Noyabr 2007-ci il tarixli “Elm və Utopiya” jurnalı, qapaq mövzusunu və məzmununun böyük bir hissəsini, Darvindən bəri davam edən saxtakarlığa, beynin təkamülü yalanına ayırdı. İnsanın xəyali təkamülü ilə əlaqədar olaraq darvinistlər arasında uzun zamandır davam edən yalanın bir parçası olan “Elm və Utopiya” jurnalı, tamamilə etibarsız qılınmış olan bu nağılı sanki həqiqət kimi təkrarlamaqdan çəkinməmişdi. İnsanın xəyali təkamülü üçün uzun illərdir qarşıya qoyulmuş lakin etibarsızlığı qəti və açıq dəlillərlə isbat edilmiş iddialara yenidən yer verilmiş, aydındır ki, bunların insanlar üzərində təsirli olacağına inanılmışdı. Bu hekayədən yola çıxaraq “Elm və Utopiya” yazıçıları, insan beyninin xəyali təkamülü üzərinə heç bir əsli olmayan, heç bir elmi dəlilə əsaslanmayan səhifələr dolusu təbliğata müraciət ediblər.

 

Halbuki, beynin və şüurun təkamülü ilə əlaqədar iddiaların bütünü bir yalandan ibarətdir, elmi dəlillər bunu göstərmişdir. Eynilə insanın təkamülü nağılında olduğu kimi.

 

İnsan beyni təkamülləşə bilməyəcək qədər kompleksdir

Əvvəlcə “Elm və Utopiya” jurnalının düşdüyü ən böyük səhv, digər bütün darvinistlər kimi, beyin kimi möhtəşəm bir orqanı sadələşdirməyə çalışaraq, onun təkamülləşərək inkişaf etdiyi iddiasını etməsidir. Beyin kimi mükəmməl orqanın təsadüfən meydana gəldiyini və onun təsadüfən inkişaf etdiyini iddia etmək sözün tam mənasıyla ağıldan kənardır. İnsan beyni, heç bir parçası sadəyə sadələşdirilə bilməyəcək mükəmməllikdə bir orqandır və kompleksliyi, yer üzündəki bütün kompleks sistemlərin üzərindədir. İnsan istehsalı ən inkişaf etmiş kompüterlər belə bu kompleksliyə çata bilməmişlər. İnsan beyninin möhtəşəm sistemi və qəti olaraq təkamülləşə bilməyəcəyi ilə əlaqədar detallı məlumatları buradan oxuya bilərsiniz.

 

İnsan şüurunun qaynağı insanın sahib olduğu ruhdur, şüur maddəyə sadələşdirilə bilməz

Darvinistlər, insanın digər heç bir canlıya bənzəməyən üstün şüuru ilə əlaqədar olaraq böyük çıxmaz içindədirlər. Heç bir darvinist mexanizm ilə, heç bir materialist izahla darvinistlərin həll edə bilmədikləri şüur mövzusu, təkamül nəzəriyyəsinə vurulmuş ən böyük zərbələrdən biridir. Diqqət yetirilsə, bütün digər darvinist qaynaqlarda olduğu kimi, “Elm və Utopiya” jurnalında da bu mövzuda heç bir elmi şərhə girilməmiş, bir canlının heç yoxdan necə şüur qazana biləcəyi və bunun dəlilləri izah edilməmişdir. İzah edilənlərin hamısı darvinistlərin son əsrdə təkrar edib dayandıqları eyni hekayələrdən ibarətdir. İnsanı bir çox anatomik üstünlüklərinin yanında digər canlılardan üstün edən möhtəşəm şüuru; anlama, düşünmə, şərh etmə mühakimə qabiliyyəti; kədərlənmə, sevinmə, həyəcan duyma, xatırlama, darıxma, bir çiçəyin qoxusundan, bir mənzərənin görünüşündən zövq alma xüsusiyyəti, insana Allahın bəxş etdiyi şüur səbəbiylədir. Və bu şüur, maddə deyil. Heç bir maddi şərhi yoxdur. Bu şüurun qaynağı, Allahın yalnız insana lütf etdiyi “ruh”dur. Hər şeyə materialist izah gətirməyə çalışan, insan ruhunu və Allahın uca yaratmasını inkar etmə (Allahı tənzih edirik) üzərinə qurulan təkamül nəzəriyyəsi, heç bir materialist şərhin mövzusu olmayan “ruh”un varlığı qarşısında qəti olaraq məğlubiyyətə düçar olmuşdur.

 

Açıqca görülür ki, darvinist ssenarilərin ən fundamental mövzularından birini təşkil edən alət istifadəsi və ya iki ayaq üzərində yerimənin beynin təkamülünə gətirib çıxardığı istiqamətindəki iddialar, insanın təkamülü kimi böyük yalanın darvinistlər tərəfindən imtina edilməz bir parçasıdırlar. Darvinistlər, əvvəlcə ibtidai insanın var olduğunu iddia edər və onun zamanla alətdən istifadə etməyə və iki ayaq üzərində yeridiyi təəssüratı meydana gətirməyə çalışarlar. Heç bir elmi dəlillə dəstəklənilməyən, tam əksinə fosil qeydlərinin göstərdiyi gerçəklər qarşısında tamamilə yalanlanmış olan bu iddia bir yalandır. Bu yalanı qurulan şüurun təkamülü ssenariləri isə böyük məntiq çöküntüsünün məhsuludur. Darvinistlərin əvvəlcə ssenarisini qurduqları sözdə insanın təkamülünə elmi dəlil gətirmələri, ardından heç bir maddi izah ilə açıqlana bilməyən düşünən, sevinən, şərh edən, zövq alan, planlar quran, ağıl icra edən, keçmişi düşünüb xatirələri ilə xoşbəxt olan varlığın “kim” olduğunu izah etmələri lazımdır. Lakin darvinistlər, hər iki mövzuda da susqundurlar. Bu vəziyyətdə bitmək tükənmək bilməyən, heç bir etibarlılığı olmayan saxta darvinist ssenarilərə inanmaq, şübhəsiz heç bir məntiqli insanın edə biləcəyi bir şey olmayacaq. Çünki mühakimə qabiliyyəti olan varlıq, insan ruhudur. Və bu ruh, bizi yaradan Rəbbimizin idarəsindədir.

Mövzuyla əlaqədar detallı məlumatları buradan oxuya bilərsiniz.

 

Nəticə

“Elm və Utopiya” yazarlarının və bütün digər darvinistlərin bilməli olduqları əhəmiyyətli həqiqət vardır. Canlıların və insanın xəyali təkamülü ilə əlaqədar yalanlar, artıq dünya səviyyəsində insanlara təsir etməməkdədir. Çünki insanların böyük hissəsi, yaşayan fosillərin ortaya qoyduğu dəlillərlə təkamülün reallaşmadığını görürlər. Yüzlərlə yaşayan fosil ilə əlaqədar məlumat, kitablar və internet yoluyla bütün dünyaya çatmışdır. Təkamül əleyhdarı bu qəti dəlili nə qədər istəsələr də gizləməyi bacara bilməyən, bunun önünə keçə bilməyən darvinistlər, böyük bir çöküntü və çarəsizlik içində tarixi təkamül yalanlarını təkrar-təkrar gündəmə gətirməkdədirlər. Halbuki, bütün bu yalanlar yerinə darvinistlərdən istənən tək bir şey vardır: Tək bir gerçək ara fosil nümunəsi göstərmələri…

Bu çağırış daha əvvəl də bütün darvinistlərə edilmiş, lakin qarşılığı böyük səssizlik olmuşdur. Bu səssizlik hələ də davam etməkdədir. Darvinistlər bu çağırışı duymazdan gəlib, əvvəldən bəri davam etdirdikləri taktikaları tətbiq etməyə çalışırlar. Halbuki, artıq insanlar taktikalarla maraqlanmamaqda, gerçəkləri görməyi istəməkdə və çağırışa cavab gəlməsini gözləməkdədirlər.

Amma nə qədər gözləsələrdə, bu çağırışa cavab gəlməyəcək. Çünki ara fosil deyə bir şey yoxdur, təkamülü genetika elmi də paleontologiya da sübut edə bilməmişdir. Canlılar təkamülləşməmiş, yaradılmışlar. Allahın yoxdan yaratdığı canlı nümunələri milyonlarla illik hallarıyla və günümüzdəki hallarıyla mükəmməl şəkildə sərgilənməkdədirlər. “Elm və Utopiya” jurnalı, əgər həqiqətən elmə inanırsa, bu elmi dəlillər istiqamətində hərəkət etməlidir.