Fil suitiləri və balinalar kimi dəniz məməlilərinin izah edildiyi sənədli filmdə son dərəcə həvəskar təkamül təbliğatına yer verildi. Bir sahildə toplanmış fil suitiləri arasındakı liderlik mübarizəsinin izah edildiyi hissədə erkək fil suitilərinin çox sayda dişidən ibarət olan ailələrini və bölgələrini digər erkəklərdən necə müdafiə etdikləri göstərilirdi. Bu sırada fil suitilərini müşahidə edən bir həkimə şagirdi, fil erkək suitilərin bir-birləriylə güləşdikləri sırada çıxardıqları donquldanmaları nəzərdə tutaraq bu maraqlı nəticəyə gəlindi:

 

“Təkamülün necə işlədiyini burada görürük! Bunu eşidirsinizmi? Sanki bir-birləriylə danışaraq rəqabət edirlər. Qəti olaraq aralarında rəqabət vardır. Bu bir həyatda qalma mübarizəsidir. Bu heyvanlar hər nə edirlərsə genləriylə qurşaqlara köçürülür”.

 

Gerçəkdə nə fil suitilərinin bir-birləriylə güləşərkən çıxardıqları səslər, nə də başqa canlıların məsələn, itlərin və ya aslanların çıxardığı səslər təkamül nəzəriyyəsinin xəyali iddialarına dəlil olmaları baxımından ən kiçik bir dəyər daşımazlar. Bu canlıların bir-birləriylə rəqabət halında olmaları da təkamül göstəricisi deyil. Bu fil suitiləri nəsillər boyu rəqabət etsələr də, davamlı donquldansalar da, başqa bir növə çevrilməyəcəklər; “təkamül” keçirməyəcəklər. Çünki digər bütün canlılarda olduğu kimi dəniz məməlilərinin də genləri nəsildən nəsilə dəyişmədən köçürülər və rəqabətin də DNT-ləri üzərində ən kiçik təsiri də yoxdur. Qısacası, bu şərhlər yalnız, darvinist ön mühakimələrə əsaslanan biologiya təhsili almış həkimə şagirdinin, darvinist ön mühakimələrə görə nəşr edən bir TV kanalının çəkdiyi sənədli filmdə ortaya qoyduğu yersiz, darvinist həyəcan nümayişindən ibarətdir. “Təkamülün necə reallaşdığını” gördüyünü söyləməsi də bir həkimə şagirdi üçün olduqca səthi yanılmadır.