İçeriğe geç

“Animal Planet” – Vəhşi təbiətin çempionları

Bir dəniz məməlisi olan və “dəniz pərisi” adıyla da xatırlanan lamantların izah edildiyi hissədə, haqqında danışılan canlı haqqında bəzi təkamülçü iddialar ortaya qoyuldu. Bununla əlaqədar ilk iddia, lamantların yaşayan qohumları arasında fillər və qarışqayeyənlər olduğu iddiası idi. Ancaq bu qohumluq iddiasının tək dayağı, ön mühakimələrdir.

 

“Animal Planet” sənədli filmində lamantlarla əlaqədar bu təkamülçü iddianın təməlində haqqında danışılan canlılarla lamantların paylaşdığı genetik xüsusiyyətlər yatmaqdadır. Ancaq genetik bənzərliyə əsaslanan bu iddia bəzi təməl əsassızlıqlar ortaya qoymaqdadır. Əvvəlcə iki canlının daşıdığı genetik bənzərliklər, təkamülə dəlil göstərilə biləcək bir fakt deyil. Bu ortaq mənşəyin ortaq dizayna söykənilə biləcəyi də açıqdır. Təkamülçülər ortaq dizaynı ən başda “mübahisəsiz” buraxmaqda və tapdıqları hər bənzərliyi artıq bir doqma halına gəlmiş olan ortaq ata fərziyyəsinə hesab etməkdədirlər. Qısacası, “Animal Planet”in yanaşması yalnız təkamülçü ön mühakimələrinin ifadəsidir.

 

Digər tərəfdən lamantların mənşəyini təkamülçülər arasında belə mübahisəlidir. Bu mübahisələr böyük ölçüdə lamantın daxil edildiyi təsnif etmədəki canlılar arasında dərin fərqliliklər görülməsindən qaynaqlanar. Təkamülçülər tərəfindən bu canlıya qohum göstərilən canlılar arasında, fil və qarışqayeyənin yanında kiçik bir siçan növü də vardır. Xüsusilə siçan kimi kiçik bir canlı, morfologiya baxımından bir fil və bir lamantla böyük bir təzad meydana gətirməkdədir. Üstəlik bu canlılar morfologiyanın yanında, həyat sahəsi və bəslənmə şəkilləriylə də fərqliliklər göstərməkdədirlər. “Animal Planet”, bəlkə bu böyük fərqliliklərin tamaşaçıda buraxmaq istədiyi təəssüratı zədələyəcəyindən çəkindiyi üçün lamantın siçanla olan qohumluğundan heç danışmamaqdadır. Bir təkamülçü üçün ortaq bir atadan təkamülləşdiyi irəli sürülən bu canlıların necə olub da belə fərqliləşdiklərini şərhin razı salıcı heç bir üsulu yoxdur.

 

Bir başqa nöqtə isə bu qohumluq əlaqəsinin nisbətən yaxın bir dövrdə yaradılmış olması və bunun haqqında təkamülçülər arasında şiddətli mübahisələr yaşanmasıdır. Şəcərələrinin anatomik bənzərliklərə əsaslanmalı olduğunu müdafiə edən ənənəvi məktəb, sürətlə inkişaf edən genetika elminə əsaslanan və ənənəvi şəcərələrini kökündən yıxan yeni şəcərələrini şiddətlə tənqid etməkdədirlər. Anatomik bənzərliklərə əsaslanan təkamülçülər fil-siçan-lamant arasındakı qohumluq əlaqələrində anatomiyanın tamamilə göz ardı edilməsini qəbul edə bilməməkdədirlər.

 

Bu mübahisələr nəticələnsə, genetik və ya anatomik ağaclardan biri üzərində razılaşma təmin edilsə belə təkamülə bir dəlil təmin edilmiş olmayacaq. Çünki şəcərəsinin yarpaqları üzərindəki növlərin yeri nə şəkildə olursa olsun, ağacın sxemdəki şəkili həmişə eyni qalmaqda, ortaq dizaynının da ən başda dövrə xaric buraxılmasıyla ortaq ata fərziyyəsi bir doqma olaraq ortaya çıxmaqdadır. Nəticədə, genetik və ya anatomik olsun, şəcərələri daim növlər arasında xəyali xətlərlə davam etdirilən, isbat edici xüsusiyyəti olmayan bir növ qruplaşdırma oyunudur. Bütün bunlar lamantlarla əlaqədar qohumluq iddialarının elmi təmələ deyil, təkamülçü ön mühakimələrə söykənən xəyali fərziyyələr olduğunu göstərməkdədir.

 

“Animal Planet”in lamantlarla əlaqədar bir başqa təkamül yanlısı iddiası, bu canlıların dırnaqlarının, fillərlə paylaşdıqları sözdə təkamüllü keçmişlərinin bir izi olduğu yönündədir. Ancaq bu da heç bir elmi dəlilə əsaslanmayan tamamilə zehin gücüylə yaradılmış iddiadır. Təkamülün təməl doqmalarından biri olan homoloji arqumentinin bir davamı olan bu yanaşma elmi olaraq çürüdülmüş fərziyyəyə əsaslanır. Bu cür homoloji iddialarının etibarsızlığı haqqında daha geniş yazını buradan oxuya bilərsiniz.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz