Su ilanlarının izah edildiyi sənədli filmin sonlarına doğru bu nağıla yer verildi:

 

“Amma təkamül çərçivəsində ovun daha bol olduğu dənizdə yaşamağa alışmışlar: Tamamilə bağlana bilən burun dəlikləri, kürək şəkilli quyruq və sualtında qalmasına kömək olan böyük ağciyər…”

 

Bu şərhi edən araşdırmaçı bütün canlıların təkamüllə ortaya çıxdığı doqmasını müdafiə etdiyi üçün ilanındakı bu orqanları təkamüllə uyğunlaşdırır. Heç bir elmi dəlil göstərmədən bunu müdafiə etməsi çox axmaqlıqdır, çünki haqqında danışılan olan orqanlar son dərəcə mürəkkəb quruluşdadırlar. Məntiq baxımından bu iddianı müdafiə etməklə bir reaktiv təyyarə haqqında “kor təsadüflər çərçivəsində havada qalacaq reaktiv mühərriki və qanadlara sahib olmuşlar” iddiasını müdafiə etmək arasında bir fərq yoxdur. İkisi də kor təsadüflərlə mükəmməl dizaynların ortaya çıxa biləcəyini müdafiə edən ancaq buna dair heç bir şərh gətirməyən əsassız iddialardır.

Digər tərəfdən suda yaşamağı mümkün edən bu dizaynları suda həyata “vərdişi” ilə uyğun gətirmək də əsassızdır. Bir quru canlısı suda nə qədər çox vaxt keçirsə, özünü suya nə qədər alışdırsa bu dizaynlara sahib olacaq şəkildə inkişaf etməz. Məsələn, dəniz dibindən inci çıxaran ovçular minlərlə nəsil boyu bu işi davam etdirsələr belə sonunda əl və ayaqları üzgəclərə çevrilməz.

“National Geographic TV” yalnız darvinizmə kor-koranə bağlılığı üzündən bu elmdən kənar nağıllar anlatmaqda və tamaşaçılarından bunlara inanmalarını gözləyə bilməkdədir.