Proqramda Qalapaqos adalarında yaşayan iquanalarla əlaqədar bir təkamülçü iddiaya yer verildi. Bir qadın bioloq bunu belə nəql edirdi:

 

“Dəniz iquanalarının milyonlarla il əvvəl quruda yaşayanların təkamül keçirmiş halı olduqları istiqamətində nəzəriyyə vardır. Bu bölgədə olan bitki örtüsü üçün bura gəldikləri ya da yumurtalardan çıxan quru iquanalarının Qalapaqos adalarında təkamül keçirərək dəniz həyatına adaptasiya olduqları düşünülməkdədir. Bu düşüncəyə görə yaşıl iquanaların ataları quruda yaşamış ola bilər. Belə bir düşüncə vardır.”

 

Görüldüyü kimi haqqında danışılan araşdırmaçı bunun bir fərziyyə olduğunun vurğulamaqdadır. Bu, “Animal Planet” adına müsbət inkişaf sayıla bilər. Çünki “Animal Planet” ilk dəfə bir proqramda təkamülçülərin fərziyyələrini kor-koranə elmi gerçəklərmiş kimi köçürmə səyini bir tərəfə buraxmışdır. Bu tutumu gələcək yayımlarında davam etdirmələrini diləyirik.

İddianı ələ alacaq olsaq, burada haqqında danışılan (fərziyyədən ibarət olan) keçid, təkamüllü bir çevrilmə deyil. İquana yenə iquanadır. Ortaq ata fərziyyəsinin tələb etdiyi kimi yeni orqan və ya xüsusiyyətlər qazanılması haqqında danışılan deyil. Qısacası, bu fərziyyə təkamül nəzəriyyəsinə dəstək yaratmamaqdadır.