Allah, Quranda inkar edənlərin davamlı olaraq insanları Allaha iman etməkdən, Onun yoluna iman gətirməkdən və Onu xatırlamaqdan uzaqlaşdırmaq üçün müxtəlif yollara müraciət edəcəklərini və bunun üçün bütün imkanlarını səfərbər edəcəklərini xəbər vermişdir:

 

Gerçək budur ki, inkar edənlər, (insanları) Allahın yolundan ayırmaq üçün mallarını xərcləyərlər; bundan belə də xərcləyəcəklər. Sonra bu, onlara ürək ağrısı olacaq, sonra təxribata məruz qalacaqlar… (Ənfal surəsi, 36)

 

Bu əleyhinə səy bəzən açıq üsul və metodlarla icra edilərkən, bəzən də gizli taktikalar tətbiq oluna bilər. Amma hədəf hər vaxt eynidir: Allahın adının xatırlanmasını maneə törətmək, bu yolla insanları din əxlaqından uzaqlaşdırmaq.

Son zamanlarda dünyanın fərqli ölkələrində eyni anda ortaya çıxan müxtəlif axınlar da bu baxımdan diqqət çəkicidir. Kainatı var edən kosmik güc, bir enerji, dizayner kimi bağlı ifadələrdən bəhs edən, amma hər şeyin tək Yaradıcısı olan Uca Allahın adını xatırlamaqdan təkidlə qaçan bu dünyagörüşlərinin batil məqsədə xidmət etdikləri açıqdır. Bu yolla, insanlardakı mənəvi axtarışı səhv yerlərə istiqamətləndirmək və insanların haqq dini yaşamalarına maneə törədilmək istənmiş ola bilər.

 

Əslində bu, bir növ xristianlıq, yəhudilik və müsəlmanlıq qarışığı süni din yaratma proyektidir. Bu süni dinə görə insanlar kainatı var edən bir gücün varlığını qəbul edəcək, ancaq bu gücün nə olduğu gizli olacaq (Allahı tənzih edirik), Allahın adını xatırlamayacaq, Allahın uca sifətlərini gərəyi kimi öyrənib təqdir etməyəcək, Onun bütün kainatın yaradıcısı və tək sahibi olduğu gerçəyini nəzərdən qaçıracaq və beləcə Rəbbimizin insanlara bildirdiyi dinin hökmlərini də yaşamalarına gərək qalmayacaq.

Bunun din əxlaqına qarşı son dərəcə təhlükəli hərəkət olduğu açıqdır. Məhz bu səbəblədir ki, səmimi olaraq iman edənlərin Allahı açıqca xatırlamaqdan, Uca Allahın bütün kainatı yoxdan yaratdığını açıqca söyləməkdən qaçan, bunun əvəzinə dizayner, kosmik güc, enerji kimi bir çox baş qarışdırıcı və bilavasitə ifadələrə sığınan axınlara qarşı diqqətli olmaları lazımdır.

Səmimi olaraq iman edənlər üçün Allahın adını xatırlamaq, Onun şanını ucaltmaq həyəcan və şövq verici, coşğuyla və sevgiylə edilən böyük ibadətdir. “O Allah ki, Yaradandır, (ən gözəl bir şəkildə) qüsursuzca var edəndir, “şəkil və surət” verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı Onu təsbeh etməkdədir. O, Əzizdir, Hakimdir.” (Həşr surəsi, 24) ayəsində bildirildiyi kimi, hər şeyi yoxdan yaradan və qüsursuzca var edənin Uca Allah olduğuna iman edənlər, Rəbbimizi ən gözəl adlarıyla xatırlamaqdan şərəf duymalıdırlar.

 

Müsəlman Allahın adını coşğuyla xatırlayar

“Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır…” (Əraf surəsi, 54) ayəsində buyurulduğu kimi, bizim Rəbbimiz Uca Allahdır. Hər şeyin Yaradıcısıdır. Hər şey üzərində vəkildir. Göylərin, yerin və ikisi arasındakıların tək sahibidir. Ondan başqa ilah yoxdur. Ayələrdə isə Rəbbimiz olan Allahın üstün və uca olduğu belə bildirilməkdədir:

 

… Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! O, əbədi Yaşayandır, Ondan başqa məbud yoxdur. Allaha, dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun! (Mümin surəsi, 64-65)

 

İman edənlərin həyatları boyunca üzərlərindəki məsuliyyətlərdən biri də təbliğ etmək, yəni Allahın varlığını və birliyini bütün insanlara izah etmək, onları haqq dinə dəvət etmək, yaxşılığı əmr edib, pislikdən daşınmağa çağırmaqdır. Bu şərəfli məsuliyyəti yerinə yetirərkən müsəlmanların izləməli olduğu yolun nə olduğu isə Quranda və Peyğəmbərimiz (s.ə.v)-ın həyatında açıqca görülməkdədir. Müsəlman hər zaman olduğu kimi təbliğində də səmimi və xalis olmalı, hidayəti verəcək olanın Uca Allah olduğunu unutmamalıdır. Allahın adını xatırlamadan, Allahın varlığını və birliyini izah etmənin mümkün olmayacağı isə açıqdır. Müsəlmanlar Allahın varlığını, Rəbbimizin Quranda Öz üstün sifətlərini bildirdiyi şəkildə və üslubda izah etməlidirlər. Rəbbimizin uca sifətləri Quranda belə bildirilmişdir:

 

Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

 

Allahın varlığını və birliyini izah edən müsəlmanda görülməsi lazım olan bir başqa xüsusiyyət də coşğulu, ehtiraslı, içli və dərin Allah sevgisidir. Bir ayədə iman edənlərin ən çox Allahı sevdikləri belə bildirilməkdədir:

 

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür… (Bəqərə surəsi, 165)

 

Bütün bunlara baxmayaraq Allahın adını xatırlamaqdan qaçan, müxtəlif üstü örtülü ifadələrlə özünü və ətrafındakıları aldadan, üstəlik bunu din adına etdiyini zənn edən zehniyyətin böyük yanılma içində olduğu müəyyəndir. Bu gerçəyi görməmək və ya bu həqiqətdən qaçmağa çalışmağın bir faydası yoxdur. Quranda bu zehniyyətə sahib kəslər belə xəbərdar edilmişlər:

 

Budur sizin Rəbbiniz, hər şeyin Xaliqi olan Allah! Ondan başqa məbud yoxdur! Siz necə də haqqa qarşı dönük çıxırsınız! (Mömin surəsi, 62)