, işlərində böyük meymun qruplarında görülən ictimai əlaqələri və bu canlıların gündəlik həyatlarında qarşılaşdıqları problemləri həll etmə üsullarını böyük diqqət və vasvasılıqla yazarlar. Əldə etdikləri bütün məlumatları darvinist inanclarına görə şərh edər və meymunlarda gördükləri əlaqələri, insan cəmiyyətində görülən siyasi, əxlaqi və ictimai əlaqələrlə uyğunlaşdırmağa çalışarlar. Bu elm adamları özlərini insan və böyük meymunlar arasında bənzərliklər tapmağa həsr etmişlər. Ortaya hər hansı bir bənzərlik qoya bilmədikləri, daha doğrusu məlumatları darvinizmə görə şərh edib yeni nəzəriyyələr ortaya qoya bilmədikləri təqdirdə, maliyyə qaynaqlarının kəsiləcəyini çox yaxşı bilirlər. Buna görə xəyal güclərini ola bildiyincə geniş tutmaq və ola bildiyincə əhatəli iddialar yaratmağa çətinlik çəkirlər. Buna görə çox vaxt şişirdilmiş, hətta “gülməli” şərhlərlə ortaya çıxarlar. Uşaqları belə gülüb keçəcəyi bu zorakı şərhlərin oynadıldığı pərdə isə çox vaxt ““National Geographic TV”’“ ekranlarıdır.

“National Geographic TV”-nin keçdiyimiz fevral ayında yayımladığı “Üç meymunun hekayəsi” və “sevimli meymunum” sənədli filmləri bu baxımdan tipik bir nümunə meydana gətirməkdədir. “NATİONAL GEOGRAPHİC TV”DƏN MEYMUN ZƏKASI HAQQINDA ARDICIL KOBUD SƏHVLƏR“ başlıqlı yazıyla saytımızda cavablandırdığımız bu sənədli filmlər, heç bir elmi olmayan, yalnız yumor ünsürü ola biləcək bənzətmələrlə doludur. Belə ki, “National Geographic TV” bunlardan birində, insanların bərbərə getmə vərdişinin, meymunların bir-birlərinin tüklərini təmizləmə davranışının təkamülün davamı olduğunu qarşıya qoymaqdadır. TV kanalı bu təmizliyin bit və parazitlərdən təmizlənilən meymunlarda rahatlama meydana gətirdiyini, insanların da bərbərə getdiklərində rahatladıqlarını, bu səbəbdən insanın bu davranışının digər primatlarla ortaq olduğunu “ciddi” izah etməkdədir! Tamamilə axmaqlıqdan ibarət bu darvinist xəyallar “National Geographic TV”-nin bu ən son sənədli filmində də bir-birindən “orijinal” bənzətmələrlə davam etdirilmişdir.

 

“National Geographic TV”-nin ən son yalanları

“Kim kimi təqlid edir: İctimai yüksəlmə” adlı sənədli filmdə şimpanzelərin qrup içi əlaqələriylə insanların siyasi sahədə qurduqları əlaqələr arasında bənzətmə edilməkdədir. Siyasətdə iqtidar olmaq istəyən şəxslərin ancaq cəmiyyətdə söz sahibi şəxslərə arxasını söykəyərək iqtidara gələ biləcəkləri, bunun üçün təsirli kəslərlə geniş lobbi fəaliyyəti icra etdikləri izah edilməkdədir. Buna görə, siyasətçilərin seçki zamanı meydanlarda körpələri sevib qadınların təqdirini qazandıqları, beləliklə oy dəstəyi təmin etdikləri ifadə edilməkdədir. Bənzər şəkildə qrup içində lider olmaq istəyən bir şimpanzenin seçki zamanı körpələri oxşamaq və başqa şimpanzelərin tüklərini təmizləmək məcburiyyətində olduğu irəli sürülməkdədir.

Bunlar izah edildiyi sırada bir şimpanze qrupunda yaxın yoldaş olan iki şimpanzedən nümunə verilməkdə və bunların, məhdud yemək qaynaqları olduğunda göstərdikləri həmrəylik izah edilməkdədir. Görünüşlərdə baxıcılar şimpanze qrupundakı üzv sayına görə olduqca az sayda qarpızı şimpanzelərin oyun sahəsinə buraxmaqda, sonra çəkilməkdədirlər. Şimpanzelər də az saydakı qarpızları qapmaq üçün hücum etməkdə, bu mübarizə sonunda qarpızlardan birini qapmağı bacaran şimpanze uzaq bir yerə çəkilərək bunu yeməyə başlamaqdadır. Tam bu sırada yanına yaxınlaşan və özünü daha əvvəl davamlı yalayaraq təmizləmiş və tüklərini bitlərdən təmizləmiş olan yoldaşı ortaya çıxmaqda və qarpıza doğru başını uzatmaqdadır. Qarpızı qapan şimpanze yoldaşını geri çevirmədən qarpızı paylaşmağı qəbul etməkdə, sonra qarpızı ikisi birlikdə yeməkdədirlər.

“National Geographic TV” bu yoldaşlıqların belə siyasi olduğunu, iqtidara gələn şimpanzenin dəstəkçiləri tərəfindən hər an arxadan vurula biləcəyini iddia etməkdədir. Beləcə edilən yaxşılıqların qarşı tərəfin yaddaşına yazılaraq gələcəkdə bir növ minnət duyğusu meydana gətirmək və bir gün ehtiyac duyulduğunda kömək təmin etməyə istiqamətli olduğunu irəli sürməkdədir.

Görüldüyü kimi “National Geographic TV” burada yalnız zorakı bənzətmələr ortaya qoymaqdadır. Şimpanzelər arasında mənfəət və gücə əsaslanan əlaqələr olması bu canlıların insanlara təkamüllü qohum olduğunu isbat etməz. Yalnız şimpanzelərdə deyil, qruplar halında yaşayan bütün canlılarda bu cür əlaqələrin mövcud olduğu bilinməkdədir. Məsələn, erkək aslanlar özlərinə rəqib olmamaları üçün bala erkək aslanları parçalayıb yeməkdədirlər. “National Geographic TV”-nin məntiqinə görə bu vəziyyət, tarixdə bir çox krallıqda görülən iqtidar mübarizələrinin tamamilə eynisidir. Liderliyi qoruma mübarizəsində aslanların müraciət etdiyi bu üsul hər hansı bir şimpanze davranışından daha təsirlidir. Ancaq bu davranışları, aslanın insanla təkamüllü qohum olduğunu göstərməz.

“National Geographic TV”-nin insan və şimpanze arasında qurmağa çalışdığı bənzərliklərdən biri də digər fərdləri üzlərindən tanıma və içində olduqları romantik halı qəbul edə bilmə qabiliyyətiylə əlaqədardır.

Proqramda bu mövzuyla əlaqədar olaraq bir şimpanze üzərində edilən təcrübədən söz edilməkdədir. Bu şimpanzeyə əvvəl ana şimpanzelərin, sonra bunların balaları olan şimpanzelərin şəkilləri göstərilməkdə və şimpanzeləri ana-uşaq olaraq uyğunlaşdırması istənməkdədir. Nəticələr qiymətləndirildiyində şimpanzenin ortaya qoyduğu uyğunlaşmaların 75% nisbətində doğru olduğu ifadə edilməkdədir. Görünüşlərdə daha sonra oyun oynayan (insan) uşaqlar göstərilməkdə və bu qrup içində bir uşağın digərlərini üzlərindən tanımasının nə qədər əhəmiyyətli olduğu izah edilməkdədir. Bir uşağın ilk dəfə qarşılaşdığı izdiham bir qrupda kiminlə yoldaş olacağını təyin etməsində beynəlxalq bir dil olan “üz ifadəsi” dilindən faydalanacağı izah edilməkdədir. Qarşı tərəfin əsəbimi, həyəcanlımı yoxsa sakitmi olduğunun asanlıqla üzündən aydın olduğunu ifadə edən “National Geographic TV” bu nöqtədə darvinist ifadələrə müraciət etməkdədir.

İnsanın bu qabiliyyətini bir anda xəyali atalarla əlaqələndirməkdə və bu iddianı etməkdədir:

 

“Bu qabiliyyət atalarımızın çox işinə yarayan bacarıq ola bilər. Eynilə günümüzdəki şimpanzelər kimi qrupun hansı üzvlərinin qohum olduğunu bilmək kimi. Nə də olsa müvəffəqiyyətli ictimai irəliləmənin sirlərindən biri budur.”

 

Bu qabiliyyətin insanın cəmiyyətlə inteqrasiyasında faydalı olduğu açıq bir gerçəkdir. Ancaq insan və şimpanzedə bu qabiliyyət baxımından bənzərliklər qurmaq, iki canlının təkamüllü qohum olduğunu göstərməz. “İctimai heyvan” və “atalarımız” kimi darvinist ifadələr də bu vəziyyəti dəyişdirməməkdədir. Çünki qrupun fərdlərini tanıma qabiliyyətinə sahib başqa bir çox canlı vardır. Məsələn, fillər güclü yaddaşları sayəsində qarşılaşdıqları düşmən bir fili illər sonra qarşılaşdıqlarında asanlıqla tanıyıb öz qruplarını təhlükələrə qarşı xəbərdar edə bilməkdədirlər. Şimpanze xaricindəki canlılarda tanıma qabiliyyətini ortaya qoyan son bir çalışma da Vaşinqton universiteti araşdırmaçılarından gəlmişdir.

Araşdırmaçılar bir-birlərindən yemək oğurlayan qarğaların, özlərinə qohum olan qarğaları tanıya bildiklərini, bu qarğalardan yemək oğurlamadıqlarını, oğurlasalar belə bunu aqressiv üsullarla reallaşdırmadıqlarını ortaya çıxarmışlar.

Görüldüyü kimi fil və qarğa da başqa fərdləri tanıma və bu fərdlərin özlərinə yaxınlığına görə onlarla əlaqələrini tənzimləmədə son dərəcə qabiliyyətlidirlər. Ancaq bu qabiliyyətlərinə baxıb insanların fil və qarğalarla təkamüllü qohum olduqlarını müdafiə etmək əlbəttə ki, mümkün deyil. “National Geographic”, yalnız ideologiyasına uyğun məlumatları seçib istifadə etməkdə, yəni tapıntıları təhrif etməkdədir.

Proqramda ortaya qoyulan bütün şərhlər darvinist ön fikirlərə əsaslanmaqdadır. Sənədli filmdə şərhlərinə müraciət edilən primatoloqlar bunu açıqca göstərən ifadələr söyləyirlər. Bir primatoloq, şimpanzelərin bir-birləriylə olan əlaqələrində qarşı tərəfi dartdıqlarını izah edərkən bunları söyləməkdədir:

 

“Bir-birlərini hiyləgərliklə dartırlar. Gözlərdəki kiçik parıltılar mənə xüsusilə insana xas gəlir”.

 

Bir başqa primatoloq şimpanzelər arası liderlik və həmrəylik davranışlarının altında yatan niyyətlə əlaqədar fərziyyələr etməkdə və bunları söyləməkdədir:

 

“Şimpanzelərdə; yaddaş, minnət və ya məcbur etmə maddəsi olmadan “sənə yaxşılıq edim sən də mənə et” deyə alış-veriş sisteminin olduğunu xəyal etmək çox çətindir. Bunlar kompleks anlayışlardır amma mən bunların şimpanzedə olduğunu fərz etməyə qərarlıyam”.

 

“National Geographic”dən ictimai darvinizm təbliğatı

Elmi olaraq etibarsızlığı göstərilmiş, çürük bir nəzəriyyə olan darvinizm, “National Geographic TV”-ni aydın olmaz bir şəkildə təsir edirmiş kimi görünməkdədir. TV kanalı insanın ictimai quruluşunu da darvinist ifadələrlə açıqlayır. Darvinizmin təbiətdə davamlı qarşıdurma olduğu və güclü olanın həyatda qalacağı şüarını insanın ictimai quruluşuna, xəyali “ictimailəşmə müddəti”ndən danışmaqda və bunu bir mənfəət əlaqələri zənciri kimi əks etdirməkdədir:

 

“Yaxşılıq alış-verişi həm insan oğlu, həm də iri meymunların erkəndən öyrənməyə başladıqları hünərdir. Zamanı gəlincə rəqiblərimizi küncə sıxışdırmağa yarayan dost qazanma və insanlara təsir etmənin bir parçasıdır. Hamımız mövqe üçün həmişə bir mübarizə halındayıq. Nəticə isə hər kəsin, bir-birlərinin şəxsiyyətlərini və necə fayda verəcəyini anlayacağı kompleks bir klubdur. Bu seçmə kluba girmənin gözümüzü nə cür qorxutduğunu hamımız bilirik”.

 

Bu ifadələr, “National Geographic”in nəzərdə tutduğu cəmiyyət modelini açıqca ortaya qoymaqdadır. Eqoist qarşıdurmanın hakim olduğu, yaxşılıqların yalnız mənfəət gözləməsi içində edildiyi və insanların digər insanlardan narahat olacaqları bir cəmiyyət modeli… TV kanalı insana xas xüsusiyyətlər olan tolerantlıq, ədalət, mərhəmət, güvən və qardaşlıq kimi anlayışları bu modeldən tamamilə təcrid etməkdədir. Bunun səbəbi TV kanalının insanı sıravi bir heyvan növü qəbul etməsidir. İnsanın ağıl və şüur sahibi, ərdəmli varlıq olduğunu rədd edərək, onu öz mənfəətləri üçün vuruşan bir heyvan növü kimi əks etdirməkdədir.

“National Geographic” qrupuna, elmi dayaq və insani ölçülərdən məhrum bu ideologiyanın təbliğatının, cəmiyyət hüzuru, təhlükəsizliyi və xoşbəxtliyini dağıdıcı fəaliyyət olduğunu xatırlatmaq istəyərik. Darvinizm kimi köhnə ideologiya üçün, insanları əxlaqi ərdəmlərdən uzaqlaşmağa dəvət etmək, cəmiyyətə zərər verməkdən başqa bir nəticə doğurmayacaq.

Bu təbliğat, cəmiyyət üçün zərərli olduğu qədər gerçək xaricidir də… Müasir elm, insanın şimpanzeylə ortaq atadan təkamülləşdiyi iddiasının bir əfsanədən ibarət olduğunu göstərməkdədir. “National Geographic” bu gerçəyi qəbul etməli və bir əfsanəni dəstəkləmək üçün boş yerə xərclədiyi pulları, cəmiyyətə faydalı fəaliyyətlərdə istifadə etməlidir.