“Animal Planet”, bu proqramda təkamülçülər arasında məşhur olan izahatda sıxlıqla müraciət edilən, son dərəcə yanıldıcı ifadələrə yer verdi. Elmi dəyəri olmayan bu izahatlar ancaq bir nağıl olaraq qiymətləndirilə bilərdi.
Təkamül nəzəriyyəsinə görə quru məməlilərindən təkamülləşdiyi irəli sürülən delfinlərlə əlaqədar bu ifadəyə yer verilirdi:
“Delfinlərin atası 60 milyon il əvvəl quruda yaşamağı rədd etdi”.
“Animal Planet” burada delfinlərin təkamülünü qəti həqiqət kimi əks etdirməkdədir. Halbuki, bu fərziyyəni təsdiqləyə biləcək elmi dəlillər yoxdur. Həm də delfin və balina kimi digər dəniz məməlilərinin qurudan dənizə keçdikləri fərziyyəsi çox böyük maneələrlə qarşı-qarşıyadır. Bu canlıların ayaqlarını itirərək üzgəclər qazanmaları, burunlarının başlarının üstünə doğru irəliləməsi, okean sularında donmalarını maneə törədəcək dəri quruluşu qazanmaları və bədənlərinin hidrodinamik inkişafı kimi böyük çevrilmələri açıqlaya biləcək mexanizm yoxdur. “Animal Planet” yalnız xəyal gücünə əsaslanan darvinist fərziyyələri öz ön mühakimələri üzündən sahiblənməkdə və qəti gerçəklər kimi izah etməkdədir.
Əlbəttə bu, obyektiv bir elm kanalında rast gəlinməməsi lazım olan növdən bir tutumdur. Bu kor-koranə dəstək son dərəcə əsassız məntiqlərə söykənəndir. Məsələn, “Animal Planet” delfinlərin 6 dəqiqədə bir su üzünə çıxmasını bir zamanlar quruda yaşayan məməlilərdən təkamülləşdikləri iddiasına dəlil kimi göstərməkdədir. Delfinlərin bu davranışlarını keçici bir xüsusiyyət olaraq təyin etmək yalnız ön mühakimələrlə əlaqədardır. “Animal Planet” delfinlərin yaradılmış ola biləcəklərini ən başdan rədd etməkdə, darvinizmə kor-koranə bağlı məntiq icra etməkdədir. Əgər “Animal Planet” delfinlərdəki dizaynı ön mühakimələrindən sıyrılıb obyektiv olaraq qiymətləndirsə bunların mənşəyinin yaradılış olduğunu anlaya biləcək.
Delfinlərin quruda yaşamaqdan imtina etdiyini iddia edən “Animal Planet”, eyni yanaşmanı yarasaların mənşəyiylə əlaqədar olaraq da ortaya qoymaqdadır:
“Yarasalar yerdəki həyatdan imtina edib səmanın akrobatlarına çevriliblər”.
Bu iddia da böyük bir nağıldır, çünki qanadların təkamüllə necə ortaya çıxmış ola biləcəyinə dair heç bir elmi tapıntı yoxdur. Qanadlar əskiksiz strukturlarıyla mövcud olmadıqları zaman funksiyasızdırlar. Buna görə mərhələli təkamüllə açıqlanmaları mümkün deyil. Yarım qanad orqanizmə üstünlük təmin etməyəcəyi kimi onun hərəkətlərini daha da məhdudlaşdıraraq yemək təmin etməsində və ovçulara qarşı qorunmasında əhəmiyyətli çətinliklər ortaya çıxarar. Bu vəziyyətdə təkamül nəzəriyyəsinin məntiqinə görə funksiyasız, orqanizmə faydası olmayan bu yarım qanadın korlaşaraq ortadan qalxması lazımdır. O halda qanad, təkamüllə açıqlanması mümkün olmayan quruluşdur və qanadı yaradan bütün işçilərin əskiksiz olaraq olma şərti bunları Allahın bir bütün olaraq yaratdığını göstərər.
Həm də bilinən ən qədim yarasalar fosil qeydlərində birdən ortaya çıxmaqdadırlar. Anatomiyaları, günümüzdəki yarasalarından fərqsizdir. Bu paleontoloji gerçək də, yarasaların təkamüllə deyil yaradılışla ortaya çıxdıqlarını göstərər. (baxın: Harun Yəhya, Həyatın gerçək mənşəyi)
“Animal Planet” proqramın bundan sonrakı hissələrində də təkamül sayıqlamalarını davam etdirir və onurğalı gözü ya da yarasa və delfinlərdəki sonarlar kimi kompleks strukturların da təkamüllə ortaya çıxdığı nağıllarını belə izah edirdi:
“Onurğalılar görmələrini itiləşdirmək üçün göz bəbəyini inkişaf etdirməyə 35 milyon il əvvəl başlamışlar… Gecə ovlanan məməlilərin iri linzalara sahib güclü linzalar inkişaf etdirməsi lazımdır. Gözləri o qədər iridir ki, çətin dönür. Buna görə bayquşların başlarını 270 dərəcə dönmə qabiliyyəti inkişaf etdirməsinə gətirib çıxarmışdır.”
Görüldüyü kimi, “Animal Planet” canlılardakı kompleks strukturların təkamülü iddiasını ortaya atmaqda ancaq bunu elmi dəlillərlə deyil nağıllarla dəstəkləməkdədir. Bu nağıl izahatı da təkamülə dəstək təmin etməz. Çünki bu şəkildə nağıl formatına uyğunlaşdırıla bilməyəcək heç bir şey yoxdur. Məsələn, “Animal Planet”ə “quşların niyə qanadları var?” sualı soruşduqda, bunun cavabı “uçmaq istədikləri üçün” olacaq.
Eyni şəkildə “filin niyə xortumu var?” sualı verilsə, “yerdən yeməkləri götürmək üçün” cavabı veriləcək. Bəli, fil xortumunun funksiyası budur, amma bu funksiya, bizə xortumun mənşəyini açıqlamaz.
Bütün bunların təkamülü açıqlamadığı ortadadır. “Animal Planet” əslində təkamülçülər arasında da sıxlıqla tənqid olunan hekayə izahatını edərək elmdən kənar tutum sərgiləməkdədir.