Təkamül nəzəriyyəsi, Darvin tərəfindən ortaya atıldığından bu yana insanlığa qarşıdurma, müharibə və degenerasiyadan başqa bir şey gətirmədi. Çünki təkamül nəzəriyyəsi “materialist fəlsəfə”nin yeganə (sözdə elmi) dayağıdır və 21-ci əsrə qədər gündəmdə tutulmasının əsas səbəblərindən biri budur.

Darvinist-materialist kütlələr bir qisim medianı istifadə edərək bu uzun müddət boyunca təbliğatlarını davam etdirdilər; olmayan dəlilləri varmış kimi göstərməyə çalışdılar, bir çox xəyali ara forma elan etdilər, insanın meymun ataları olduğu təlqinini verməyə, xəyali meymun adamların bərpalarını həqiqət kimi insanlara təlqin etməyə çalışdılar. Onlar, bu hiyləli üsulların təsirli olacağını düşünürdülər və həqiqətən də çox keçmədən təkamülə kor-koranə inanan şüursuz bir kütlə ortaya çıxarmağı bacarmışlardı.

Lakin bu vəziyyət uzun sürmədi. Harun Yəhyanın bütün dünyaya yayılmış və saysız dilə çevrilmiş olan kitabları, bu əsərlərdən faydalanılaraq reallaşdırılan təkamül əleyhinə konfranslar, yazarın internet saytları və materialist ölkələri ayağa qaldıran Yaradılış Atlası adlı möhtəşəm əsəri, darvinizm yalanına qəti olaraq son verdi. Həqiqətdən kənar təbliğatlarını çəkinmədən açıqca davam etdirən və yalan dəlilləri həqiqət kimi insanlara təqdim etməyə çalışan darvinistlər, Darvindən bu yana ilk dəfə olaraq tələyə düşdülər. Darvinizm yalanının Harun Yəhya tərəfindən bütün dünyaya açıqca elan edilməsi, təkamül nəzəriyyəsinin tək bir elmi dəlil ilə belə dəstəklənilmədiyinin göstərilməsi, Darvinin və onu izləyən təkamül nəzəriyyəçilərinin 150 ildir insanları aldatdıqlarının açıqlanması və bu uğurda yalanlara, yalan xəbərlərə tez-tez müraciət etdiklərinin başa düşülməsi, darvinistlər üçün böyük məğlubiyyət olmuşdur. Bütün bunlar dünya səviyyəsində şüurlanmanı özü ilə gətirmiş və insanlar təkamülün yalandan ibarət olduğunu açıqca görmüşlər. Artıq insanlar, darvinizmin iç üzünü bildiklərindən, darvinist təbliğat metodlarından təsirlənməməkdə, insanların böyük bir qismi yüksək səslə təkamülü rədd etməkdə, bir çox darvinist isə artıq təkamülə şübhə ilə baxmaqdadır.

İndi bir sıra darvinist nəşrlər, əzilmişliyin, pərişan edilmişliyin təsiriylə ortaya çıxmaqda və yaşadıqları iztirabı aylardır Harun Yəhya əsərləri və ya təkamül əsərləri adı altında insanlara eşitdirməyə çalışmaqdadırlar. Harun Yəhyanın təkamül əleyhinə nəşrlərinə qarşı hazırlanan bu sözdə cavablar, materialistlər və marksistlər baxımından vəziyyətin vahiməliyini açıqca göstərməkdədir. Onlar, darvinizmin ölüm elanını, Harun Yəhyanın əsərlərinin təsiriylə görmüşlər. Bunu bütün dünyanın gördüyünü də anlamışlar. Məhz bu səbəblə çaxnaşmaya qapılmış, “darvinizmin ölüm elanını onlardan deyil, bizdən eşidin” mənasını verən bir üslubla səhifələr dolusu şərhlər ediblər. Bu nəşrlərə baxıldığında, darvinistlərin təslim olmuş üslubları açıqca görüləcək. Darvinizm yalanının sona çatmasını, alçalmışlığını sanki etiraf etməkdədirlər. Dünyaya yayılan bu gerçək, onları bəlkə də heç gözləmədikləri bir şeyə məcbur etmiş, sanki darvinizmin ölümünü öz yayımlarında özləri elan etmişlər.

Məhz bu, Allahın mütləq varlığına qarşı yaradılmağa çalışılan batil dinin sonudur. Marksistlərin və materialistlərin, yeri və göyü yaradan, bütün aləmlərin Rəbbi olan Uca Allaha qarşı mübarizələri, onların darvinizmin ölüm elanını vermələri ilə nəticələnmişdir. Allah onları hörmətdən salmış, çarəsizliyə sürümüş və tələlərini yerlə bir etmişdir. Allahın üstün yaratmasını görmək istəməyənlərin, Allahın Uca Varlığına qarşı mübarizə içində olanların qarşılaşacaqları mütləq son budur. Allah, bir ayəsində belə buyurmaqdadır:

 

“Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza!” (Ənbiya surəsi, 18)