Kompüterdə canlandırılmış dinozavr simulyasiyalarının çoxlu göstərildiyi bu proqramda, bəzi dinozavr növləriylə əlaqədar bu təkamülçü iddialara yer verildi:

 

“Ankylosaurus təkamül keçirərək bütün zamanların ən böyük otyeyən olacaq… Syntarsus theropoda çevriləcək. Allosurusun T.Rexə çevriləcəyi kimi…

Dilophosaurus və synratsus eyni soydandır. Gələcəkdə dörd yerinə üç barmaq, daha böyük başları olacaq.”

 

Gerçəkdə bu iddialar yalnız xəyal gücünə əsaslanır. Dinozavrlar mövzusunda mütəxəssis və eyni zamanda təkamülçü olan Dr. Michael Benton, “Dinosaur and Other Prehistoric Animal Fact Finder” adlı kitabında Ankylosaurusun (səh. 38), Dilophosaurusun (səh.63), Syntarsusun (səh. 72) və Allosaurusun (səh.63) atası olaraq göstərilə biləcək bir canlı olmadığını yazar. (Dinosaur and Other Prehistoric Animal Fact Finder Michael Benton, Kingfisher Books, New York, 1992) Görüldüyü kimi “Animal Planet”in dinozavrlarla əlaqədar iddiaları elmi dəlillərə deyil təkamülçü ön mühakimələrə əsaslanır.