Masonlar, insanları İlahi dinlərdən uzaqlaşdıra bilmək məqsədiylə tərifləri qarmaqarışıq bir çox saxta din yaratmışlar və bunları “New Age” adını verdikləri yeni bir axın altında yığmışlar.

Bu surətlə, materialist düşüncədən qopmağa başlayan geniş kütlələrə, bir sıra metafizik ifadələrlə bəzənmiş, ancaq İlahi dinlərdən və İlahi kitablarda bildirilən Allah inancından tamamilə uzaq, heç bir məsuliyyət, öhdəçilik və təklif ehtiva etməyən, yeni bir həyat və düşüncə sistemi təlqin edilməyə çalışılmaqdadır.

Masonlar bu azğın axına daxil olan çox saydakı saxta dini, bəzi axtarışlar içində olan insanlara, haqq dinlərə alternativ yeni bir variant olaraq təqdim etməkdədir. Hər saxta din üçün Allahdan başqa saxta ilahlar qarşıya qoyarlar. (Allahı tənzih edirik)

 

“New Age” axını adı altında masonik hədəflərin modelləşdirdikləri azğın inanc sistemlərindən biri də son günlərdə mediada adından tez-tez danışılmağa başlanan “ağıllı dizayn” hərəkətidir.

Bu hərəkət, kainatdakı hər şeyin “ağıllı dizayn”ın əsəri olduğu şəklindəki nəzəriyyəni müdafiə edər. Ancaq Uca Allahın varlığını və hər şeyi yaratdığı gerçəyini qəbul etməz, bu gerçəklərin elmlə uyğun gəlməyəcəyini qarşıya qoyar. Allahın adını, xüsusilə və qərəzli olaraq, tələffüz etməkdən qaçar.

Masonlar İslam ölkələrindəki insanları Haqq dindən uzaqlaşdıra bilmək üçün də, özlərinə görə bu ölkələrin şərtlərinə ən uyğun hesab etdikləri “ağıllı dizayn” hərəkətini seçiblər və İslam dininə qarşı sözdə alternativ olaraq inkişaf etdirdikləri bu hərəkəti sıx bir şəkildə təlqin etməyə başlamışlar.

Əlbəttə ki, bu hərəkəti müdafiə edərkən İslam əleyhinə olaraq deyil, tam əksinə günahsızcasına, hətta dinə və Allah inancına zəmin hazırlayan faydalı hərəkət olaraq göstərməyə çalışarlar. İslam ölkələrinə istiqamətli bir istisna olaraq İslami terminləri və anlayışları (istəməyərək də olsa) “ağıllı dizayn” izahlarının arasına qatarlar. Bu şəkildə, gerçək niyyətlərinin ifşa olmasını maneə törətməyi və müsəlmanlardan gələcək reaksiya və etirazların qarşısını almağı hədəfləyərlər.

Gerçəkdə isə “ağır və tədrici keçid”, “işığı yuxulu gözlərə yavaş-yavaş vermə” şəklində təyin etdikləri ən klassik masonik üsulu tətbiq etməkdə və insanları, fərqinə vardırmadan batil dinin içinə sürüməyi hədəfləməkdədirlər.

Halbuki, bu hərəkətin Qərbli müdafiəçiləri bunun dindən kənar düşüncə sistemi olduğunu açıqca ifadə etməkdədirlər. Məsələn, “Ağıllı dizayn, dinə əsaslanan bir düşüncə deyil, amma dindar insanlar bu nəzəriyyədən öz müzakirələrində faydalana bilərlər” şərhi bunlardan yalnız biridir.

“Ağıllı dizayn” nəzəriyyəsinin müdafiəçiləri, din ilə elmin bir-birlərindən ayrılmalarını, elmin yaradılışı və səmavi dinləri müdafiə etməməsi lazım olduğunu iddia edərlər.

Özlərini İlahi dinlərin xaricində görüb, açıq-açıq “din bir inanc məsələsidir və elmin sahəsinə daxil deyil” deyərək, “elmi dinə əsaslanmağın səhv olacağı” yönündə fikir bildirirlər.

 

Necə ki, bu hərəkəti təmsil edən “Discovery” institutunun rəsmi internet saytında “ağıllı dizayn nəzəriyyəsi, yaradılış nəzəriyyəsinin eynisidirmi?” şəklində soruşulan suala bu şəkildə cavab verilməkdədir:

 

Yaradılışçılıqdan fərqli olaraq ağıllı dizaynın elmi nəzəriyyəsi dizaynın qaynağı haqqında şübhəcidir. (Aqnostikdir) Ayrıca ağıllı dizaynın nə İncildəki yaradılışı, nə İncili nə də başqa bir İlahi mətni müdafiə etmə kimi missiyası yoxdur.

(http://www.discovery.org/csc/topQuestions.php#questionsAboutIntelligentDesign)

 

AĞILLI DİZAYN NƏZƏRİYYƏSİ: DEİZMİN FƏRQLİ NÖVÜ…

Haqq dinləri və Allahın varlığını qəbul etməyən “ağıllı dizayn” nəzəriyyəsi, mücərrəd və anlaşılmaz “dizayner” anlayışını mənimsəyər.

Maraqlıdır ki, masonlar da eyni məntiqdə, əsərlərində kainatı, “ağıllı dizayner”in bənzəri “ümumi enerji”nin, “bir şüur”un idarə etdiyini söyləyərlər. Bu ümumi enerjinin, şüurun adına da “Kainatın ulu memarı” deyərlər.

Lakin masonlar, bundan nəzərdə tutulanın, (Allahı tənzih edirik) qəti olaraq Allah olmadığını da xüsusilə vurğulayaraq ifadə edərlər.

Görüldüyü kimi, əslində “ağıllı dizayn” tərəfdarları da nəticə olaraq masonik izahlardakı məntiqin birə-bir eynisini müdafiə etməkdədirlər deyilə bilər.

Belə bir düşüncə, bir Yaradıcının varlığını qəbul edən, ancaq İlahi dinlərin varlığını rədd edən “deizm” fəlsəfəsiylə birə-bir bənzəməkdədir.

Tarixdə, Allaha inandığını, lakin dinə və vəhyə inanmadığını söyləyən və özünü “deist” adlandıran bir çox fəlsəfəçi vardır.

Məsələn, Heraklit, Dekart, Volter, Leibniz məşhur deistlərdən bəziləridir.

Həm də Volterin İslama olan düşmənliyiylə bilinməsi və tanınmış mason olması, ayrıca Dekartın da yenə tarixi qaynaqlarda “Məbəd cəngavəri” və yüksək dərəcəli mason olaraq keçməsi Deizm fəlsəfəsinin masonik mənşəyini göstərməyə kifayətdir.

Masonlar “Ulu memar”ın varlığını qəbul edərkən digər tərəfdən İlahi dinlərə gərək olmadığını müdafiə edərlər. Ağıllı dizayn hərəkətinin qurucuları da, bir dizaynerin varlığını qəbul edərkən nəzəriyyənin din ilə bir əlaqəsinin olmadığını, bu nəzəriyyəni müdafiə etmək üçün dindar olmanın lazım olmadığı tezisini müdafiə edərlər.

Görüldüyü kimi, ağıllı dizayn nəzəriyyəsini dəstəkləyənlərin, deist filosoflardan fərqinin olmadığı açıqdır. Tarix boyunca Allahın əmr etdiyi din əxlaqına qarşı açıqca və ya üstü bağlı şəkildə savaş açmış deist fəlsəfələrin yalnız adları dəyişmiş, ancaq təməldə eyni azğın məntiqi müdafiə etmişlər.

 

ETİBAR VƏ ŞƏRƏF İSLAMDADIR

Bir müsəlman səmimi olaraq ağıllı dizayn nəzəriyyəsinə inana bilər, onu müdafiə edə bilər, bu nəzəriyyənin İslama faydalı olacağı zənninə qapılmış ola bilər. Ancaq bu ciddi səhvdir. Bu səhvdə israr etmək isə o adamda şirk əlamətlərinin ortaya çıxmasına səbəb olar.

Bu səbəbdən bir müsəlmanın, haqqında gərəyi kimi məlumat sahibi olmadığı, iç üzünü və gerçəkdə nə məqsədə xidmət etdiyini bilmədiyi belə bir axının arxasından getməsi son dərəcə təhlükəlidir.

Allah möminləri belə bir səhvə yol verməkdən belə çəkindirməkdədir:

 

Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır. (İsra surəsi, 36)

 

Ağıllı dizayn nəzəriyyəsini müdafiə edən bəzi şəxslərin ən diqqət çəkici yönləri, müsəlman olduqlarını söylədikləri halda, təəccüblü şəkildə Allahın adını zikr etməkdən qaçmalarıdır.

Bu şəxslər, “bütün kainatı, canlı və cansız varlıqları Allah yaratmışdır” demək yerinə, “kainatda ağıllı dizayn vardır” şəklində bağlı ifadələr sərf edərlər. Nəzəriyyəni müdafiə edən Qərbli elm adamlarının, fəlsəfəçilərin intellektual üslubuna etina edərək, bu üslubu təqlid etməyə çalışarlar.

Bu şəxslərin şüurlu olaraq Allahın adını xatırlamaqdan çəkinmələrinin əlbəttə, əhəmiyyətli səbəbi vardır: Dinin özünü qavraya bilməmələri və imanın dərinliyini ürəklərində yaşaya bilməmələridir…

Quranın ruhunu və incəliklərini qavraya bilmədikləri üçün də, öz ağıllarında meydana gətirdikləri İslam modeli, Quranda təsvir edilən, Allaha xalis qılınan din anlayışından tamamilə fərqlidir.

Səmimi müsəlman, Quranda mübarizələri detallı şəkildə izah edilən mübarək peyğəmbərlərin şəxsiyyətlərinə, üslublarına və rəftarlarına etina edər, bu müqəddəs insanları nümunə götürər.

Din əxlaqını tam olaraq qavraya bilməyən və Allahın gücünü gərəyi kimi təqdir edə bilməyən zehniyyət isə, bu mübarək insanlar yerinə, bəzi Qərbli intellektualların, fəlsəfəçilərin, mütəfəkkirlərin, elm adamlarının, ədəbiyyatçıların fikir və üslublarına etina edər, bu şəxsləri təqlid edər.

Bu rəftar əslində, üstü bağlı şəkildə “mən peyğəmbərlərin üslublarını və dini təbliğ etmədə istifadə etdikləri metodları bəyənmirəm, yetərli bilmirəm” demək mənasını verər.

Əlbəttə ki, belə bir dünyagörüşü, Allahın kitabına və peyğəmbərlərinə iman edən saleh müsəlmanın dünyagörüşüylə tamamilə ziddir.

Bu zehniyyətin nəticəsi olaraq da müsəlman şəxsiyyətiylə xatırlanmaq, belə bir kimsənin şiddətlə qaçacağı və utanc duyacağı vəziyyət halına gəlir.

Halbuki, Allahın adını xatırlamaqdan utanaraq müdafiə olunan bir din İslam ola bilməz. Nə Peyğəmbərimiz (s.ə.v) nə də səhabə din əxlaqını bu şəkildə yaşayırdılar. Hamısı din əxlaqını tam olaraq, haqqıyla, Quranda bildirildiyi kimi yaşayır, izah edir və müdafiə edirdilər. Keçmiş peyğəmbərlər və ətraflarındakı möminlər də din əxlaqını bu şəkildə əskiksiz şəkildə yaşayırdılar.

Peyğəmbərlərin, elçilərin bu dümdüz yolundan üz çevirərək dinindən utanmanın, şanı, şərəfi, etibarı başqa yerlərdə axtarışın insana gətirəcəyi, böyük alçaldılmadan başqa bir şey deyil:

 

Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən olacaqdır. (Bəqərə surəsi, 130)

 

İnkar edənlərə meyl edib din əxlaqından ən kiçik güzəştə getməyi Allah Quranda şiddətlə qınamaqdadır:

 

Müşriklər səni, sənə vəhy etdiyimizdən az qala döndərəcəkdilər ki, Qurandan başqa bir şeyi Bizə aid edəsən. Belə olduğu halda onlar səni özlərinə dost tutacaqdılar. Əgər Biz səni dinində sabit saxlamasaydıq, əlbəttə, azca da olsa onlara meyl edəcəkdin. Belə olacağı təqdirdə sənə həyatın və ölümün əzabını ikiqat daddırardıq. Sonra Bizə qarşı özünə bir köməkçi də tapa bilməzdin. (İsra surəsi, 73-75)

 

Quran əxlaqını özünə rəhbər etməyən, ürəklərində Allah qorxusunu yaşamayan kəslər şübhəsiz ki, bir müsəlmanın niyə davamlı Allahı xatırladığını anlaya bilməz.

Bunun lazımlılığını hiss edə bilməz və qatqısız olaraq Allahı anan möminlərin təslimiyyətlərini, Allaha və peyğəmbərinə olan sədaqətlərini özünə görə intellektual baxış adı altında kiçik hesab edər.

Bu dünyagörüşünü Rəbbimiz Quran ayəsində bu şəkildə bildirmişdir:

 

Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” – deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” – deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər. (Bəqərə surəsi, 13)

 

Başqa bir Quran ayəsində isə Rəbbimiz, yalnız Qurana iman gətirən və Allahdan qorxan kəslərin öyüd ala biləcəyini bu şəkildə bildirmişdir:

 

Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ. (Yasin surəsi, 11)

 

Ayədə ifadə edilən Allah qorxusunu ürəklərində hiss etməyənlər, Allahdan gücləri çatdığı qədər qorxmayanlar, Quranın sonsuz hikmətini əsla qavraya bilməzlər.

İntellektual bir adam, məlumat təcrübəsi və ədəbiylə, cəmiyyətdə hörmət görə bilər. Nə var ki, bu xüsusiyyət, ancaq İslamın faydasına istifadə edildiyi zaman Allah Qatında dəyər qazanacaq.

Bir kimsə, Allahın adını xatırlamaqdan xüsusilə qaçır və məlumat təcrübəsini batil fikir sistemlərini müdafiə etmək üçün istifadə edirsə bunun belə bir izahı ola bilər:

 

Allahdan və İslamdan uzaq yaşayan şəxslərin gözünə girib onlara yaxın ola bilmək və bu şəxslər nəzdində etibar sahibi ola bilmək…

 

Bu cür dayaz və İslami şüurdan uzaq davranış, bəlkə də bu şəxslər nəzdində etibar görəcək. Ancaq Allah Qatında belə bir davranışın qəti olaraq qəbul görməyəcəyini Rəbbimiz Quranda bu ayə ilə bildirmişdir:

 

Möminləri qoyub kafirləri özlərinə dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur. (Nisa surəsi, 139)

 

Özlərinə İslam gəldiyi halda ondan üz çevirərək fərqli yollara azanları Allah Quranda belə xəbər verir:

 

Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər. (Muminun surəsi, 71)

 

Daha əvvəl də ifadə etdiyimiz kimi, “ağıllı dizayn” nəzəriyyəsinin özündə din ilə elmin bir-birlərindən ayrılmaları lazım olduğu kimi ağıldan kənar bir ön qəbul vardır. Buna görə, açıq-açıq İslam əxlaqını və Allahın varlığını müdafiə etmək, Allah və din inancına sahib olmayan “ağıllı dizayn” nəzəriyyəçilərinin tənqidlərinə və etirazlarına səbəb olacaq.

Bu səbəbdən elmi, Allahın birliyini və İslamiyyətin Haqq din olduğunu isbat etmədə istifadə etmək, başda bu nəzəriyyənin qabaqda gələnləri olmaq üzrə, elmi və intellektual seqmentlər tərəfindən özlərinə görə tənqid olunacaq və kiçik hesab ediləcək davranışdır.

Halbuki, bir müsəlman bütün dünyanı qarşısına alacağını bilsə də, Allahın adını xatırlamaqdan, İslamı müdafiə etməkdən çəkinməz. Çünki müsəlman olaraq gerçək şərəfinə qovuşduğunun şüurundadır.

 

HİDAYƏTİ VERƏN ALLAHDIR

Ateizm ilə mübarizədə, ağıllı dizayn nəzəriyyəsini, Quran ayələri və iman həqiqətlərindən, haşa, üstün görən zehniyyət, şübhəsiz ki, hidayəti verənin Allah olduğu gerçəyini düşünməlidir.

Allah bir ayəsində belə buyurur:

 

Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən? Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Allah anlamayanları qəzəbə uğradar. (Yunis surəsi, 99-100)

 

Həqiqətən də, bir kimsə, məlumat əskikliyindən və ya darvinizm təbliğatları səbəbiylə başı qarışmış və bunun nəticəsində ateist, ya da şübhəci olmuş ola bilər.

Ancaq, vicdanlı və səmimi insan üçün təkamül nəzəriyyəsinin elmi olaraq çürüdülməsi onun Allahın varlığına və Yaradılış gerçəyinə razı salması üçün kifayətdir.

Vicdanlı və səmimi insanın Allaha inanması üçün, əvvəlcə ara mərhələ olaraq “ağıllı dizayn”a razı salınmasına ehtiyac yoxdur.

İnsanların iman etməsinin önündəki maneələrin qaldırılması məqsədiylə təkamül nəzəriyyəsinin çürüdülməsi, elmi işdir və müsəlmanlar üçün bir ibadətdir.

Ancaq, inadçı, ön mühakiməli, mühakiməsi bağlı, məntiq hörgüsü xarab, art niyyətli ateist, təkamül çürüdülsə də iman etməyə bilər, tam fərqli şübhələrə də qapıla bilər.

Bu səbəbdən ağıllı dizaynın belə bir kimsənin Allahın varlığına razı salınmasında heç bir faydası olmayacağı açıqdır.

Müsəlman, Allahın varlığını ateistə də, şübhəciyə də, xristiana da, budistə də Quranda izah edilən hikmətlərlə və iman həqiqətləriylə isbatlar, İslam dinini Quranla təbliğ edər.

Hidayəti verənin Allah olduğu gerçəyini heç bir zaman unutmaz.

Səmimi müsəlmanın ürəkdən hiss edərək söyləyəcəyi bir tək ayə, ya da iman həqiqəti belə, ən azğın ateistin iman etməsinə vəsilə ola bilər.

Məsələn, daha əvvəl Firon üçün çalışan və cadugərlik edən kəslər, hz. Musanın göstərdiyi bir möcüzə ilə bir anda iman edərək səcdəyə qapanmışlar və Allah yolunda ölməyə razı olublar.

Mövzuyla əlaqədar Quran ayələri bu şəkildədir:

 

Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən! Həqiqətən, biz Rəbbimizə iman gətirdik ki, O bizi günahlarımıza və sənin bizi məcbur etdirdiyin sehrə görə bağışlasın. Allahın mükafatı daha xeyirli, cəzası isə daha sürəklidir!” (Taha surəsi, 72-73)

 

Diqqət yetirilsə, başlanğıcda hz. Musaya qarşı olan bu şəxslər də, Allahın diləməsiylə bir anda xalis müsəlmanlar ola bilməkdədir.

Çox mənalıdır ki, bu şəxslərin iman etməsinə, hz. Musa danışaraq vəsilə olmamış, hətta bir söz belə söyləməmişdir.

Heç bir elmi izah da etməmişdir.

Allah Öz Qatından bir möcüzə ilə bu şəxslərə hidayət vermiş və buna heç kimi vəsilə etməmişdir.

Bu səbəbdən unutmamaq lazımdır ki, darvinizm kimi yaradılışın başa düşülməsinə maneə təşkil edən sistemlərə qarşı mübarizə etmək, Quranın əmr etdiyi ibadətdir.

Belə bir ibadətin nəticəsi isə şübhəsiz, Allaha aiddir.

Allah insanları yalnız din əxlaqını təbliğ etməklə məsul tutmuşdur.

İntellektual izahlarla, ən olmadıq fəlsəfələrlə insanları hidayətə çəkməyə çalışmaq Quranın bütününə zidd üsul və davranışdır.

Elmin və intellektual məlumatın onlara aid heç bir gücləri ola bilməz, öz başlarına insanlara hidayət verə bilməz.

Bu güc yalnız yerlərin və göylərin Rəbbi olan Allaha aiddir.

 

MÜSƏLMANIN RƏFTARI DƏQİQ OLMALIDIR

Ağıllı dizayn nəzəriyyəsini müdafiə edən kəslərin ümumiyyətlə, Allahın adını xüsusilə xatırlamaqdan çəkindiklərini ifadə etmişdik.

Bu səbəbdən, inkarçılara boyun əymək, onlardan çəkindiyi, utandığı üçün dinini gizləməyin, iki tərəfli davranmanın insana heç bir faydası yoxdur. Çünki inkar edənlər bu adamı, dinini tamamilə tərk etmədiyi, tamamilə öz tərəflərinə keçib açıqca İslama qarşı dayanmadığı müddətcə aralarına qəbul etməyəcəklər.

Nəticə olaraq bu şəxslər nə tam mənasıyla İslamı, nə də tam mənasıyla müdafiə etdikləri “deist” fəlsəfəni yaşaya bilərlər. İki tərəfə də lazım olduğu kimi mənsub ola bilməzlər. Hər iki tərəfə də boyun əyməyə çalışar, lakin iki tərəfdən də uzaqlaşdırılar, ümid etdiklərini tapa bilməzlər.

Bu cür şəxslərin vəziyyəti ayələrdə çox açıq şəkildə təsvir edilməkdədir:

 

Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər. Onlar imanla küfrün arasında tərəddüd edir, nə bunlara, nə də onlara (nə möminlərə, nə də kafirlərə) tərəf olurlar. Allahın azdırdığı şəxs üçün heç bir yol tapa bilməzsən. (Nisa surəsi, 142-143)