“Animal Planet”in bu sənədli filmində, şimpanzelərin bəzi ağıllı davranışları izah edildi və bunlarla insan davranışları arasında bənzərliklər qurularaq təkamül nəzəriyyəsini dəstəkləyirdi.

Dəlil olaraq şimpanzelərin ovlarını pusquya salmaq üçün etdikləri planlar ilə termitləri yuvalarından çıxarmada sapları alət olaraq istifadə etmələri göstərildi. “Animal Planet”, şimpanzelərin “insanoğlunun ardından gələn ən ağıllı canlılar” olduğunu; “eynilə insanlar kimi fərdi xüsusiyyətləri fərqli canlılar” olduqlarını iddia edir və bunları təkamülçü dünyagörüşüylə şərh edirdi.

 

Şimpanzelərin son dərəcə ağıllı davranışlar ortaya qoyduqları və kompleks ictimai əlaqələr sərgilədikləri doğrudur. Ancaq bu xüsusiyyətlərə əsaslanaraq, şimpanzeylə insanın ortaq atadan təkamülləşdiyi iddiasına dayaq təmin etməyə çalışmaq mənasızdır. Çünki təbiətdə bu cür xüsusiyyətlər göstərən başqa çox sayda canlı növü vardır. Həm də bu canlılar, xəyali təkamül ağacında insana çox uzaq olmalarına qarşı, şimpanzelərlə müqayisə edilməyəcək qədər üstün zəka və planlama nümunələri göstərə bilməkdədirlər. Şübhəsiz bu vəziyyət, ağıllı davranışlara baxaraq canlıların sözdə təkamüllü əlaqələri üzərində şərh etmənin tamamilə əsassız olduğunu göstərər. Arıların və qunduzların arxitektura qabiliyyətlər nümayiş etdirmələri onları insanlarla qohum etməyəcəyi kimi, şimpanzelərin qabiliyyətləri də eyni şəkildə onları insanlarla qohum etməz. Gerçəkdə “Animal Planet” kimi darvinist kanallarda şimpanze davranışları xüsusilə vitrində sərgilənməkdə və tamaşaçılara insandan sonra ən ağıllı canlının şimpanze olduğu, bu vəziyyətin də iki canlının ortaq atadan təkamülləşdiyi iddiasının dəlili olduğu propaqandası edilməkdədir.

 

Bu təbliğatın etibarsızlığı haqqında daha geniş yazımızı buradan oxuya bilərsiniz.