Sənədli filmdə, Konqoda qruplar halında yaşayan qorilla, şimpanze və bonoboların həyatları araşdırıldı. Bu primat fərdlərin; bir-birləriylə oyun oynama, yeməkləri yuma, bir-birlərini cırmaqlama, alət düzəltmə və ovlanmada əməkdaşlıq davranışlarının yanında ovlanma taktikaları baxımından insanlarla bənzərlikləri üzərində dayanıldı. Diqqət çəkici olan bütün bunlar izah edilərkən, aralara sərpiştirilən “primat əmi oğlularımız”, “ən yaxın qohumumuz, “insanın təkamülü” kimi qərəzli ifadələrlə elmi görünüş altında təkamül təbliğatı edilməyə çalışılması idi.

 

Gerçəkdə isə bütün bunlar, təkamülçü ön fikirlərə görə edilmiş spekulyativ şərhlərdən ibarətdir. Bu təkamülçü ön fikirləri göstərən bir gerçək, canlılar aləmində insanla bənzər davranışlar sərgiləyən çox müxtəlif canlı növlərinin olmasıdır. Hətta bunlar, bu davranışlarında ortaya qoyduqları zəka səviyyəsiylə insanın sözdə ən yaxın qohumu olaraq önə sürülən şimpanzedən üstündürlər. (Arıların etdikləri riyazi hesablamalar, kor termitlərin etdikləri göydələn evlər, bəzi qarğa növlərinin alətdən istifadə edərək ovlanmaları kimi…) Belə ki, davranış bənzərliyi meyar alınaraq edilən müqayisə etmələr, təkamülçülər tərəfindən qəbul edilən xəyali həyat ağacıyla dərin ziddiyyətlər ortaya qoymaqdadır. Təbiətdə, təkamülçülərin xəyali ağacında insana çox uzaq olaraq göstərilmələrinə qarşı insani davranışlar göstərən çox sayda canlı vardır. Bu vəziyyət, davranış bənzərliklərinin təkamül dəlili olaraq istifadə edilə bilməyəcəyinin açıq göstəricilərindəndir.

 

Ancaq təkamülçülər təkamülü doqma olaraq kor-koranə qəbul etdikləri üçün elmi məlumatların ortaya qoyduğu ziddiyyətləri görməməzlikdən gəlməkdə, təbiəti inancları istiqamətində şərh etməyə, televiziya ekranlarında xəyali nağıllarla beyin yumağa davam etməkdədirlər.

 

Təkamülçülərin bu mövzudakı təbliğatının etibarsızlığını ortaya qoyan bir yazımızı buradan oxuya bilərsiniz.