İçeriğe geç

“Discovery Channel” – Kəşf gündəliyi: Ayılar

Proqramda müxtəlif ayı növlərinin həyatları və müxtəlif xüsusiyyətləri haqqında məlumatlar verildi. Ayıların mənşəyiylə əlaqədar olaraq isə bu nağıl izah edildi:

 

“Qədim dövrlərdə pandalar eynilə qurdlar kimi yırtıcı idi. Təxminən 35 milyon il əvvəl ayıların ataları ayı iti adı verilən bir ayı cinsindən meydana gəlirdi… Bu ayılar kiçik itə bənzəyən etoburlardı. DNT çalışmaları pandanın ayı soyundan, qırmızı pandanın isə yenot soyundan olduğunu göstərdi… 10-12 milyon il əvvəl qaçan ayı cinsi çıxdı. Bunlar 2 milyon il əvvəl Panamadan Cənubi Amerikaya getdilər. Avrasiya ayıları da mağara ayılarının, boz və quru ayıların ortaya çıxmasına səbəb oldu. Boz və quru ayılar tapa bildikləri yeməyə uyğunlaşma təmin etməyi öyrəndilər. Boz ayıların şimalda yaşayanları suitilərlə bəslənməyə başladı və qütb ayısı ortaya çıxdı.”

 

Təkamülçülərin bu iddiası, ayılarla itlər arasındakı anatomik bənzərliklərdən qaynaqlanmaqdadır. Hər ikisi də məməlidir və kəllələrin quruluşu arasında müxtəlif bənzərliklər görülməkdədir. Bu canlıların ortaq bir atadan təkamülləşdiyi iddiası isə bənzərliklərin təkamüllə ortaya çıxdığı “inancı”nın varlığına əsaslanır. Bənzər strukturların təkamüllə ortaya çıxıb çıxa bilməyəcəyini araşdırmadan, bənzərlikləri doğrudan təkamül məhsulu qəbul etmək subyektivdir. Bu vəziyyətdə, canlılardakı bənzərliklərin ortaq dizayn məhsulu ola biləcəyi ehtimalı ən başdan ələnilməkdə və ön mühakiməli rəftar ortaya qoyulmaqdadır. Qısacası, ayı ilə it arasındakı bənzərliklər təkamülə elmi dəlil olmadığı halda təkamülə “inanan” birinin subyektiv şərhlərinə açıqdır.

 

Boz və quru ayıların tapa bildikləri yeməyə uyğunlaşması, ya da qütblərdə qütb ayısının ortaya çıxması da təkamülçülərin isbat etməsi lazım olan növdən dəyişmələr deyil. Uyğunlaşma daim gen hovuzundakı mövcud məlumatlardan reallaşdığı üçün sadədən kompleksə (molekuldan insana təkamül iddiasında olduğu kimi) bir inkişaf dəlili deyil. Bu mövzuda təkamül nəzəriyyəsi çıxılmaz vəziyyətdədir, çünki edilən saysız təcrübə, təsadüfi mutasiyaların canlıların DNT-sinə məlumat əlavə etməyə və onlara əvvəldən sahib olmadıqları üstünlüklü strukturlar qazandırma qabiliyyəti olmadığını ortaya çıxarmışdır.  Bundan əlavə, canlı qrupları arasında aşılmaz genetik baryerlər vardır, buna görə rəngi və bəslənmə forması nə olursa olsun, ayı həmişə ayı qalacaq.

 

Bütün bunlar “Discovery Channel”in ayıların mənşəyi haqqında ortaya qoyduğu iddiaların inancdan qaynaqlandığını və təkamülə elmi dəlil təmin etmədiyini göstərməkdədir.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz