TRT 1-də yayımlanan bu proqram, tarix əvvəli dənizlərdə yaşadığı fərz edilən dəniz canlılarını mövzu edirdi. Proqramda, qədim dəniz canlıları kompüterdə üç ölçülü olaraq canlandırılmış şəkildə izah edilirdi.
Geoloji dövrlər sırayla ələ alınaraq dənizdə yaşamayan növlərə də toxunuldu və bunlarla əlaqədar təkamül nağılları izah edildi:
“Eosen çağı, məməlilər üçün çox əhəmiyyətli dövrdür. Həm quruda, həm dənizdə yaşayan növlərin yanında, yalnız okeanda yaşamağa uyğunlaşmış yeni növlər də bu dövrdə təkamülləşib… Sırada Pliosen çağı var. İlk atalarımızın iki ayaq üzərində yeriməyə başladıqları dövrdür.”
Bu ifadələrdə də görüldüyü kimi, TRT 1-də yer verilən təkamül iddialarına heç bir elmi dəlil təqdim edilmirdi. Sözgəlişi məməlilərin xüsusi fiziologiyalarının və ya insanın xəyali atalarının iki ayaqlılığının nə kimi bir mexanizmlə və necə ortaya çıxmış ola biləcəyinə dair hər hansı izah edilmirdi. Edilən şey, hansı canlının hansı dövrdə ortaya çıxdığını izah edərkən bunun “təkamülləşdiyi”ni söyləyərək nağıl izah etməkdən ibarət idi.
Bu vəziyyət, proqramın elmi məlumat verən sənədli deyil, tamaşaçıların izah edilənlərə kor-koranə inanmaları ümid edilən nağıl proqramı olduğunu göstərməkdədir. Bunu daha yaxından görmək üçün, məməlilərin və ya iki ayaqlılığın mənşəyiylə əlaqədar təkamülçü etiraflara baxmaq faydalı olacaq.
Məməlilərin mənşəyi haqqında təkamülçü paleontoloq Roger Lewin, “ilk məməliyə necə keçildiyi hələ bir sirdir “ (Roger Lewin, “Bones of Mammals, Ancestors Fleshed Out”, Science, cild 212, 26 iyun 1981, səh. 1492) deyərkən, bir başqa təkamülçü paleontoloq Corc Gaylord Simpson, bunları söyləmişdir:
“Dünya üzərindəki həyatın ən baş qarışdırıcı hadisəsi, Mezozoy dövrünün, yəni sürünənlər dövrünün, məməlilər dövrünə birdən dəyişməsidir. Sanki bütün baş rol aktyorluğunun çox sayda və növdəki sürünənlər tərəfindən boynuna götürüldüyü bir oyunun pərdəsi bir anda endirilmişdir. Pərdə yenidən açıldığında isə, bu dəfə baş rolunda məməlilərin iştirak etdiyi və sürünənlərin bir kənara itələnildiyi yeni dövr başlamışdır. Ortaya çıxan məməlilərin bir əvvəlki aşırda aid izləri isə yox kimidir.” (Corc Gaylord Simpson, Life Before Man, New York: Time-Life Books, 1972, səh. 42)
Təkamülçülər iki ayaqlılığın sözdə təkamülünü də bir inanc olaraq mənimsəyər ancaq buna dair heç bir elmi tapıntı göstərə bilməzlər. Bu mövzuda təkamülçü antropoloq Elaine Morganın bu etirafı diqqət çəkicidir:
“İnsanlarla (insanın təkamülüylə) əlaqədar ən əhəmiyyətli dörd sirr bunlardır: 1) Niyə iki ayaq üzərində gəzirlər? 2) Niyə bədənlərindəki sıx tükləri itirdilər? 3) Niyə bu cür böyük beyinlər inkişaf etdirdilər? 4) Niyə danışmağı öyrəndilər? Bu suallara veriləcək standart cavablar belədir: 1) Hələ bilmirik. 2) Hələ bilmirik. 3) Hələ bilmirik. 4) Hələ bilmirik. Suallar daha çox artırıla bilər, amma cavabları heç dəyişməyəcək”. (Elaine Morgan, The Scars of Evolution, New York: Oxford University Press, 1994, səh. 5)
Təkamülçülərin etiraflarında da görüldüyü kimi bütün canlılar yer üzündə heç bir təkamüllü müddət olmadan, birdən və qüsursuz bir şəkildə ortaya çıxmışlar. Bu, canlıları Allahın yaratmış olduğunun çox konkret isbatıdır. Fosillər yer üzünün, üstün və qüsursuz yaradılışla, əvvəl dənizlərdə sonra da quruda yaşayan canlılarla doldurulduğunu və bütün bunların ardından da insan oğlunun var edildiyini göstərməkdədir.
TRT 1 ekranlarında yer verilən təkamülçü iddialar, kor-koranə mənimsənmiş inanc istiqamətində dəstəklənilən iddialardır. Belə kor-koranə inancın təbliğatını edən TRT ekranlarında yayımlanması isə, TRT-nin ölkəmizin işıqlı gələcəyində boynuna götürdüyü kritik rola tərs düşməkdədir. TRT, elmi və tənqidi düşüncəni təşviq edən nəşrlərə nə qədər ağırlıq versə xalqımızın zehin açıqlığı və düşüncə istehsalına o qədər yer alacaqdır.
Darvinizmi doqmatiq təlim olaraq cəmiyyətə təlqin edən bu kimi proqramlar isə bunun əleyhinə nəticələr doğuracaq, xalqımız materializm uğuruna dəstəklənilən elmdən kənar xurafatla yanıldılacaqdır. TRT rəhbərlərinə, darvinizm təbliğatı edən yayımların elmi arxa planını araşdırmalarını və kor-koranə təkamül təbliğatına alət olmama mövzusunda həssas olmalarını tövsiyə edirik.