Header

“Cumhuriyet Bilim Teknik”, yevgenist mesajı daşıyan izahlardan qaçmalıdır

Aa4a

“Cumhuriyet Bilim Teknik” (CBT) jurnalının 22 noyabr 2003-cü il tarixli sayında “İnsan ömrü uzanır, amma nə qədər?” başlıqlı yazı nəşr olundu. Yazıda yaşlanmanın sözdə təkamülüylə əlaqədar fərziyyələr edilir və yaşlanma müddəti təbii seleksiyası açıqlanmağa çalışılırdı.

Heç bir elmi dəlili olmayan və yalnız ön mühakiməyə əsaslanan bu izahları burada detallandırma gərəyi duymuruq. Ancaq yazının içində keçən bir cümləni qısaca ələ almaq və darvinistlərin yaşlılara dünyagörüşüylə əlaqədar bir vurğulama etmək istəyirik.

CBT-də Sir Peter Medawarın 1950-ci illərdə təkamül nəzəriyyəsinin təsirində qalaraq dediyi sözü köçürülməkdə, bu izaha görə “insanların törəmə funksiyasını bitirdikdən sonra yaşamasına ehtiyac qalmadığı” ifadə edilməkdədir. Bu sətirlər, açıq şəkildə olmasa da, yevgenika yanlısı dünyagörüşü əks etdirməkdədir. Bu dünyagörüşü cəmiyyət üçün son dərəcə zərərlidir. Bunu daha yaxşı anlamaq üçün yevgenika nəzəriyyəsinin nəticələrini qısaca xatırlayaq.

Yevgenika, qaynağını darvinizmdən alan və 20-ci əsrin ilk yarısında zalım Nazi tətbiqlərinə fikri dayaq meydana gətirmiş nəzəriyyədir.

Bu nəzəriyyə, bir irqə mənsub şikəst və xəstə insanların ayırd edilərək sağlam fərdlərin çoxaldılmasını təmin etməyi nəzərdə tutur, beləliklə haqqında danışılan irqin “islah edilə biləcəyi” fikrinə əsaslanırdı. Bu azğına fikrə görə, sağlam heyvanların bir-birləriylə cütləşdirilərək yaxşı heyvan cinsləri əldə edilə bildiyi kimi, bir insan irqi də islah edilə bilərdi.

Yevgenika, darvinist dünyagörüşüylə sıx bağlı idi. Necə ki, yevgenikanı müdafiə edən nəşrlərdə bu vəziyyət xüsusilə vurğulanır, “Yevgenika, insanlığın öz təkamülünü özünün istiqamətləndirməsidir” deyilirdi.

Ari irqin üstünlüyünü müdafiə edən nazilər bu fikirləri tətbiq etməyə keçirdilər və 1933-cü ildə çıxardıqları bir qanunla yüz minlərlə ağıl xəstəsi, qaraçı və zənci uşağı xədim edərək törəyə bilməz hala gətirdilər. Bu tətbiqlər, yevgenika yanlısı fikirlərin insanlıq üçün meydana gətirdiyi təhlükələrin konkret sənədləri olaraq tarixə keçdi.

Yevgenika ilə əlaqədar bu gerçəklər, yazının girişində CBT-dən aldığımız ifadələrin nə qədər təhlükəli dünyagörüşünü əks etdirdiyini göstərməkdədir. CBT-də yaşlıların, “törəmə funksiyasını bitirmiş və yaşamasına ehtiyac qalmayan” insanlar olaraq adlandırılması (nə kimi izah gətirilsə gətirilsin) qəti olaraq qəbul edilə bilməz. İnsanları bioloji xüsusiyyətlərinə görə təsnif edərək, həyata lazımlılıqlarıyla əlaqədar fikirlərə yer vermənin nə cəmiyyətə nə də elmə bir qatqısı ola bilər. Cəmiyyətə qatqı təmin edəcək olan darvinizmin nə qədər böyük təhlükə olduğunun fərq edilməsi və bunun izah edilməsidir.

İnsan Allahın, Quranda “yaradılışda üstün etdiyini” bildirdiyi varlıqdır. Digər canlılardan çox fərqlidir çünki insan vicdanına və ağılına uyaraq yaşayar. Darvinizm isə, insanın həyatda qalmaq üçün, heyvanlar kimi var gücü ilə mübarizə etməsi, sözdə tarazlıq təmin etmək üçün yaşlıları, kasıbları, xəstələri yox etməsi lazım olduğunu müdafiə edən təhlükəli nəzəriyyədir.

CBT rəhbərlərini bu əhəmiyyətli mövzu barədə daha diqqətli olmağa və dəbdən düşmüş darvinist/yevgenist izahlara dəstək verməkdən imtina etməyə çağırırıq.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313