“Bilim ve Teknik” jurnalının fevral 2001-ci il tarixli sayında qapaq mövzusu olan “Şiddət” başlıqlı məqalədə, təkamül nəzəriyyəsinin təbliğatını etmək adına ciddi elmi səhvlər edilmiş ya da bu səhvlər təkamül təbliğatı adına xüsusilə görməməzlikdən gəlinmişdir.
Bu məqalənin əvvəlində təkamül nəzəriyyəsinin ən fundamental yalanlarından birinə müraciət edilmiş və “təbiətin var gücü ilə bir rəqabət səhnəsi olduğu” yanılması oxuculara təlqin edilməyə çalışılmışdır. Məqalənin davamında da “təcavüzkarlığın bu rəqabət səhnəsində insana təkamüllü üstünlük təmin etdiyi” kimi tamamilə xəyali iddia ortaya atılmış və bu iddiaya qaynaq olaraq da bundan 40 il əvvəl “quşları və balıqları” müşahidə edərək bir sıra fərziyyələrdə olan Alman etoloq Konrad Lorenz göstərilmişdir.
Əslində təbiətin yalnız bir mübarizə səhnəsi olduğu yanılması, 40 ildən də əvvələ əsaslanan, təkamül nəzəriyyəsinin ilk ortaya atıldığı dövrə aid yanılmadır. Nəzəriyyənin qurucusu Darvinin qarşıya qoyduğu təbii seleksiya mexanizmi, olduqları coğrafi mövqenin təbii şərtlərinə uyğun quruluşda və güclü olan canlıların həyatlarını və nəsillərini davam etdirə bildiklərini, uyğun quruluşda olmayan və daha gücsüz olanların isə yox olduqlarını nəzərdə tutar. Darvinizmin mənimsədiyi təbii seleksiya mexanizminə görə təbiət, canlıların bir-birləriylə “həyat” üçün var gücü ilə mübarizə etdikləri, zəiflərin güclülər tərəfindən yox edildiyi bir yerdir.
Bu səbəbdən bu iddiaya görə hər canlı həyatını davam etdirə bilmək üçün güclü olmaq, digərlərinə hər mövzuda üstün gəlmək və var gücü ilə döyüşmək məcburiyyətindədir. Belə bir mühitdə isə fədakarlıq, əməkdaşlıq kimi anlayışlara yer yoxdur; çünki bunların hər biri canlının əleyhinə dönə bilər. Buna görə hər canlı ola bildiyi qədər eqoist olmalı və yalnız öz yeməyini, öz yuvasını, öz qorunmasını, öz təhlükəsizliyini düşünməlidir. “Bilim ve Teknik” jurnalında ələ alınan “təcavüzkarlıq” və “şiddət” ünsürü belə bir mühitdə imtina edilməz olacaq.
TƏBİƏTDƏKİ FƏDAKARLIQ NÜMUNƏLƏRİ DARVİNİZMİ YALANLAYIR
Yaxşı bəs, həqiqətən də, təbiət hər canlının bir-biriylə var gücü ilə mübarizə etdiyi, hər kəsin bir-birini yox etmək, zərərləşdirmək üçün səy göstərdiyi, son dərəcə eqoist və vəhşi fərdlərdən ibarət olan mühitdirmi?
Xeyr. Bu mövzuda indiyə qədər edilən müşahidələr, təkamülçüləri (və dolayısilə “Bilim ve Teknik” jurnalında qarşıya qoyulan iddianı) yalanlamışdır. Təbiət, heç də təkamülçülərin iddia etdiyi kimi yalnız döyüşün hakim olduğu bir yer deyil. Əksinə təbiət, çox vaxt ölümü gözə alan fədakarlıqların, öz zərərinə olduğu halda sürü üçün göstərilən fədakarlıqların, bunun qarşılığında heç bir qazanc verməyən canlıların və ağıllı əməkdaşlıqların saysız nümunələri ilə doludur. Özü də bir təkamülçü olmasına baxmayaraq, Prof. Camal İldırım, Təkamül qaydası və mövhumatçılıq adlı kitabında, Darvin və dövründəki digər təkamülçülərin niyə təbiətin yalnız bir döyüş yeri olduğunu zənn etdiklərini belə açıqlamışdır:
19-cu əsrdə elm adamları əksəriyyəti iş otaqlarında, ya da laboratoriyada bağlı qaldıqları, təbiəti tanıma yoluna getmədikləri üçün canlıların tam döyüş içində olduğu tezisinə asanca qapılmışdır. Huxley kimi məşhur elm adamı belə özünü bu yanılmadan qurtara bilməmişdi.1
Təkamülçü Peter Kropotkin isə heyvanların aralarındakı həmrəyliyi mövzu etdiyi “Mutual Aid: A Factor en Evolution” adlı kitabında Darvin və tərəfdarlarının içinə düşdükləri yanılmanı belə dilə gətirməkdədir:
Darvin və onu izləyənlər, təbiəti canlıların davamlı olaraq bir-birləriylə döyüşdükləri bir yer olaraq təyin etdilər. Huxleyə görə heyvanlar aləmi qladiatorların şousuna bənzəyirdi. Heyvanlar bir-birləriylə döyüşməkdə, ən sürətli və ən hiyləgər olanı sabahısı gün döyüşə bilmək üçün həyatda qalmaqda idi. Ancaq ilk baxışda, Huxleyin təbiətə baxışının elmi olmadığı aydın olmaqdadır. 2
Təbiətdə həqiqətən də, bir mübarizə, qarşıdurma vardır. Amma bunun yanında “fədakarlıq” da vardır. Və bu fədakarlıq, darvinist nəzəriyyənin təməli olan “təbii seleksiya” anlayışının əsassız olduğunu göstərməkdə, və təkamülçüləri də çarəsiz hala gətirməkdədir. Necə ki, bu mövzu “Bilim ve Teknik” Jurnalının daha əvvəlki sayılarında də ələ alınmış, təkamülçülərin düşdükləri acizlik “Bilim ve Teknik” jurnalında belə ifadə edilmişdir;
Problem, canlıların niyə bir-birlərinə kömək etdikləridir. Darvinin nəzəriyyəsinə görə; hər canlı öz varlığını davam etdirmək və törəyə bilmək üçün bir döyüş verməkdədir. Başqalarına kömək etmək, o canlının sağ qalma ehtimalını bağlı olaraq azaldacağına görə, uzun müddətdə təkamüldə bu davranışın ələnilməsi lazım idi. Halbuki canlıların fədakar ola biləcəkləri müşahidə edilmişdir.3
Təbiətdəki bu gerçəklər qarşısında, təkamülçülərin “təbiət döyüş sahəsidir, eqoist olan, öz mənfəətlərini qoruyan üstün gəlir” iddiası tamamilə etibarsız qalmaqdadır. Məşhur təkamülçü olan John Maynard Smith canlıların bu xüsusiyyətləri üzərinə təkamülçülərə belə bir sual yönəltməkdədir:
Əgər təbii seleksiya, fərdin həyata şansını və çoxalmasını zəmanət edən xüsusiyyətlərinin seçilməsidirsə, özünü fəda edən davranışları necə açıqlayacağıq? 4
Əlbəttə, özü də təkamülçü bir elm adamı olan John Maynard Smithin bu sualına təkamül nəzəriyyəsi adına veriləcək cavab yoxdur. Canlılardakı fövqəladə fədakarlıq və köməkləşmənin təbiətdəki nümunələri haqqında məlumat əldə etmək istəyənlər Harun Yəhyanın “Canlılardakı fədakarlıq və ağıllı davranışlar” adlı əsərini oxuya bilər.
İNSTİNKTLƏR TƏKAMÜLLƏ AÇIQLANA BİLMƏZ
“Bilim ve Teknik” jurnalında nəşr olunan məqaləsində bir başqa yalan da, insan davranışları və heyvan davranışları arasında bənzərlik qurularaq, insan və heyvanın ortaq atadan gəldiyi və bu davranışların da ortaq atadan nəsildən nəsilə köçürüldüyü üçün bir bənzərlik daşıdığı iddiasıdır. Yazıda təcavüzkarlıq da ortaq mənşəli bir impuls, yəni instinkt olaraq adlandırılmış, ancaq insanların bunu gündəlik həyatda ətrafa vurma fürsəti tapa bilmədiklərindən bəhs edilmişdir.
Halbuki bu iddia, təkamülçülərin xəyal güclərinə əsaslanan və heç bir təmələ əsaslanmadan kütlə təlqini etmək üçün müraciət etdikləri yalandır. Əvvəlcə ifadə etmək lazımdır ki, “Bilim ve Teknik” jurnalının insanlarda və heyvanlarda var olduğunu iddia etdiyi “impuls”, ya da “instinkt” mövzusu təkamül nəzəriyyəsi baxımından başlı başına çıxmaz meydana gətirməkdə və nəzəriyyənin etibarsızlığını tək başına ortaya qoymaqdadır.
“İnstinkt” sözü, təkamülçü elm adamları tərəfindən, heyvanların doğuşdan sahib olduqları bəzi davranışları təyin etmək üçün istifadə edilər. Ancaq heyvanların bu instinktləri necə əldə etdikləri, instinkt ilə edilən bir davranışın ilk olaraq necə ortaya çıxdığı və bu davranışların nəsildən-nəsilə necə ötürüldüyü sualı həmişə cavabsızdır.
Təkamülçü genetik Gordon Rattray Taylor, “The Great Evolution Mystery” adlı kitabında instinktlərlə əlaqədar bu çıxılmaz vəziyyəti belə etiraf etməkdədir:
İnstinkt davranış ilk olaraq necə ortaya çıxır və bir növdə irsi olaraq necə yerləşir deyə soruşsaq, bu suala heç bir cavab ala bilmərik. 5
Gordon Taylor kimi etiraf edə bilməyən bəzi təkamülçülər isə bu sualları üstüörtülü, gerçəkdə bir məna ifadə etməyən cavablarla ötürməyə çalışarlar. Əslində təkamül nəzəriyyəsinin sahibi Charles Darvin də heyvanların davranışlarının və instinktlərinin, nəzəriyyəsi üçün böyük təhlükə meydana gətirdiyini fərq etmiş və bunu “Növlərin mənşəyi” adlı kitabında açıqca, hətta bir neçə dəfə etiraf etmişdi:
İnstinktlərin bir çoxu elə təəccüblüdür ki, onların inkişafı oxucuya bəlkə nəzəriyyəmi tamamilə yıxmağa yetər gücdə görünəcək. 6
“Bilim ve Teknik” jurnalının düşdüyü bir başqa yanılma da var olduğunu iddia etdiyi “impuls”, yəni “instinktlərin” nəsildən-nəsilə ötürülərək günümüzə daşındığı yanılmasıdır. Bu Lamarkcist məntiqdir və elmi baxımdan xurafat olduğu bundan 1 əsr əvvəl isbat edilmişdir. Necə ki, təkamülçü elm adamlarının özləri də instinkt və impulsların nəsildən nəsilə təkamül yoluyla köçürülməsinin qeyri-mümkün olduğunu etiraf etməkdədirlər. Təkamülçü Gordon R. Taylor, “Bilim ve Teknik” jurnalında da yer verilən, davranışların irsi olaraq sonrakı nəsillərə köçürülə bildiyi iddiasını, “acınacaqlı” iddia olaraq qiymətləndirməkdədir:
Bioloqlar müəyyən bəzi davranış şəkillərinin varisliyinin mümkün olduğunu və əslində bunun həqiqətən görüldüyünü qəbul edərlər. Dobzhansky bunu iddia etməkdədir: “Bütün bədən strukturları və funksiyalar, heç bir istisna olmadan, ekoloji zəncirlər əsnasında yaranan varisliyin məhsullarıdır. Bu vəziyyət, heç bir istisna olmadan bütün davranış şəkilləri üçün də etibarlıdır”. Bu doğru deyil və Dobzhansky kimi hörmətli birinin bunu mövhumat olaraq müdafiə etməsi acınacaqlı vəziyyətdir. 7
MƏQALƏDƏKİ İCTİMAİ DARVİNİST İDDİALAR, MƏQALƏNİN ÖZ İÇİNDƏKİ MƏLUMATLAR TƏRƏFİNDƏN ÇÜRÜDÜLMƏKDƏDİR
“Bilim ve Teknik” jurnalındakı məqalədə çox əhəmiyyətli təkamüllü dünyagörüşünə də yer verilmişdir. Alman etoloq Konrad Lorenzin fikirlərinə əsaslanaraq, insan birlikləri arasındakı döyüşlərin mənşəyinin də, insanlardakı təcavüzkarlıq meylinə əsaslandığı və bunun təkamül müddəti içində müvəffəqiyyətə səbəb olduğu irəli sürülmüşdür. Bu dünyagörüşü təkamülçü kütlələrin meydana gətirmək istədikləri cəmiyyət modelini də yekunlaşdırmaqdadır. Bu, “ictimai darvinizm”ə, yəni insanlar arasında “güclülər qazanar, zəiflər uduzar” qaydasının etibarlı olması lazım olduğuna inanan ideologiyaya xidmət edən iddiadır.
Halbuki, məqalənin davamında verilən məlumatlar, onsuz da bu iddianı çürüdən xüsusiyyətdədir. Çünki yazının davamında təcavüzkarlıq və şiddət hərəkətlərinin, ümumiyyətlə bir-birlərini tanıyan fərdlər içində reallaşdığı, yəni iki tərəfin ortaq keçmişlərinin olduğu və ortaq gələcək paylaşmasını gözlədikləri ifadə edilmişdir. Bu isə şiddətin instinkt deyil, mədəniyyətlə əlaqəli hərəkət olduğunu göstərməkdədir. Həm də yazıda mütəxəssis psixoloji məsləhətçi Səma Ucanın fikirlərinə də yer verilmiş və təcavüzkarlığa gətirib çıxaran qəzəbin səbəbinin, insanların hadisələrə dünyagörüşlərindən qaynaqlandığı, yəni yenə mədəni səbəbə əsaslandığı ifadə edilmişdir.
Ortaya çıxan gerçək budur; təcavüzkarlıq bir instinkt deyil, ictimai əlaqə içərisində olan insanların bir-birlərinə dünyagörüşlərindən qaynaqlanan davranış pozuqluğudur. Cəmiyyətdə fərdlər arasında görülən şiddət hadisələri, psixoloji məsləhətçi Səma Ucanın da ifadə etdiyi kimi “hadisələrə dünyagörüşünün sorğulanması, şiddətə yönəldən faktorun yoxlama altına alınması, insanın özünü qurucu və müsbət bir şəkildə ifadə etməsiylə” idarə altına alına bilər.
Bu da bizə göstərməkdədir ki, şiddət və təcavüzkarlıq, insanların təbiətindən gələn qaçılmaz bir hərəkət deyil, insanlara verilən əyri dünyagörüşünün bir nəticəsidir. Bu əyri dünyagörüşü isə, “İctimai darvinizm”in şəxsən özüdür.
Təkamülçülər, cəmiyyətə əvvəl ictimai darvinist olmağı (yəni mərhəmətsiz, mənfəətçi, eqoist, ehtiraslı olmağı) təlqin etməkdə, sonra da meydana gətirdikləri bu əyri mədəniyyəti “təkamülün dəlili” kimi təqdim etməyə çalışmaqdadırlar.
NƏTİCƏ
İnsan cəmiyyətlərindəki şiddət nümunələrinin, təkamül nəzəriyyəsinə dəlil meydana gətirən heç bir istiqaməti yoxdur. Əksinə, cəmiyyətlər araşdırıldığında, bəzi mədəniyyətlərin şiddəti ucaltdıqları, bəzilərinin isə mərhəmət, xoşgörüş və sülhsevərlik üzərində dayandıqları görüləcək. Yəni məsələ insanın mənşəyiylə əlaqədar məsələ deyil, dünyaya dünyagörüşüylə əlaqədar məsələdir. Əxlaqi bir məsələdir. Dövrümüzdəki insanlar əgər darvinizmə inanar və bir heyvan növü olduqlarını zənn etsələr, əlbəttə şiddətə yönələ bilərlər. Amma əgər Allahın yaratdığına, Ona qarşı məsul olduqları və Onun razılığı üçün gözəl əxlaq göstərmələri lazım olduğunu bilsələr, şiddət bir tərəfə, böyük mərhəmət, şəfqət, fədakarlıq və xoşgörüş göstərərlər. İnsanlığı qurtaracaq olan həll də, bu əxlaqı, yəni Quran əxlaqını qavramaq və yaşamaqdır .
1) Cemal Yıldırım, Evrim Kuramı ve Bağnazlık, səh. 49
2) Peter Kropotkin, Mutual Aid: A Factor of Evolution, 1902, 1-ci bölmə, (http://www.etext.org/Politics/Spunk/library/writers/kropotki/sp001503/index.html )
3) Bilim ve Teknik, sayı 190, səh.4
4) John Maynard Smith, The Evolution of Behavior, Scientific American, dekabr 1978, cild 239, no.3, səh. 176
5) Gordon R. Taylor, The Great Evolution Mystery, Harper & Row Publishers 1983, səh. 222
6) Charles Darwin, Türlerin Kökeni, Onur Yayınları, 5-ci nəşr, Ankara 1996, səh. 273
7) Charles Darwin, Türlerin Kökeni, səh. 310