Halqalıların (analıdaya filumu) izah edildiyi sənədli filmdə, ümumiyyətlə, Kembri dövründə ortaya çıxan soxulcanların, indiki vaxtda yaşayan çox sayda canlıyla eyni təməl bədən planına sahib olduğu vurğulandı. Ancaq bu vəziyyət təkamülə söykənilərək soxulcanların bir çox canlının təkamüllü atası olduğu iddia edildi. Bu iddiaları dəstəkləyəcək dəlillər göstərmədə isə heç bir müsbət nəticə ortaya qoyulmadı.
Yalnız olduqca səthi bənzətmə edilərək mövzunu ötüşdürmə yoluna gedildi. Bu bənzərlik, bir fosil üzərində iz buraxmış soxulcan quruluşuyla filin skeleti arasında qurulmağa çalışıldı. Kompüter simulyasiyalarından faydalanılaraq, soxulcanın bədən oxunun əyrisi, (daha böyük olan) filin onurğasının əyrisi üzərinə oturduldu və xortum, ayaq, oynaqlar və s. kimi, soxulcanda olmayan çox sayda orqanın bu sözdə təkamüllü plan üzərinə yaradıldığı irəli sürüldü. 3-5 santimetr boyundakı soxulcan bənzəri bir canlı ilə fil kimi tonlarla ağırlıqda, soxulcandan tamamilə fərqli canlı, “sırf bədənlərinin üfüqi oxları eyni qövsü ortaya qoyduğu üçün” sözdə təkamüllü soyun üzvləri kimi göstərilirdilər!
Xəyal gücünün ifratlarından bəslənən bu iddia, darvinizmin ağıl və elmin qarşısında necə böyük mane olduğunu bir daha ortaya qoymaqdadır. Elmi baxımdan mümkün olmadığı açıqca göstərilmiş olan bu xəyali çevrilməyə kor-koranə inanmaq, həm də hər kəsin inanması üçün səy göstərmək, başa düşülməsi həqiqətən çətin bir tutumdur. Xəyali kompüter simulyasiyalarıyla təkamül nəzəriyyəsinə dəstək meydana gətirmə səyi, təkamülçülərin içində olduğu dəlil böhranının bir dəfə daha vurğulamışdır.
Gerçəkdə həm proqramda haqqında danışılan soxulcanlar, həm də fillərin daxil olduğu chordata filumu, yer üzündə eyni geoloji dövrdə, yəni Kembri dövrdə ortaya çıxmışlar. Eyni anda ortaya çıxan və özlərindən əvvəl də heç bir ortaq ataları olmayan bu filumlardan iki canlının bir-birinin təkamüllü qohumu kimi göstərilməsi, təkamül əleyhdarı bir dəlilin təkamülə dəlil kimi təqdim edilməsi mənasını verər. Yəni bir təhrif etmədir. Bu cür yanlış şərhlər, proqram prodüserlərinin darvinizmi yaymağa nə qədər şərtlənmiş olduqlarının bir göstəricisi olmaqla birlikdə milli radio televiziya təşkilatımız olan TRT 1-in sənədli film siyasətini nəzərdən keçirməli olduğu xəbərdarlığımızı təkrarlamağımızı tələb etməkdədir.
Yuxarıda açıqlandığı kimi, elmi həqiqət ortaya qoymaqdan daha çox yalnız darvinizmi yayma məqsədiylə hazırlanmış məşhur təbliğat vasitəsi olan “Təkamülləşən həyat” sənədli filmlərinin TRT 1-də göstərilməsi əhəmiyyətli səhvdir. Diqqət yetiriləcək olsa, rəsmi radio və televiziya təşkilatımızın nümayişinə qoyduğu bu sənədli filmlər bir neçə ay əvvəl onsuz da yayımlanmış hissələrin təkrarıdır. Biz o dövrdə yazdığımız yazılarla bu proqramların məzmunlarındakı elmi yanılmalara və məqsəd qoyulan darvinizm təbliğatının ola biləcək dağıdıcı təsirlərinə diqqət çəkmişdik. Təkrarlanan bu proqramlar vəsiləsiylə TRT 1 rəhbərlərinə bir daha səslənir və bu proqramları artıq ciddi elmi araşdırmaya tabe tutmağa çağırırıq.