Bu sənədli filmdə, biri ikitənəffüslü balıq (lungfish), digəri tsixlosom (cichlid) balıqlarıyla əlaqədar iki təkamülçü iddia ortaya qoyuldu. Aşağıda bunları sırasıyla ələ alıb və cavablandırırıq:

 

İkitənəffüslü balıq mövzusu

TRT ekranlarında, sağda rəsmi görülən ikitənəffüslü balıqların yaşayan sözdə itkin halqanı təmsil etdikləri və 300 milyon il qədər əvvəl quraqlığa reaksiya olaraq təkamülləşdikləri iddia edildi. Ancaq bu iddia yalnız təkamülçü ön mühakimələrə və fərziyyəyə əsaslanandır və gerçəkdə elmi tapıntılar tərəfindən rədd edilməkdədir.

İkitənəffüslü balıqlar, havayla tənəffüs edə bilən və quraqlıq dövründə heyrətverici metabolik tənzimləmə və üsul sayəsində həyatda qala bilən canlılardır. Ortalama iyirmi dəqiqədə bir səthə çıxıb hava udmaq məcburiyyətində olan bu balıqlar, quraq mövsümdə suların çəkilməsiylə birlikdə, özlərini palçıqdan bir barama içinə basdırar və bir növ “yaz yuxusuna” girər (aestivation). Maddələr mübadiləsinin son dərəcə yavaşladığı bu dövr, yağışlar təkrar başlayana qədər aylar, hətta bəzən illər boyu sürər.

Bu canlılar bəzi təkamülçülər tərəfindən sudan quruya sözdə keçid dövründən qalmış, yaşayan ara formalar olaraq müdafiə olunmaqdadır. Tamamilə xəyal gücünə söykənən bu təkamül nağılına görə, bu balıqlar Devon dövründə, təxminən 300 milyon il qədər əvvəl ortaya çıxan quraqlıq üzündən çox kiçik su hovuzlarına həbs olmuş və bir hovuzdan bir başqasına getməyi öyrənmişlər. Bəzi təkamülçülər amfibiyaların (və dördayaqlıların) sözdə atası olaraq ikitənəffüslü balıqları göstərməkdədir. Ancaq bu göz boyayıcı nağılın elmi tapıntılar qarşısında heç bir dəyəri yoxdur.

Amfibiyalarla, ataları olduqları qarşıya qoyulan ikitənəffüslü balıqlar arasında həm skeleti, həm də daxili orqan baxımdan böyük fərqlər mövcuddur. Marshall C. və Schultze H. P adlı araşdırmaçılar, “Journal of Molecular Evolution” jurnalında nəşr olunan məqalələrində, “ikitənəffüslü balıqların (və tsixlosomun) morfoloji analizlərinin, dörd ayaqlıların (tetrapodların) ola biləcək təkamüllərini yalnız qarışıqlığa sürüdüyünü “ yazmışlar. (Marshall C. and Schultze HP. Journal of Molecular Evolution 35 (2): 93-101, 1992.)

“Proceedings of the Linnean Society” jurnalında nəşr olunan bir yazıda isə ikitənəffüslü balıqların (möhkəm dayaqlara sahibmiş kimi əks etdirilən) sözdə təkamüllü mənşələrinin içində olduğu çıxılmaz vəziyyət belə etiraf edilmişdir:

 

“İkitənəffüslü balıqların [təkamüllü] mənşəyi, bildiyim digər bütün ana balıq qruplarda olduğu kimi, heç bir şeyə əsaslanmamışdır.” (E. White, “Presidential Address:  A Little on Lungfishes,” Proceedings of the Linnean Society ,177 (1966), səh 8.)

 

Molekulyar bioloq Michael Denton, “Təkamül: Böhran içində nəzəriyyə” adlı kitabında ikitənəffüslü balıqların təkamülçülər tərəfindən balıqdan amfibiyaya keçid forması kimi təqdim edildiyini, amma ikitənəffüslü balıqların fərdi xarakteristikalarının “iki tip arasında heç bir həqiqi baxımdan keçid yaratmadıqlarını” yazmışdır. (“Evolution: A Theory en Crisis”, Michael Denton, Adler and Adler: Bethesda, Maryland, 3-cü nəşr, 1986, səh. 109)

Fosil qeydlərinin də ikitənəffüslü balıqlarla əlaqədar təkamülçü ssenarilərə zərbəsi ağırdır. İkitənəffüslü balıqlar yüz milyonlarla ildir heç bir dəyişiklik göstərməmişdir və bu canlılara aid qalıqlar indiki vaxtda yaşayan nümunələrindən fərqsizdir. Bu balıqlarda ikitənəffüslülərin pilləli olaraq inkişaf etdiyi iddiasına dayaq göstərilə biləcək tək bir qalıq yoxdur. Bu vəziyyət bizə, ikitənəffüslü balıqların təkamül deyil təkamülsüzlük dəlili ola biləcəyini göstərməkdədir. Yuxarıdakı gerçəklər işığında, bu balığın itkin halqanı təmsil etdiyi iddiasının yalnız nağıldan ibarət olduğu ortadadır.

TRT-də ortaya qoyulan “quraqlığa reaksiya olaraq təkamülləşmə” iddiası da bir nağıldan ibarətdir. Bu nağılın istehsalında bu canlının günümüzdəki xüsusiyyətinə baxılıb bunun xəyal gücü və təkamülçü ön mühakimələrlə şərh olunması üsulu istifadə edilmişdir. Açıqdır ki, bu dünyagörüşünə görə çıxarıla biləcək nağıllar sayca təxminən sərhədsizdir. Bənzər şəkildə, quşların qurudakı düşmənlərinin təzyiqinə reaksiya olaraq qanadlar yaratdıqları, ya da çitaların digər yırtıcılarla rəqabətin gətirdiyi təzyiqə reaksiya olaraq sürətli qaçmalarını təmin edən skeletlərini inkişaf etdirdikləri nağılları çıxarıla bilər. Bütün bunlar təkamülçülərin iddialarına dəlil tapa bilmədikləri üçün çıxardıqları və heç bir elmi dəyər daşımayan, “məhz elə-hekayələrdən ibarətdir. Qısacası, TRT-də ortaya qoyulan “ikitənəffüslü balıqların quraqlığa reaksiya olaraq təkamülləşdikləri” iddiası, inanca söykənən bir mühakimədən ibarətdir və elmi tapıntılar tərəfindən rədd edilməkdədir.

 

Tsixlosom balıqları mövzusu

Eyni sənədli filmdə tsixlosom balıqlarının bir Afrika gölündə təkamülləşdikləri və yüzdən çox yeni tsixlosom növünün ortaya çıxdığı iddia edildi. Burada ortaya qoyulan təkamül iddiası, tsixlosomların mövcud genetik məlumat hovuzunda reallaşan fərqli uyğunlaşmaların, göz boyayıcı şəkildə şərh olunaraq, darvinizm dəlili olaraq təqdim edilməsindən qaynaqlanmaqdadır. Tsixlosom balıqlarıyla əlaqədar müşahidələr gerçəkdə təkamül nəzəriyyəsinə heç bir dəlil yaratmır. Bu balıqlarla əlaqədar iddialara verdiyimiz geniş cavabları buradanburadan oxuya bilərsiniz.

TRT rəhbərlərini burada diqqət çəkdiyimiz nöqtələr mövzusunda həssas olmağa və bəzi sənədli filmlərdə kor-koranə davam etdirilən darvinist təbliğata alət olmamaları çağırışını edirik.

 

Qeyd

Sənədli filmdə çox qısa bir şəkildə olsa da şimpanzelərdən “ən yaxın qohumumuz” olaraq danışıldı. Bu səbəblə bu yalanı düzəltməkdə fayda vardır. Əvvəlcə insanın şimpanzeylə ortaq atadan təkamülləşdiyi ssenarisi, fosil tapıntılarının ön mühakimə və xəyal gücünə əsaslanan şərh olunmasıyla davam etdirilən nağıldan ibarətdir. Genetik bənzərliklə əlaqədar iddialar isə tamamilə əsassız bəzi məntiqlərə əsaslanandır.

İnsanın təkamülü ssenarilərini çürüdən elmi tapıntılar və təkamülçü iddiaların əsassızlıqlarını gözlər önünə sərən nöqtələr haqqında daha çox məlumat əldə etmək istəsəniz İnsanın xəyali soy ağacı və son genetik bənzərlik təbliğatı və darvinist medianın mövhumatçılığı başlıqlı yazılarımızı oxuya bilərsiniz.