“Discovery Channel”in bu sənədli filmində Tirannozavr növü dinozavrlara aid müxtəlif tapıntılar və bunların anatomiyaları ilə otyeyən, yoxsa ətyeyən olduqlarına dair müzakirələr mövzu edildi. Bu nəhəng canlıların mənşələri mövzusunda ortaya qoyulan təkamülçü iddialar isə tam bir nağıl idi. Tirannozavrın mənşəyi haqqında bu iddia deyildi:
“Bu gün Tirannozavrın atalarının, kəllə sümüyü ovucunuza sığacaq qədər kiçik varlığa əsaslandığını bilirik. Bu, Eoraptordur. Fosil qeydlərində bildiyimiz ən qədim və ilk yırtıcı dinozavrdır. Və yırtıcı dinozavrlara qədər inkişaf etmiş ən fundamental adaptasiyalara sahibdir. Kəllə sümüyündə yırtıcı dinozavrların ən klassik xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərdən biri alt çənədə vardır. Alt çənənin orta qismində, alt çənənin əsnəməsini təmin edən oynaq vardır. Çənə canlı və hərəkətli bir ov tutduğunda onu qavramasını təmin edən xüsusiyyətdədir. Bu bildiyimiz digər bütün yırtıcı dinozavr fosillərdə eynidir. Və Eoraptor fosil qeydlərində bu adaptasiya göstərən ilk nümunədir”.
Burada “bilirik” və “adaptasiya” sözləri yalnız tamaşaçını istiqamətləndirmək, izah edilən nağıla inandırmaq üçün müraciət edilmiş xüsusi sözlərdir. Ortaya qoyulan iddia qiymətləndirildiyində “bilirik” sözünün az sonra izah ediləcək nağılın təsirini qüvvətləndirmək üçün istifadə edildiyi dərhal aydın olmaqdadır. Əvvəlcə bu nağılla, nağılın əsaslanıldığı fosillər arasındakı əlaqə bir dağla siçan arasındakı əlaqə kimidir. İzah edilən nağıl çox böyük, əldəki məlumatlar yox deyiləcək qədər az və daha da əhəmiyyətlisi bir-birlərinə 150 milyon il uzaqdırlar: Eoraptor 228 milyon il, Tirannozavr isə 67-70 milyon il əvvəl yaşamış canlılardır.
Bu böyük zaman aralığını izah edilən nağılla müqayisə etmək üçün bir az düşünək: Eoraptoru düşünün… Çənəsində çırpınan ovunu tutmasını təmin edən xüsusi oynaq vardır. İndi arada 150 milyon illik müddət keçdiyini düşünün… Və indi də fosil qeydlərində tam 150.000.000 il daha yaşlı laylardan çıxarılan Tirannozavri düşünün… Daha böyük bu dinozavrın da ağzında bu oynaq vardır. İndi bu tablonu təkamülçü elm adamının iddiasına görə bir daha qiymətləndirin. Görəsən bir-birindən zaman olaraq 150 milyon il, irilik olaraq da dəfələrlə fərqli olan bu iki canlının bir-birindən təkamülləşdiyi iddiasının “isbat”ı nə ola bilər? Yaxşı bəs təkamülçü “elm adamı” bu mövzuda bir dəlil təqdim edə bilmişdirmi? Qəti olaraq xeyr. Bu insan yalnız “baxın bunların ikisinin çənəsində bənzər oynaq var; bu, digərinin atasıdır” nağılına inanmağımızı istəməkdədir.
“Adaptasiya” sözü də bu nağıl üçün seçilmiş təkamüllü anlayışdır. Təkamülçü elm adamı, zehnimizdə çənə oynağını zamanla ətraf şərtlərinə görə inkişaf etmiş xüsusiyyət olaraq canlandırmamızı istəməkdədir. Yaxşı, bu elm adamı bu xüsusiyyətin “adaptasiya” olduğunu göstərən bir dəlil təqdim etməkdədirmi? Yenə, xeyr. Darvinizmi kor-koranə mənimsədiyi üçün canlılardakı hər quruluşu (nə qədər kompleks olsalar da) kor təsadüflərə əsaslanan adaptasiya olaraq “etiketləməkdədir”. Bir insanın gözü, bir tutuquşunun rəngləri, bir quşun qanadı, bir balığın üzgəcləri, bir timsahın dişləri və daha saysız bioloji quruluş bu məntiqə görə “adaptasiya” olaraq etiketlənilə bilər amma bu etiketləmə bu strukturların mənşəyinin təkamüllə necə ortaya çıxa biləcəyini açıqlamaz.
Sənədli filmdə buna paralel bir yanılmanı da paleontoloq Jack Horner ortaya qoymaqdadır. Horner, bir dinozavrın ayaq sümüklərini izah edərkən “Təkamül müddəti ərzində yerimək üçün ayaqlarınız çıxmalı idi” deməkdədir. Halbuki, bu ifadə ayaqların təkamül nəzəriyyəsinə görə izahı ola bilməz. Çünki ayaqların yeriməklə əlaqədar olduğunu yalnız insanlar bilər. Təkamülün əsaslandığı təbii seleksiya və mutasiyalar tamamilə kor təsadüflərə bağlı, şüursuz səbəbindən də məqsədsiz müddətlərdir. Buna görə nə təbii seleksiya və mutasiyalar nə də bədəndəki şüursuz hüceyrələr ayağın yerimək üçün lazımlı olduğunu “düşünüb” bu məqsədə görə təkamülləşə bilməz.
Ayaqlar embrional inkişafda təkamülün açıqlaya bilmədiyi bir şəkildə ortaya çıxan simmetrik uzadılmalardır və oynaq, sümük və bunları dəstəkləyən əzələ strukturlarıyla hərəkət təmin edən mükəmməl dizaynlardır. Bu dizaynın mükəmməlliyinin bir göstəricisi robotik elmində təməl araşdırma mövzularından biri olmasıdır. Yürümə qabiliyyəti olan ən üstün robotları inkişaf etdirmək istəyən elm adamları insan ayağının anatomiyasını ən incə detallarına qədər araşdırmaqda və bunu ola bildiyincə gerçəyə yaxın şəkildə təqlid etməyə çalışmaqdadırlar. Yəni ayaqlar mükəmməl hazırlanmış maşın kimidir. Bir maşın gördüyümüzdə bunun şüurlu şəkildə bir mühəndis tərəfindən hazırlandığını anlayarıq.
Eyni şəkildə ayaqlar da şüurlu şəkildə hazırlanmışdır, yəni bir Yaradıcı tərəfindən yaradılmışdır. Bu yaradıcı bütün kainatın yaradıcısı olan Uca Allahdır.