“Animal Planet” bu proqramda canlıların mənşəyi məsələsini qəbul etmə səviyyəsiylə əlaqədar olduqca mənfi işarə verdi. İlanların izah edildiyi sənədli filmdə açıq sahədəki quş yuvasında yer alan sərçələrlə bəslənən bir ilan haqqında bu ifadələrə yer verildi:
“8 sərçə ona [ilana] yetər. Çox sayda yemək üçün böyük olması lazımdır. Böyük sərçələr daha yaxşıdır. Məhz buna görə ilanlar nəhəng ölçülərə təkamülləşmişlər.”
Yuxarıdakı sətirlərdə ilanların bəzi növlərinin böyük olmasının səbəbi, çox yemək yemə kimi göstərilməkdədir. Burada heç bir şübhəyə yer buraxmayan bir izahat sərgilənməkdə və “tam buna görə” kimi qətilik ifadəsi istifadə edilməkdədir.
Əslində bu ifadə qətilik göstəricisi olsa da “Animal Planet”in təkamül iddiasının qətiliklə heç bir əlaqəsi yoxdur. Hətta qətilik bir tərəfə, “Animal Planet”in iddiası tamamilə elmdən kənardır. Çünki proqramda çox yemək yedikcə təkamülləşib iriləşən ilanlardan söz edilməkdədir.
Halbuki, çox yeyərək iriləşmək həyat boyu qazanılan bir xüsusiyyətdir. Həyat boyu qazanılan xüsusiyyətlər isə sonrakı nəsillərə köçürülməz. Bu vəziyyət elmdə əsri aşan bir müddətdir bilinməkdədir. Bir xüsusiyyətin sonrakı nəsillərə köçürülməsi üçün cinsiyyət hüceyrələrində meydana gələn mutasiyalara əsaslanması lazımdır. Bir ilanın yediyi sərçə sayı bu mutasiyalar üzərində rol oynamaz. Bu səbəbdən kiçik bir ilanın sərçə yeyərək pitona çevrilə biləcəyi kimi bir iddia tək sözlə xurafatdır. (Lamarkçı təkamül modeli olaraq bilinən bu köhnə yanılma haqqında baxın. “Təkamül aldatmacası” <http://www.harunyahya.org/evrim/hy_evrim_aldatmacasi/ek.html>, Harun Yəhya)