Bilindiyi kimi, ölkəmizdə illərdir təkamül yalanı ilə elmi sahədə ciddi mübarizə verən bir yazıçı var: Harun Yəhya. Harun Yəhya, bu günə qədər 150-dən çox əsər yazmış yazıçıdır. Bu əsərlərinin əhəmiyyətli bir hissəsi isə 150 ildir davam edən təkamül yalanına qarşı yazılmışdır. Təkamül nəzəriyyəsinin elmi etibarsızlığının və insanlıq üçün niyə əhəmiyyətli təhlükə olduğunun son dərəcə razı edici üslub və elmi dəlillərlə izah edildiyi bu əsərlərdən bəziləri belədir: Təkamül yalanı, Həyatın gerçək mənşəyi, Təkamülçülərə dəqiq cavab, təkamülçülərin yanılmaları, Darvinizmin sonu, Təkamülçülərin etirafları, Darvinizmin insanlığa gətirdiyi bəlalar…

 

Bu əsərlərin arasında ən məşhuru şübhəsiz, yazıçının ilk əsərlərindən olan Təkamül yalanıdır. Təkamül yalanı kitabı yalnız Türkiyədə deyil, dünya səviyyəsində oxunan əsərdir. Bu günə qədər 19 dilə çevrildi və hələ fərqli dillərə çevrilməsi davam edir. Rusiyadan Hindistana, Avstraliyadan Kanadaya, İtaliyadan İspaniyaya, Polşadan İndoneziyaya qədər bir çox ölkədə mövzu ilə əlaqədar kütlələr, Harun Yəhyanı və Təkamül yalanı kitabını tanımayan yox kimidir.

Harun Yəhyanın və Təkamül yalanı kitabının beynəlxalq təsirinin əks olunmaları ən son olaraq dünyada məşhur elm jurnalı “Science”də görüldü. “Science” jurnalının 18 May 2001-ci il tarixli sayında nəşr olunan Robert Koenig imzalı və “Creationism Take Root Where Europe, Asia Meet” (Avrupa ilə Asiyanın görüşdüyü yerdə yaradılışçılıq köklənir) başlıqlı yazıda, Harun Yəhyanın təkamül nəzəriyyəsinin aldatmacalarına qarşı etdiyi elmi mübarizəyə, Təkamül yalanı adlı kitabın beynəlxalq müvəffəqiyyətinə və Türkiyədəki təkamülçülərin çarəsizliklərinə geniş yer verildi. Yazıda ayrıca Elm Araşdırma fondunun ölkə boyu reallaşdırdığı Təkamül nəzəriyyəsinin çöküşü və Yaradılış gerçəyi mövzusundakı işləri, fondun bu mövzudakı dayanıqlılıq və əzmi mövzusunda da məlumatlar verildi.

Yazıdan bəzi hissələr belədir:

 

“..Buradakı bir çox (təkamülçü) elm adamı, təkamülçülərin ictimaiyyət nəzdində Türk yaradılışçılarının qarşısında etibar itirmələrindən narahatlıq duyur.”

 

“…BAV-in təkamül nəzəriyyəsinin öyrədilməsinə maneə törətmək üçün başlatdığı qərarlı mübarizə… Qrupun sayı bir neçə yüzə çatan və əksəriyyəti könüllü olan üzvləri veb sayt qurdular və Türkiyədə amerikalı yaradılışçı quruluşlardan da natiqlərin qatıldığı bir çox konfrans təşkil etdilər. Eyni zamanda, ölkənin hər tərəfində Təkamül yalanı və darvinizmin qaranlıq üzü kimi adları olan və Harun Yəhya təxəllüsüylə nəşr olunan geniş kitablar payladılar. O dərəcə ki bəzi elm adamları (təkamülçülər) bu kitabların ölkənin bəzi bölgələrində məktəblərdə oxudulan dərs kitablarından daha təsirli olduğundan şikayət edirlər.”

 

“…Madisondakı Wisconsin universiteti elm tarixçisi və “Yaradılışçılar” kitabının yazıçısı Ronald Numbers bunu belə ifadə edir: “Mənim tanış olduğum BAV üzvləri özlərini Qurani elmlə uyğunlaşdırmağa çalışan savadlı müsəlmanlar adlandıran gənc iş adamları idi.” Ronald Numbers bir çoxu ingilis dilinə çevrilmiş olan Harun Yəhya kitablarının yazarı, qrupun “fəxri başçısı” Adnan Oktarla görüşən bir neçə amerikalı mütəxəssisdən biridir.”

 

“… mütəxəssislər BAV-in, Şimali Amerikadan başqa, dünyanın ən qüvvətli anti-təkamülçü hərəkatını başlatdığını və bunu digər müsəlman ölkələrə də yaymağa başladığını ifadə edirlər.”

 

Jurnalda Təkamül yalanı kitabının şəkilinin altında bu şərh diqqət çəkir:

 

“Hadisə çıxardı – Təkamül yalanı kimi kitablar çox geniş oxucu kütləsinə sahibdir”

 

“Science” jurnalının yazısında, mövzuya həssas bəzi millət vəkillərimizin, təkamül nəzəriyyəsinin təhsil-tədris planından qaldırılması üçün məclisə təqdim etdikləri sual təkliflərindən də danışılır:

 

“Həm də BAV Türk yaradılışçılığının tək cəbhəsi də deyil. Bir tibb professoru və millət vəkili olan Əli Görən keçdiyimiz günlərdə orta məktəblərdə Darvinin təkamül nəzəriyyəsinin oxudulmasının qadağan edilməsi üçün təklif etdi. Parlamentdəki üçüncü böyük partiya olan və İslami fikriylə bilinən Fəzilət Partiyası üzvü Görən, darvinizmi “elmi saxtakarlıq” olaraq xarakterizə etdi və orta məktəb şagirdlərini “ateizmə və bölücülüyə” zəmin meydana gətirən təkamül nəzəriyyəsinin mənfi təsirlərindən qorumaq üçün digər parlament üzvlərini bu hərəkətə dəvət etdi. “

 

Yazıda olduqca diqqət çəkən bir başqa mövzu isə, Türkiyədə təkamül aldatmacasına istiqamətli bu fikri və elmi işlərin qarşısında təkamülçülərin cavabsız və qeyri-kafi qaldıqlarının ifadə edilməsi:

 

“Kence və digər elm adamları böyüyən yaradılışçı hərəkətə qarşılıq mütəşəkkil cavab verməyə çalışdılar… BAV-in 1998 və 1999-cu ildə Türkiyədə təşkil etdiyi 100-dən çox yaradılışçı seminara qarşılıq olaraq Təkamül qrupu anti-təkamülçü iddialara qarşı iki mətbuat şərhi etdi… Bu cəhdlərə baxmayaraq, təkamülü dəstəkləmə hərəkəti qeyri-kafi qalır.”

 

Halbuki, təkamülçü elm adamlarından gözlənilən, təkamül yalanını ortaya qoyan dəlillərə eyni şəkildə, kitab və konfranslarla cavab verməkdir. Ancaq görünən odur ki, təkamülü müdafiə edəcək heç bir dəlilləri olmadığını bilən təkamülçülər bu mövzuda ən kiçik şövq duymamaqda, yalnız bəzi təkamülçü dostlarının qəlbinə dəyməmək, ya da darvinist şəxsiyyətlərinə ləkə gətirməmək üçün imzalarını verməyi kafi görməkdədirlər. “Science” jurnalında verilən xəbərə görə, Türkiyədə təkamül nəzəriyyəsini müdafiə etmə mövzusunda təkidli davrananların başında gələn Prof. Dr. Aykut Kencenin ən böyük çalışması isə, universitet bağçasına Darvin büstü tikdirə bilmək üçün səy göstərməsidir. Yəni Türkiyənin darvinistləri, təkamül nəzəriyyəsini çürüdən konkret elmi dəlillərə qarşılıq, çarəni Darvin büstləriylə özlərini ovutmaqda tapırlar.

Harun Yəhya, daha əvvəl də bir başqa məşhur elm jurnalı “New Scientist”ə mövzu olmuşdu. “New Scientist”, 22 aprel 2000-ci il tarixli sayında Harun Yəhyanın təkamül nəzəriyyəsi ilə əlaqədar əsərlərinin təsirinə diqqət çəkmiş; təkamül nəzəriyyəsinin səhvinin və yaradılış gerçəyinin izah edilməsi mövzusunda Harun Yəhyanın “beynəlxalq qəhrəman” halına gəldiyini ifadə etmişdi.

Görüldüyü kimi, təkamül nəzəriyyəsinin gerçək üzünü ortaya qoyan, elmi heç bir etibarlılığı olmadığını bütün dəlilləri ilə, heç bir açıq nöqtə buraxmadan açıqlayan Təkamül yalanı kitabı bütün dünyada əhəmiyyətli təsir yaratmaqdadır. Buna qarşı bütün universitetlərdə kürsüləri olan, əllərində böyük laboratoriyalar, əhatəli texniki imkanlar olan təkamülçülər isə, verəcək elmi cavabları olmadığı üçün, illərdir yalnız imza yığıb, mətbuat bildirişi nəşr etməkdən və ya Darvin büstü tikdirmək üçün çalışmaqdan başqa bir şey edə bilməyərək fikri çarəsizliklərini ortaya qoymuşlar.

Təkamül nəzəriyyəsinin ölkəmizdəki çökməsinə (bu, artıq bütün elm dünyası tərəfindən fərq edilən gerçəkdir) şahid olmaq, təkamülçü təbliğatın iç üzünü görmək istəyirsinizsə, Netcevap saytını izləməyə davam edin. Netcevap, bundan sonra da ağılın, elmin və dürüstlüyün yanında yer almağa davam edəcək.