Hippopotamların izah edildiyi hissədə bu canlıların mənşəyiylə əlaqədar olaraq bu təkamülçü iddia ortaya qoydu:

 

“Ən son genetik dəlillər, balina və delfinlərin qurudakı ən yaxın qohumlarının hippopotamlar olduqlarını göstərir. Balinaların və delfinlərin bir ataya əsaslandıqlarını unutmamaq lazımdır. Və buna görə təkamüllü bölünmə reallaşdığında balinalar və delfinlər bir istiqamətə, su ayğırları başqa istiqamətə getdilər. Tamamilə, suda yaşayan heyvanlar oldular.”

 

Genetik dəlillərə əsaslanıldığı deyilən bu iddia, gerçəkdə, tamamilə fərziyyəyə söykənən saysız təkamüllü qohumluq iddiasından biridir yalnız. Təkamülçülər tapdıqları hər bənzərliyi ortaq ata fərziyyəsinə dəlil göstərməkdədirlər. Əslində ortaq strukturların, məsələn, DNT-nin quruluşu araşdırıldığında bunların şüurlu dizayn məhsulu olan kompleks strukturlar olduğu aydın olar. Kompüterlərdəki ortaq çiplər olduğu kimi bioloji strukturlarda da genlər vardır. Canlılardakı ortaq strukturlar ancaq ortaq dizayn yəni yaradılışı göstərərlər. “Animal Planet” ortaq ata fərziyyəsini bir doqma olaraq mənimsədiyi üçün genetik məlumatlara əsaslanılan bu fərziyyələri “genetik dəlil” olaraq əks etdirməkdədir. Qısacası, bu iddianın elmi yönü yoxdur və yalnız darvinist ön mühakimələrdən qaynaqlanmaqdadır.