29 may 2001-ci il tarixli “Cumhuriyet” qəzetində, Orxan Bursalının “İnsanın təkamülü və ictimai həmrəylik” başlıqlı yazısı nəşr olundu. Orxan Bursalı, bu yazısında böyük ziddiyyət nümayiş etdirir, bir tərəfdən mərhəmətsiz ictimai rəqabətin təbiət qanunu olduğunu qarşıya qoyan darvinizmi müdafiə edərkən, bir tərəfdən də mərhəmətsiz rəqabəti tənqid edirdi. Bu yazıda, Orxan Bursalının təbiətdə müşahidə edilən gerçəklər, vicdanının söylədikləri və bir tərəfdən də bağlısı olduğu darvinist materialist ideologiyanın arasında qalaraq, əhəmiyyətli ziddiyyətlər nümayiş etdirdiyi yazısı haqqında bəzi şərhlər yer almaqdadır.

 

Canlılar arasındakı fədakarlıqlar təkamül nəzəriyyəsinin ən böyük çıxılmaz vəziyyətlərindən biridir

Bursalı yazısında, Peter Kropotkinin “Təkamülün bir faktoru: qarşılıqlı köməkləşmə” adlı kitabından söz etməkdə və bu kitabda yazılanları insan cəmiyyətlərinin inkişafı üçün nümunə olaraq göstərməkdədir. Ancaq bu kitab başlığından da aydın olacağı üzrə təkamülçülər baxımından əhəmiyyətli ziddiyyətlər sərgiləməkdədir. Anarxiyanın öndə gələn adlarından təkamülçü Kropotkin, bu kitabında təbiətdə müşahidə etdiyi fədakarlıq və həmrəylik nümunələrini izah etməkdə və köməkləşmənin təkamülün itələyici güclərindən biri olduğunu qarşıya qoymaqdadır.

Gerçəkdə bu iddia, təkamül nəzəriyyəsinin özünə ziddir. Darvinizmə görə təbiətdə var gücü ilə bir rəqabət mühiti vardır və bu mühitdə yalnız güclü olanlar həyatda qala bilərlər. Fədakarlıq və həmrəyliyə yer olmayan bu mərhəmətsiz rəqabət mühiti isə darvinistlərə görə canlıları təkamülləşdirən ən əhəmiyyətli gücdür.

Ancaq, təbiətdə edilən müşahidələr canlılar arasında yalnız ölümünə bir rəqabət olmadığını, bəzi canlıların bəzən öz həyatlarını da digərləri üçün fəda edə bildiklərini, kimi canlıların insanlarda da görülməyən bir həmrəylik və köməkləşmə içində yaşadıqlarını göstərmişdir. Bu vəziyyətdə təkamülçülər, “həyat mübarizəsi”, “rəqabət sahəsi” kimi iddialarına yeni şərhlər gətirmək məcburiyyətində qalmışlar. Bu təkamülçülərdən biri də Bursalının söz etdiyi Kropotkindir. Etdiyi müşahidələr nəticəsində eyni növün fərdləri arasında mübarizədən çox köməkləşmə olduğunu görən Kropotkin, təkamül nəzəriyyəsini rədd etmək yerinə, bu yardımlaşmanı təkamülün bir faktoru olaraq açıqlamaq məcburiyyətində qalmışdır.

Amma bunu edərkən, Kropotkinin və onu izləyən təkamülçülərin göz ardı etdiyi əhəmiyyətli bir nöqtə vardır: “Həyat mübarizəsi” anlayışı, təkamül nəzəriyyəsinin təməl mexanizmi olaraq göstərilən “təbii seleksiya”nın çıxış nöqtəsidir. Çünki təbii seleksiya, “üstünlüklü olan fərdlərin rəqabət yoluyla seçilməsi” məntiqinə əsaslanar. Əgər canlıların daimi rəqabət içində olmadıqlarını, aralarında həmrəylik və köməkləşmə olduğunu qəbul etsəniz, təbii seleksiyanın da bir təməli qalmaz. Çünki köməkləşmə və həmrəyliyin olduğu bir populyasiyada, “zəiflər” çıxarılmayacaq, güclülər və üstün olanlar isə üstünlük qazanmayacaqlar. Təbii seleksiyanın ortadan qalxdığı bu vəziyyətdə, “təkamül nəzəriyyəsi”ndən də söz edilə bilməz.

Şübhəsiz, təbii seleksiyanın var olması da təkamül nəzəriyyəsinə bir şey qazandırmamaqdadır, çünki təbii seleksiya canlıları inkişaf etdirən, onlara yeni xüsusiyyətlər qazandıran bir mexanizm deyil. Ancaq darvinizmin təməlini meydana gətirən “hər canlı eqoistdir” fərziyyəsinin çürüməsi, geriyə “təbii seleksiya” da buraxmamaqda, qarşıya qoyulan təkamül mexanizmini də etibarsızlaşdırmaqdadır.

Bu səbəbdən, Kropotkin kimi anarxist və ya sosialist təkamülçülərin təməldə siyasi və fəlsəfi niyyətlərlə qarşıya qoyduqları “köməkləşməyə əsaslanan təkamül” modelinin heç bir elmi etibarlılığı yoxdur. Necə ki, mövzuya daha texniki və elmi yaxınlaşan Darvinist bioloqlar bunun fərqindədirlər və canlılardakı fədakarlıq ilə təkamül nəzəriyyəsi arasında bir qarşıdurma olduğunu qəbul etməkdədirlər.

Bu təkamülçülərdən biri olan John Maynard Smith canlıların bu xüsusiyyətləri üzərinə belə bir sual yönəltməkdədir:

 

Əgər təbii seleksiya, fərdin həyata şansını və çoxalmasını zəmanət edən xüsusiyyətlərinin seçilməsi isə, özünü fəda edən davranışları necə açıqlayacağıq? (John Maynard Smith, “The Evolution of Behavior”, Scientific American, dekabr 1978, cild 239, nömrə 3, səh. 176)

 

“Bilim ve Teknik” jurnalındakı bir məqalədə isə təkamülçülərin qarşı-qarşıya olduqları bu problem belə ifadə edilməkdədir:

 

Problem canlıların niyə bir-birlərinə kömək etdikləridir. Darvinin nəzəriyyəsinə görə; hər canlı öz varlığını davam etdirmək və törəyə bilmək üçün mübarizə verməkdədir. Başqalarına kömək etmək, o canlının sağ qalma ehtimalını bağlı olaraq azaldacağına görə, uzun müddətdə təkamüldə bu davranışın ələnilməsi lazım idi. Halbuki, canlıların fədakar ola biləcəkləri müşahidə edilmişdir. (“Bilim Ve Teknik”, sayı 190, səh. 4)

 

Nəticə olaraq, təbiətdə canlılar arasında görülən köməkləşmə və fədakarlıq nümunələri təkamülçülər baxımından qəti olaraq açıqlana bilməyən, yalnız fəlsəfi şərhlərlə izah edilən, ancaq bu vəziyyətdə də nəzəriyyənin təməl anlayışlarıyla zidd düşən əhəmiyyətli problemdir. (Geniş məlumat üçün baxın: Harun Yəhya, Canlılardakı fədakarlıq, İstanbul, avqust 1999)

 

Hörmətli Bursalının şikayət etdiyi mərhəmətsiz rəqabət, darvinizm tərəfindən gücləndirilmişdir

Hörmətli Bursalı, yazısında belə deyir:

 

“Bir-birinin gözünü oyma, həmcinsinin yox olmasına göz yumma, altda qalanın canı çıxsın nizamı, davamlı həmcinsinin zərərinə cəmiyyətdə özünə imtiyazlı yer əldə etmə, canlıları da cəmiyyətləri də inkişaf etdirməz. Hətta belə bir nizamı davamlılaşdıran cəmiyyətlər çökmə və yox olma müddətinə girməzlərmi?”

 

Bursalı bu təsbitində çox haqlıdır. Həqiqətən də, eqoizmin, mərhəmətsiz rəqabətin olduğu cəmiyyətlər yox olmağa və ya çökməyə məhkumdurlar. Ancaq Bursalının göz ardı etdiyi gerçək budur: Şikayətləndiyi bu cəmiyyət modeli, özünün də müdafiə etdiyi darvinist ideologiyadan sözdə elmi dəstək almaqdadır.

Bilindiyi kimi darvinizm, canlıların inkişafını təbiətdə var olan “həyat mübarizəsi”nə əsaslayar. Darvinə görə, təbiətdə mərhəmətsiz həyat mübarizəsi, daimi qarşıdurma vardır. Güclülər hər zaman gücsüzlərə qalib gələr və inkişaf da bu sayədə mümkün olar. Darvin, “Növlərin mənşəyi” adlı kitabına qoyduğu alt başlıq ilə, bu fikrini yekunlaşdırmaqdadır: “Növlərin mənşəyi, Təbii seleksiya və həyat mübarizəsində sürüşdürülmüş irqlərin qorunması yoluyla.”

Darvinin bu mövzudakı ilham qaynağı isə, ingilis iqtisadçı olan Tomas Malthusun “An Essay on the Principle of Population” (Əhali prinsipi üzərinə sınaq) adlı kitabıdır. Malthus öz başlarına buraxıldıqlarında, insan əhalisinin çox sürətli artdığını hesablamışdı. Əhalini idarə altında tutan başlıca faktorlar isə müharibə, qıtlıq və xəstəlik kimi fəlakətlər idi. Qısacası, bəzi insanların yaşaya bilmələri üçün digərlərinin ölməsi lazım idi. Var olma, “davamlı döyüş” mənasını verirdi.

Darvin, təbiətdəki həyat mübarizəsi fikrini Malthusdan götürdüyünü öz ifadəsiylə belə açıqlayır:

 

Oktyabr 1838-ci ildə, yəni sistematik şəkildə araşdırmalarıma başladıqdan 15 ay sonra, sırf marağımdan Malthusun əhali ilə əlaqədar çalışmasını oxumağa başladım. Və heyvanlarla bitkilərdə davamlı müşahidə etdiyim həyatda qalma mübarizəsini düşündüyümdə, bir an fərqinə vardım ki, bu şərtlər altında uyğun variasiyalar qorunacaq və uyğun olmayanlar yox ediləcəkdi. Bunun nəticəsində isə yeni növlər ortaya çıxacaqdı. Burada, sonradan üzərində çalışa biləcəyim bir nəzəriyyəni sonunda əldə etmişdim. (Anton Pannekoek, Marxism and Darwinism, Tərcümə: Nathan Weiser, Chicago, Charles H. Kerr)

 

Məhz hörmətli Bursalının diqqət yetirməsi lazım olan nöqtə buradadır. Təkamül nəzəriyyəsi “həyat mübarizəsi” və “çıxar qarşıdurması” anlayışlarına əsaslandığı üçün, təkamül nəzəriyyəsini müdafiə edənlər bu anlayışların insan cəmiyyətlərinin də təməl əxlaqi dəyərləri olması lazım olduğunu müdafiə etmişlər. Darvinin müasirləri və ardından gələn bir çox darvinist cəmiyyətdə yaşanan var gücü ilə rəqabəti dəstəkləmişlər. Məsələn, bu zehniyyətin ən öndə gələnlərindən Tilleyə görə, kasıblığı önləməyə qalxıb “məğlub olmuş siniflər”ə kömək etmək, təkamülü təmin edən təbii seleksiya qanununa sədd çəkmək mənasını verdiyi üçün böyük səhvdir. (Alaeddin Şenel, İrq və irqçilik düşüncəsi, Ankara: Elm və sənət nəşrləri, 1993, səh. 61)

 

Darvinin prinsiplərini ictimai həyata tanıdan və İctimai darvinizmin başlıca nəzəriyyəçisi olan Herbert Spencerə görə isə, əgər bir insan kasıbsa bu onun səhvidir; heç kim bu insana yüksəlməsi üçün kömək etməməlidir. Əgər bir insan zəngindirsə, bunu əxlaqsızlıqla əldə etmiş olsa belə bu, onun bacarığıdır. Bu səbəblə, kasıb biri ortadan silinərkən zəngin biri yaşamağa davam edər. Məhz bu düşüncə Bursalının şikayətləndiyi və bu gün cəmiyyətlərin az qala hamısına hakim olan görüşdür və darvinist əxlaqın bir təkrarı xüsusiyyətindədir.

 

Yale universitetində siyasət və ictimai elmlər professoru olan William Graham Sumner isə, darvinizmin Amerikadakı spikeridir. Bir yazısında insan cəmiyyətləri haqqındakı düşüncələrini bu sözləri ilə yekunlaşdırar:

 

Hər hansı birini yüksəltmək istəyiriksə qüvvə və bir reaksiya nöqtəsinə ehtiyacımız var. Cəmiyyətdə bir insanı yuxarı qaldırmaq demək, başqasının üzərinə basmaq deməkdir. (The Challenge of Facts and Other Essays, as quoted en Mason Drukman, Community and Purpose en America: An Analysis of American Political Theory, New York: McGraw-Hill, 1971, səh. 202.])

 

Məşhur təkamülçü Theodious Dobzhansky isə, darvinizmin təməli olan “təbii seleksiya” düşüncəsinin əxlaqi istiqamətdən degenerasiya cəmiyyət meydana gətirdiyini belə qəbul edər :

 

Təbii seleksiya eqoizmi, zövq düşkünlüyünü, cəsarət yerinə qorxaqlığı, saxtakarlığı və istismarı seçər. Cəmiyyətin etdiyi isə “təbii” rəftarları qadağan edər və bunların əksinə olan nəzakət, comərdlik və hətta digərlərinin, cəmiyyətin, millətin və nəhayət bütün insanlığın yaxşılığı üçün özünü fəda etmək kimi xüsusiyyətləri ucaldar. (Theodosius Dobzhansky, “Ethics and Values en Biogical and Cultural Evolution”, Zygon, The Journal of Religion and Science, Los Angeles Times”də nəşr olunduğu şəkliylə alınmışdır, hissə 4 (16 iyun 1974), səh. 6)

 

Görüldüyü kimi, cəmiyyətdəki degenerasiyanın, çöküntünün, eqoizmin, acgözlüyün, qısacası, hörmətli Bursalının təsvir etdiyi mərhəmətsizliyin mənşəyində darvinizmin meydana gətirdiyi sözdə elmi “dünya görüşü” var. Darvinizmi kor-koranə müdafiə edənlər isə, bilərək və ya bilməyərək bu ictimai çöküntüyə və degenerasiya cəmiyyət əxlaqına dəstək verməkdədirlər.

 

Nəticə

Hörmətli Bursalının sözünü etdiyi ictimai çöküntünün həlli əvvəl darvinist düşüncənin etibarsızlığının insanlara göstərilməsi, darvinizmə əsaslanan “həyat mübarizəsi” təlqininin ortadan qaldırılmasıdır. Allaha və axirət gününə inanmayan, etdiyi əxlaqsızlıqlara, zülmə, eqoizmə qarşılıq görməyəcəyini zənn edən, qarşısındakı insanları başıboş, məsuliyyətsiz, inkişaf etmiş heyvanlar olaraq görən bir insanın digərlərini əzməsi, onları “qüvvə” olaraq istifadə etməsi, eqoist, sevgisiz, mərhəmətsiz, zalım olması çox təbiidir. Ancaq Allahdan qorxan, Allahı sevən, bu səbəbdən Allahın yaratdığı varlıqlara da sevgi, şəfqət və mərhəmət duyan bir insanın rəftarının necə olacağı isə açıqdır.

Hörmətli Bursalı cəmiyyətlərin əxlaqi çöküntüləri mövzusundakı təsbitində son dərəcə haqlıdır. Ancaq həllin darvinizmdə olmadığını, hətta darvinizmi müdafiə edənlər olduğu müddətcə, dünyada milyonlarla insanın əziyyət, səfalət, haqsızlıq və ədalətsizlik içində yaşamağa davam edəcəyini görməməzlikdən gəlməməlidir. Madam ağlı və vicdanı ona səhvləri göstərməkdədir, həll mövzusunda da yenə ağılına və vicdanına müraciət etməlidir.