Dəniz fillərinin izah edildiyi proqramın bir hissəsində, qayalıq adada istirahət etdikləri sırada bir qütb ayısının ani hücumuna məruz qalan dəniz fillərinin görünüşlərinə yer verildi. Ayının hücumuyla çaxnaşmaya qapılan dəniz filləri xilas olmaq üçün suya hücum etdilər. Aparıcı bu qaçma davranışının təkamüllə ortaya çıxdığını müdafiə edərək bunları söylədi:
“Milyonlarla illik təkamülün qazandırdığı təcrübəni bir neçə saniyə içində xaricə əks etdirirlər”.
Burada ortaya qoyulan ifadələrin heç bir elmi dəyəri yoxdur. “National Geographic” kanalı təkamül nəzəriyyəsinə kor-koranə inandığı üçün mövcud olan hər canlının, davranışlarıyla birlikdə kor təsadüflərin əsəri olduğu istiqamətində mühakimə etmələr ortaya qoymaqdadır. Bir canlı və ya bir davranışın milyonlarla illik təkamülün məhsulu olduğunu söyləmək əlbəttə, çox asandır. Bu, eyni zamanda təkamül təbliğatının ən “zəhmətsiz” üsullarından biridir. Necə ki, “National Geographic” ekranlarında da “milyonlarla illik təkamülün məhsulu” şablonuna tez-tez müraciət edildiyini görərik. Mövzu izah edildikdən sonra (bu mövzuyla əlaqədar bir məhdudlaşdırma təxminən yoxdur (insan beyni, kamuflyaj, uçuş və s.)) proqramın sonunda bir yerdə əlaqədar orqan, davranış ya da qabiliyyətlər bu şablona yerləşdirilər. (Milyonlarla illik təkamülün məhsulu beyin, kamuflyaj naxışları ya da uçma qabiliyyəti kimi). Gerçəkdə, isə bu ifadələr yer verilən mövzuların sözdə təkamüllü mənşəyinə yəni təkamüllə necə ortaya çıxmış ola biləcəklərinə əsla bir izah meydana gətirməz və yalnız “National Geographic”in darvinizmi kor-koranə mənimsəməsiylə əlaqədardır.