“Animal Planet” “Tarazlıq oyunu” adını daşıyan bu sənədli filmlərdə heç bir elmi dəlilə əsaslanmayan elmdən kənar təkamül təbliğatına davam etdi.

Sənədli filminin bu hissəsində Minsk öküzləriylə əlaqədar tamamilə əsassız iddia ortaya qoyuldu. Minsk öküzlərindəki canlını şiddətli soyuğa qarşı qoruyan cüt qorumalı dəri dizaynı izah edildikdən sonra bu canlıların uzun tüklərinin “dizayn səhvi” olduğu iddia edildi. Bu tüklər uzun olduğu və soyuqda islanıb buz tutaraq ağırlıq etdiyi üçün “Animal Planet” bunu sözdə təkamüllü müddətdə ortaya çıxmış bir pozuqluq kimi göstərməyə çalışırdı.

 

Ancaq Minsk öküzünün tükləri haqqında bir az düşünüldüyündə buradakı “səhv dizayn” iddiasının təcrübəsiz yanaşma ilə ortaya qoyulan səthi iddia olduğu ortaya çıxar. Minsk öküzünün uzun tükləri buz tutur və ağırlığa səbəb olması ola bilər ancaq bu vəziyyət tüklərin canlını isti tutduğu və dolayısilə canlının həyatını davam etdirməsinə qatqısı baxımından son dərəcə əhəmiyyətli olduğu gerçəyini dəyişdirməz. Uzun tüklərin üstünlükləri əlverişsiz olması müqayisə edilməyəcək dərəcədə əhəmiyyətlidir.

 

Bunu açıqlamaq üçün başqa nümunələr verə bilərik: Hər hansı tankın zirehi, tankın ağırlığını artıraraq hərəkət qabiliyyətini azalda bilər. Amma digər tərəfdən bu zireh, tank əleyhinə güllələrinə qarşı son dərəcə xüsusi və təsirli qoruma təmin edər. Bu zirehin tanka gətirdiyi qoruma üstünlükləri, hərəkət qabiliyyətindəki əlverişsizliklərdən daha çoxdur. Belə bir vəziyyətdə zirehin gətirdiyi ağırlığa baxaraq bunu “pis dizayn” olaraq xarakterizə etmənin əsassızlığı asanlıqla aydın ola bilər. Tank zirehini bir az araşdıran biri bunun təsadüflərlə ortaya çıxma ehtimalının “0” olduğunu və mühəndislər tərəfindən hazırlanmış olması lazım olduğunu asanlıqla görər.

 

Eyni vəziyyət Minsk öküzü üçün də keçərlidir. Bu tüklərin genetik məlumatı, canlının DNT-sində kodlaşdırılmışdır. Təkamül nəzəriyyəsi bu məlumatın təsadüfi mutasiya və təbii seleksiya mexanizmləriylə ortaya çıxdığını iddia edər. Halbuki, bu yunları çıxaran genlərdən birinin belə təsadüfi olaraq ortaya çıxma ehtimalı 0-dır. Açıqdır ki qütb bölgələrində canlını sanki bir ədyal kimi qucaqlayan bu yunlar üstün bir ağıl tərəfindən var edilmişdir. Bu canlıları hər şeyin Hakimi olan Allah yaratmışdır.