Bəzi təkamül nəzəriyyəsi müdafiəçiləri, təkamülün yalan olduğuna dair uzun müddətdir elan edilməkdə olan elmi gerçəklərə qarşı daha əvvəl susqun qalıb tək tərəfli düşünərkən, xüsusilə son vaxtlarda iki tərəfli düşünməyə başlamışlar. Artıq tək tərəfli bir izahatı tərk etmişlər, həm doğrunu, həm də səhvi oxucularına təqdim etməyə qərar vermişlər. Beləliklə, oxucu doğrunu seçmə imkanına qovuşmuş olmaqdadır. Bu, şübhəsiz, onlar adına və elm adına son dərəcə gözəl və sevindirici inkişafdır.
Təkamülə qarşı təqdim edilən iddialara cavab verməyə çalışmaları, təkamül müdafiəçilərinin necə çıxılmaz vəziyyətdə olduğunu gözlər önünə sərmək baxımından əhəmiyyətlidir. Çünki təkamülün yalan olduğu bütün dəlilləriylə açıqlanmaqdadır, amma buna gələn etirazlar son dərəcə cılızdır və təkamül lehinə hər hansı elmi dəlil təqdim edilə bilməməkdədir. Darvinizmin təbliğatlarla dəstək olmağa çalışıldığı daha dəqiq olaraq aydın olmaqda, elmdən nə qədər uzaq olduğu görülə bilməkdədir. Bunun ən əhəmiyyətli göstəricisi, təkamülün dəlilsiz olduğu və həyatın mənşəyi kimi ən fundamental mövzularda şərhsiz qaldığı gerçəklərinə hələ də izah gətirilə bilməmiş olmasıdır.
Təkamül nəzəriyyəsi öz iddialarını sübut edə bilmir
Təkamül yanlısı işlər görən yayım orqanlarından ilk planda gözlənilən şey, öz iddialarını dəstəkləyəcək elmi dəlillər ortaya qoymalarıdır. Ancaq təxminən 150 ildir gözlənilən bu elmi dəlillərdən hələ də əsər-əlamət yoxdur. Çünki yer üzü layları, təkamül müddəti yaşandığına dair heç bir dəlil təqdim etməməkdədir. İndiyə qədər təkamül nəzəriyyəsini dəstəkləyən tək bir “ara fosilə”ə rast gəlinməmişdir. Olan fosillərin hamısı, bütün xüsusiyyətləriylə mükəmməl quruluşdadırlar. Günümüzdən təxminən 530 milyon il əvvəl yaşamış olan ilk çox hüceyrəlilər belə, indiki vaxtda var olan canlılardan fərqsiz qüsursuz təchizatlara sahibdirlər. Necə ki, müxtəlif təkamülçü jurnalların yer verdiyi canlı qalıqları araşdırıldığında da, bunların fövqəladə strukturlar saxlayan mükəmməl canlılar olduğu diqqət çəkməkdədir. Gözləri yarı inkişaf etmiş olan, ayağı başından çıxan, qanadı meydana gəlməyə başlayan qəribə görünüşlü canlılardan əsər yoxdur. Bu səbəbdən təkamül nəzəriyyəsinə, nəzəriyyənin ən böyük dayağı olması lazım olan fosil qeydləri heç bir dəlil təqdim etmir.
Təkamül nəzəriyyəsi, bir canlı orqanizmdə funksiya görə bilən tək bir zülalın təsadüfən ortaya çıxışı iddiasını da heç bir şəkildə sübut edə bilməmişdir. Halbuki, zülalın yaranmasında vəzifə yerinə yetirən bütün strukturların və bunların sahib olduqları funksiyaların təkamül nəzəriyyəsinə görə şərhini etmələri, bu iddianı təcrübələrlə sübut etmələri və buna elmi dəlil gətirmələri lazımdır. Lakin təkamül nəzəriyyəsi, molekulyar səviyyədə müdhiş komplekslik və mükəmməllik ehtiva edən aşağıdakı əməliyyatın, kor təsadüflərlə, şüursuz müddətlərlə yarandığını iddia etməkdən çəkinməməkdədir:
Bir zülalın xromosomlardakı DNT zəncirində kodlaşdırılmış olan məlumat, milyonlarla şifrə arasından xüsusiləşmiş fermentlər sayəsində vardır. DNT zəncirinin bu hissəsi yenə başqa xüsusi fermentlər tərəfindən bir zəncirbənd kimi ikiyə ayrılaraq üzərində mesajcı-RNA-nın rahatlıqla köçürülə biləcəyi üç ölçülü şəklə gətirilər. Digər fərqli fermentlərin köməyiylə DNT-nin bu hissəsi köçürülür. Köçürülmənin başlaması, köçürülmə müddəti, köçürülmənin lazım olan yerdə bitməsi, bu əsnada DNT sarmalında hər hansı qarışıqlıq meydana gəlməməsi, sarmalın digər qisimlərinin köçürülməyə maneə törətməyəcək şəkildə tutulması, köçürülmədə yarana biləcək, ola biləcək səhvlərin idarəsi, düzəldilməsi, köçürülmə bitdiyində RNA-nın ayrılması, DNT zəncirinin əvvəlki halına gətirilməsi, və s. bunlara bənzər bir çox alt əməliyyat əsnasında bir çox fərqli ferment vəzifə yerinə yetirər və hər biri son dərəcə möhtəşəm uyğunluq içində çalışar. Nüvədən hüceyrə mayesinə keçən RNA, daşıdığı şifrənin oxunacağı və bu şifrədə yazılı zülalın çıxarılacağı ribozoma bağlanar…
Məhz hüceyrədəki zülal yaranmasında gedən müddətin yalnız bir hissəsi belə yekunlaşdıra bilərik. Daha sonra da saysız ara əməliyyatların və çox müxtəlif fermentlərin rol oynadığı bir müddətlə canlı bədənində istifadə ediləcək xüsusi zülal molekulu yaradılar. Zülalı yaradan yüzlərlə amin turşusunun hamısının yerli yerində, lazım olan ədəd və növdə olmaları zəruridir. Əks halda zülalın funksiya görməsi mümkün deyil.
Bu gerçəyi təyin edən ən böyük elmi gerçəklərdən biri isə, təkamülçülərin iddia etdiyi şəkildə canlı orqanizmdə funksiya görə bilən bir zülalın “təsadüfən” ortaya çıxma ehtimalının hesablanmış olmasıdır. Buna görə, 500 amin turşusu funksional ortalama bir zülalın təsadüfən ortaya çıxma ehtimalı 10950-də 1-dir, bir başqa deyişlə qeyri-mümkündür. Amerikalı təkamülçü geoloq William Stokes bu gerçəyi aşağıdakı sözlərlə ifadə etmişdir:
Əgər milyardlarla il boyunca, milyardlarla planetin səthi lazımi amin turşuları ehtiva edən sulu qarışıq təbəqəylə dolu olsaydı belə yenə (zülal) meydana gələ bilməzdi.1
Bu səbəbdən təkamül nəzəriyyəsi, “canlılığın mənşəyi” mövzusunda da şərhsizdir.
Təkamül nəzəriyyəsi, atomların meydana gətirdiyi bir insan bədəninin rəngləri necə gördüyünü, qoxunu necə tanıdığını, səsləri necə eşitdiyini, qırmızını yaşıldan necə ayırdığını, toxunduğu şeyi necə hiss etdiyini açıqlaya bilməməkdədir. Təkamül nəzəriyyəsi, bir “maddə”nin yaşılı necə şərh edə bildiyini; mavini necə görə bildiyini; üç ölçülü qüsursuz təsviri necə qəbul edə bildiyini; bir gül qoxusundan çəmən qoxusunu necə ayırd edə bildiyini; sərti, istini, soyuğu necə hiss edə bildiyini; musiqidən necə həyəcan duyduğunu; qərənfilin qoxusundan necə zövq aldığını izah edə bilməməkdədir. Əgər təkamülçülərin iddia etdikləri şəkildə insan bədəni yalnız maddədən ibarətdirsə, təkamülçülərin, bu maddənin necə xatirələri olduğunu, necə çöldəki məlumata görə deyil, beynində var olan bir məlumata görə hərəkət etdiyini, necə düşünüb şərh edə bildiyini, qarşısındakı insanı gördüyündə hansı hiss və şüurla sevinc duyduğunu, qulağına gələn bir titrəşməni necə gözəl musiqi olaraq şərh edə bildiyini izah etmələri lazımdır. Amma təkamül nəzəriyyəsi bu mövzuda susur.
Bir musiqi sistemi içindən müxtəlif elektrik cərəyanı vasitəsiylə dinamikə səs gələ bilər. Amma qulağa gələn titrəşmələri insanın eşidə bilməsi ayrı bir şeydir. Gülün molekulyar quruluşuna görə xüsusi qoxu ifraz etmə xüsusiyyəti ola bilər, amma o qoxunu qəbul edib ondan xoşlanmaq ayrı bir şeydir. Bütün bunlar bir şüurla aydın olar və bu şüur insana xasdır. Darvinistlərin bütün bunlar üçün izah edə bilmələri qeyri-mümkündür; çünki görən, eşidən, anlayan, hiss edən, iyləyən, sevinc duyan, xatırlayan, şərh edən varlıq maddənin xaricində bir şeydir. Bu varlıq, insana aid ruhdur.
Bu səbəbdən təkamül nəzəriyyəsi, “ruhun varlığı” qarşısında susqundur.
Bunlar, təkamül nəzəriyyəsinin heç bir şərh edə bilmədiyi, heç bir dəlil gətirə bilmədiyi təməl gerçəklərdir. Bunlardan başqa təkamülçülərin gətirdiyi bütün iddialar, yanıldıcı izahlar etibarsızdır. Təkamülçülər, canlıların xəyali inkişafı ilə əlaqədar ssenarilər çıxarmadan əvvəl, təkamülün paleontoloji olaraq dəlilsizliyini, canlılığın mənşəyini açıqlaya bilməməsini və insanın maddədən ibarət canlı olmadığı gerçəyini diqqətə almaq məcburiyyətindədirlər.
Darvinistlərin bu gerçəyi düşünmələri vacibdir. Əgər yer üzündə təkamül həqiqətən yaşanmış olsa, bu niyə rədd edilsin? Əgər belə bir şey olmuş olsaydı, bu, Allahın canlıları təkamüllə yaratmış olduğu mənasını verərdi və Yaradılış gerçəyini müdafiə edən bütün əsərlərdə də bu müdafiə edilərdi. Bunun yanında, Uca Allah əgər canlıların yaradılışına təkamülü səbəb etmiş olsaydı, şübhəsiz ki, bunun yer üzündə saysız dəlili olardı. Məsələn, Allah tək bir spermanı insanın yaradılışına səbəb etməkdə, bir hüceyrəni 2-yə, 4-yə, 8-yə bölünəcək və bir insan bədənini meydana gətirəcək şəkildə yaratmaqdadır. İnsan bədəninin inkişafında belə açıq və aydın quruluş vardır. Əgər Allah diləsə, canlıların inkişafında da belə bir sistem yarada bilər və bunun dəlilləri də, eynilə ana qarnındakı körpənin inkişafındakı kimi son dərəcə açıq və aydın olardı. Allah bir körpənin inkişafını 9 ay içində tamamlanacaq şəkildə yaratmışdır. Əgər Allah diləsəydi bu vəziyyət, bütün canlı orqanizmlərin inkişafı üçün də olar, canlılar da, məsələn 900 milyon il içində inkişaflarını tamamlayacaq şəkildə yaradılmış olardılar. Əgər bunun dəlilləri yer üzündə olsaydı, şübhəsiz, bütün Yaradılış gerçəyi müdafiəçiləri bu gerçəyin təqibçisi olar, bunun dəlillərini təqdim edər və Allahın canlıları təkamül ilə yaratdığı düşüncəsiylə hərəkət edərdilər.
Amma belə bir şey yoxdur. Hal-hazırda təkamül nəzəriyyəsi sıfır dəlilə əsaslanır və məcbur etmə dəlillərlə belə ayaqda dayana bilməyəcək vəziyyətdədir. Canlıların təkamülü mövzusu ilə əlaqədar deyilən hər şey, ortaya atılan hər iddia, yalnız böyük yalanın parçasıdır.
Darvinist çırpınışlar, yaradılışı elan edən gerçəklərin ortaya çıxmasına dəstək olur
Daha əvvəl diqqət çəkdiyimiz kimi, darvinistlərin artıq tək tərəfli düşünməyi bir kənara buraxaraq, ikili izahat üsuluna keçmiş olmaları çox gözəl inkişafdır. Bu şəkildə oxucu, təkamülün bir yalan olduğuna dair təqdim edilən elmi dəlillər qarşısında, elm adına son dərəcə çürük dəlillərlə qarşılaşmaqdadır. Oxucu müqayisə imkanı tapmaqda və gerçəkləri öz təşəbbüsü, ağılı və vicdanıyla anlaya bilmə fürsətini əldə etmiş olmaqdadır. Elmi dəlillərin göstərdiyi tək gerçək isə Yaradılış gerçəyidir.
Təkamülün bir yalan olduğuna dair izahlara verilməyə çalışılan təkamülçü cavablar, təkamülçülərin aciz çırpınışlarını gözlər önünə sərməkdədir. Darvinist kütlələr, bundan bir neçə on il əvvəl son dərəcə özlərindən əmin ikən, indi olduqca gücsüz vəziyyətdədirlər. Təkamül əleyhinə təqdim edilən gerçəklərə qarşı çırpınmaları, bu gerçəkləri oxuculara daha yaxşı öyrətmələrini təmin etməkdədir. Bu şəkildə insanların, təkamül aldatmacasını, təkamülçülərin ağzından dəqiq dəlillərlə görməsini və darvinizm bataqlığından xilas olmalarını təmin etməkdədirlər. Darvinizmə inanmayanların nisbətinin ölkəmizdə 87.4%-ə yüksəlməsi nəticəsində darvinistlər, qarşı dəlilləri görməzlikdən gəlməyə çalışmaqdan imtina etmişlər. Təkamülə qarşı olan dəlilləri görməzlikdən gəlmənin bir həll olmadığını görmüşlər. Lakin görməzlikdən gəlməmələri də onlar baxımından bir həll deyil. Tək həll doğruları qəbul etməkdir. Günəş işığının belə bir təsiri vardır. İşığı o qədər güclüdür ki, pərdə bağlansa belə aradan sızar. Məhz bu səbəblə darvinistlər üçün gerçəkləri qəbul etməkdən başqa bir həll yolu yoxdur.
Nəticə:
Təkamül nəzəriyyəsi, təxminən yarım əsr boyunca yalnız təbliğatlarla ayaqda qala bilmiş nəzəriyyədir. Ancaq artıq, təbliğatların təsirsiz qaldığı, təkamül müdafiəçilərinin özlərini elmi dəlillər qarşısında aciz hiss etdikləri zaman gəlmişdir. Darvinizmi dəstəkləmək üçün göstərilən gücsüz səylər, Yaradılış gerçəyinin doğruluğunu daha güclü şəkildə vurğulamaqdadır. Bu gerçəklərin fərqinə varmış olan darvinist elm adamları üçün ediləcək ən doğru davranış, Türk xalqının göstərdiyi həssaslığı göstərmək və gerçəkləri qəbul etməkdir. Gerçək isə açıqdır: Canlılar təkamülləşməmiş, yoxdan yaradılmışlar. Uca Rəbbimizin üstün sənəti, milyonlarla il əvvəlinə aid canlılarda da indiki vaxtda da ən mükəmməl şəkli ilə təcəlli etməkdədir. Əgər darvinist elm adamları elmi doğrulara görə davranmaq istəyirlərsə, elmin göstərdiyi tək gerçək budur.
1) W. R. Bird, The Origin of Species Revisited, Nashville, Thomas Nelson Co., 1991, səh.305