Bu proqramda çitaların yalnız sürət üçün təkamülləşdikləri şəklində son dərəcə səthi iddia ortaya qoyuldu və təkamülün digər iddialarında olduğu kimi buna da dayaq yarada biləcək heç bir izah gətirilmədi.

 

Açıqdır ki, bir canlının hər hansı bir xüsusiyyətini təsvir edib arxasından da canlının bu xüsusiyyəti qazanacaq şəkildə təkamülləşdiyini iddia etmək, bu canlının təkamüllə ortaya çıxmış ola biləcəyi iddiasına dair heç bir dəlil yaratmaz.

Çitalarda üstün mühəndislik dizaynı mövcuddur. Təkamül nəzəriyyəsinin əsaslandığı; təsadüfi mutasiya və təbii seleksiya kimi təbii təsirlərin, yeni tək bir zülal da ortaya çıxara bildiyi müşahidə edilməmişdir. Bu gerçəyə baxmayaraq çitanın təkamüllə ortaya çıxdığını iddia etmək, son model sürət avtomobilinin dəmirlərin olduğu yerə isabət edən fırtınayla ortaya çıxa biləcəyini iddia etmək kimidir. Yəni axmaqlıqdır. Çitalarda bu bənzərsiz dizayn Allahın yaratma sənətinin dəlillərindəndir.

Çitalar haqqında daha əvvəl “Animal Planet” sənədli filmində ortaya qoyulmuş iddiaları cavablamışdıq. Bu yazımızı buradan oxuya bilərsiniz.