İçeriğe geç

“Animal Planet” – Təbii müqayisələr

Orijinal adı “Təbii müqayisələr” mənasını verən bu proqramda təkamül nəzəriyyəsinin müdafiəçilərinin yaratdığı məntiq hörgüsünün yanlışlığı gözlər önünə sərilirdi. Bu silsilə sənədli filmlər təməl olaraq, təkamül və homoloji iddialarıyla əlaqədar idi.

Bioloji və ya coğrafi baxımdan bir-birlərinə çox da yaxın olmayan canlı qrupları və növləri arasında, davranışsal və strukturca bənzətmələrə diqqət çəkən “Animal Planet”, bütün bu bənzərliklərin bənzər ekoloji şərtlərin təzyiqiylə ayrı-ayrı təkamülləşdiyini iddia edirdi.

Digər tərəfdən canlılar aləmində daha böyük ölçüdə paylaşılan bəzi strukturca xüsusiyyətlərə diqqət çəkilir, bunların ortaq atadan sözdə təkamüllə inkişaf etdiyi irəli sürülürdü. “Animal Planet”, təkamülçülərin geniş şəkildə müraciət etdiyi beş barmaq bənzərliyini nümunə verirdi. Bir sürünən olan çanaqlı bağa ilə məməli olan yarasanın belə beş barmağa sahib olduğunu iddia edən “Animal Planet”, bu beş barmaq quruluşunun təməldə qorunmaqla birlikdə fərqli canlılarda ətraf şərtləri və həyat tərzlərinə uyğun şəkildə növlərə ayrılıb şəkilləndiyini qarşıya qoyurdu.

Homoloji arqumenti qədər bilinmədiyi üçün təkamül iddialarına bəzi nümunələr verərək mövzunu daha açıq hala gətirək. “Animal Planet”in bu mövzuda ortaya qoyduğu bəzi iddialar bunlar idi:

Yeni dünyada yaşayan meymun növlərindən biri olan ulayan meymunlar ilə Afrikadakı qədim dünya meymunlarından velvet meymunları araşdırılırdı. Hər iki meymun növü də özlərinə xas səslər çıxarır, öz aralarında xəbərləşirdilər. “Animal Planet” bir-birindən coğrafi baxımdan uzaq bu canlıların bənzər davranış inkişaf etdirməsini bənzər ətraf şərtlərinə bağlayırdı.

Bu silsilə sənədli filmlərin bir başqa hissəsində isə quşların ötüşləri verilir, fərqli bölgələrdə yaşayan quşların ötüşlərinin, bənzər təkamüllü təzyiqlər altında ortaya çıxdığı irəli sürülürdü.

 

Bir başqa nümunədə bioloji olaraq son dərəcə fərqli canlılar olan quşlar və böcəklərdə qanadların uçma məqsədiylə inkişaf etdirildiyi irəli sürülürdü.

Bir başqasında isə quşlara daxil olan pinqvinlər ilə məməlilərə daxil olan delfinlərin bənzər hidrodinamik dizaynlara sahib olduqları, bunun da bənzər mühitdə yaşamalarından qaynaqlandığı iddia edilirdi.

Bu nümunələrlə əlaqədar bilinməsi lazım olan nöqtə budur:

Əgər xəyali təkamül ağacında qohum kimi göstərilən canlılar bir quruluşu ortaq olaraq daşıyırsa, bu orqanlar “homolog”; əgər eyni ağacda uzaq qohum göstərilən canlılar tamamilə eyni xüsusiyyətləri ortaya qoyursa, bunlar “analoq” olaraq adlandırılmaqdadır.

Bu vəziyyətdə bir orqanın analoq və ya homolog olması elmi dəlillərə deyil, tamamilə təkamülçülərin ön mühakimələrinə görə şəkillənməkdədir. Bu səbəbdən homoloji təkamül iddiaları gerçəkdə elmdən uzaq, vəziyyətə görə şəkillənən və daha çox qaçış məqsədli müraciət edilən iddialardır. Qısacası, bunlar canlılardakı kompleks strukturları və müxtəlifliyi izahda tamamilə qeyri-kafidir.

Təkamülçülər adına böyük ziddiyyət ortaya qoyan bu vəziyyət haqqında daha çox məlumat üçün baxın: Morfoloji homoloji iddiasının etibarsızlığı.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz