Bu sənədli filmdə okean diblərində yaşayan bəzi dəniz canlıları mövzu edilirdi. Proqramdakı bəzi ifadələr “Animal Planet”in canlılığın gerçək mənşəyini qavramaqdan nə qədər uzaq olduğunu göstərirdi. Aşağıda bunlar maddə-maddə ələ alınmaqdadır:
Təbiətə yaradıcılıq ətf etmə yanılması:
“ANİMAL PLANET”: “Təkamül ağılın sərhədlərini aşmış və təbiət hər hansı elmi fantastika yazarının xəyal gücünə meydan oxuya biləcək qəribə varlıqlar ortaya çıxarmış…
Təbiətin heç boş dayanmadığını öyrəndik. Boş dayanmamış və indiyə qədər heç görmədiyimiz heyvanlar ortaya çıxarmışdı.”
CAVAB: Təbiət; hava, quru və sudan meydana gələn bir bütündür. İçində saxladığı canlılar çox müxtəlifdir və hər biri son dərəcə kompleks quruluşda dizaynlara malikdir. Bu dizaynların diqqət çəkici xüsusiyyəti bir-biriylə uyğun olmalarıdır. Milyonlarla canlı növünün bir yerdə sığındığı təbiət bu dizaynlarda rol oynamış ola bilərmi? Əlbəttə xeyr, çünki təbiət bu dizaynları meydana gətirəcək ağıldan məhrumdur. Qayaların, çayların və ya küləklərin və s. bir kəpənəyin qanadındakı naxışları, quşun qanadındakı tükləri, çiçəklərdəki göz alıcı rəngləri və möcüzə qoxuları hazırlayacaq ağılı yoxdur. Bütün canlıları yaradan üstün ağıl sahibi Allahdır.
Təbii seleksiya ilə əlaqədar yanılmalar
“ANİMAL PLANET”: “Təbiətin həyatda qalma üçün uyğunlaşma qabiliyyətinin ən gözəl nümunələrindən biri. Çox gözəl bəzək əşyalarına bənzəyən orqanları əslində təbii seçmənin yaxşı nümunəsidir, yaşayan hər şeydə olduğu kimi hər parça xüsusi vəzifəni yerinə yetirmək üçün inkişaf edib.”
CAVAB: Yuxarıda görüldüyü kimi bu orqanların mənşəyi təbii seleksiyaya bağlanmaqdadır. Halbuki, təbii seleksiya yalnız mövcud olan orqanlar üzərində təsirlidir. Məsələn, qayalıq ərazidə yaşayan kərtənkələ populyasiyasıyla, bitki örtüyünün nisbətən daha sıx olduğu bir bölgədə yaşayan kərtənkələ populyasiyasının, ortalama quyruq uzunluğu baxımından fərqlər göstərə bilər. Ovçulardan qorunma və hərəkət asanlığı baxımından quyruq uzunluğu ətraf şərtlərinə uyğunluq təmin etmiş ola bilər. Ancaq bu təbii seleksiya nümunəsi quyruğun təkamüllə necə ortaya çıxmış ola biləcəyi sualına cavab deyil. Çünki quyruq, DNT-də kodlaşdırılmış genetik məlumata görə çıxarılan orqandır. Ərazi quruluşu və ya hərəkət asanlığı kimi faktorlar, canlının DNT-sindəki məlumatlara yeni məlumatlar əlavə edərək onu inkişaf etdirə bilməz.
Təbiətin təcrübələri yanılması
Kirpi balığı dilədiyi zaman içinə birdən su çəkərək normalın iki misli böyüyə bilən növdür. Beləliklə, düşməniylə qarşılaşdığında həm onu qorxutmuş, həm də çox böyüdüyü üçün udulmaqdan xilas olmuş olar. “Animal Planet” bu balığın göstərildiyi bir səhnədə bu sualı soruşur və arxasından bu cavabı verirdi:
“Ya da bir balıq təhdidlə qarşılaşdığında bədənini iki qatına qədər çıxarmağı haradan öyrəndi? Təbiətin ən müvəffəqiyyətli təcrübələrindən biri olduğu qətidir.”
“Animal Planet” okean səthinin minlərlə metr altında çox yüksək təzyiq altında yaşayan bəzi canlılarla əlaqədar da bənzər izahat ortaya qoyurdu:
“Təkamülün bu yeni təcrübəsi onları heyrətə salır. Bu yüksək təzyiq altında insanlar yaşaya bilməz.”
Buradakı “təcrübə” ilə əlaqədar bilinməli olan iki əhəmiyyətli nöqtə vardır. Əvvəlcə təkamül nəzəriyyəsinin əsaslandığı təsadüfi mutasiya-təbii seleksiya mexanizmləri təkamül nəzəriyyəsinin tələb etdiyi şəkildə, yəni komplekslikdə artım istiqamətində “təcrübə”lər reallaşdıra bilməz. Təbiətdəki bütün sınaq-yanılma müddətləri, əgər bir dəyişmə ilə nəticələnsələr, daim genetik məlumatda və komplekslikdə azalmayla nəticələnərlər. Bu səbəbdən kirpi balığının birdən şişməsini təmin edən əzələ və sinir sistemlərinin yoxluqdan təkamüllə qazanıldığını düşündürəcək heç bir elmi dəlil yoxdur. Belə olması da təbiidir, çünki təsadüf daim nizamsızlıq və xaosla nəticələnər.
İkinci nöqtə isə canlıların və təbiət tarixinin bu xəyali təkamül təcrübələrini rədd etməsidir. Çünki məqsədsiz təbiət hadisələriylə uzun zaman içində reallaşdığı qarşıya qoyulan bu təcrübələr nəticəsində indiki vaxtda yaşayan (“Animal Planet”in müvəffəqiyyətli təcrübə nəticələri olaraq göstərdiyi) növlərin yanında, sözdə keçid mərhələlərində yaşamış olması lazım olan saysız qəribə quruluşlu canlının olması lazımdır. Hal-hazırda da təkamülün davam etdiyi irəli sürüldüyünə görə bu kimi canlıların ətrafımızda da müşahidə edilməli idi. Halbuki, belə bir vəziyyət haqqında danışılan deyil. Milyonlarla bitki və heyvan növü təyin oluna bilər xarakteristikalarla bir-birlərindən ayrılar və xaotik vəziyyət mümkün deyil. Məşhur təkamülçü Stephen J. Gould, bu vəziyyətin Darvinin pilləli inkişaf iddiasına zərbəsini belə ifadə edir:
“Ayrı növlərin varlığı, təbiətin dayanmadan dəyişiklik içində olduğunu təməl gerçək olaraq göstərən nəzəriyyə ilə (təkamül nəzəriyyəsi) necə uzlaşa bilər ki? Bir təkamülçü baxımından nə üçün növ deyə bir şey olsun? Əgər bütün həyat formaları, kiçik başlanğıc gen hovuzundan seçilmiş mutasiyalarla yavaş və mərhələli genişləməklə çıxarılmışsa, orqanizmlərin gerçəkdə ayrı sərhədlər olmadan bir-biri içinə keçməsi lazım idi.”
(Gould”dan götürmə; Henry Morris and Gary Parker, What his Creation Science? (1987), səh. 121-122.)