Header

TRT 1 – Təkamülləşən həyat

Aa4a

Nayderyanların (Dəniz anası, mərcan, dəniz anemonu kimi canlıların aid olduğu filum, Cnidaria) izah edildiyi proqramda, zəmanəmizdə yaşayan heyvanların hərəkətlərinin əsaslandığı sinir və əzələ sisteminin ilk olaraq nayderyanlarda ortaya çıxdığı izah edildikdən sonra aşağıdakı təkamülçü ifadələrə yer verildi:

“Milyonlarla il əvvəl nayderyanlar inqilab edib heyvanlara hərəkət gətirdilər. Biz sinir hüceyrələrini əzələləri sinir hüceyrələrini istifadə edərik bütün bunlar nayderyanlar tərəfindən icad edildi… Nayderyanlar tərəfindən olan bu qiymətli sistem heyvanlar aləminə miras buraxılacaqdı… İnanılmaz bir addım idi. Heyvanlar hərəkət etmək üçün və reaksiya vermək üçün inanılmaz yollar inkişaf etdirdilər. Bütün bunlara atalıq edənlər isə nayderyanlardı. Bu primitiv və sadə qrupa böyük minnət borcumuz var…”

Nayderyanların sinir sistemini primitiv xarakterizə etməsi, yalnız TRT1-in ön mühakimələrindən qaynaqlanmaqdadır. Təkamülçülər təbiət tarixində sadədən kompleksə doğru təkamül yaşandığını iddia etdikləri üçün, yaşca köhnə və indiki vaxtda yaşayanlara müqayisə edilən daha sadə təşkilata sahib sistemləri “primitiv” deyə xarakterizə etmə meylindədirlər. Nayderyanların günümüz heyvanlarının hərəkət sistemlərinin atasal formasına sahib olduğunu iddia etmələri də bundan qaynaqlanmaqdadır. Gerçəkdə isə nayderyanlarla əlaqədar bu iddia etibarsızdır.

Əvvəlcə təbiətdə canlıları sadədən kompleksə doğru inkişaf etdirəcək bir mexanizm yoxdur. Bir bənzətmə edəcək olsaq, kompleks formalar texnologiya səviyyəsi baxımından üstün cihazlar kimidir. Daha üstün texnoloji cihazların, əvvəlki cihazlara görə daha çox mühəndislik məlumatı tələb etdiyi kimi, kompleks həyat formaları da DNT-lərində sadə formalara görə daha çox genetik məlumata sahibdirlər. Məsələn, bir filin xortumu, uyğun şəkildə hərəkət etməsini təmin edən yüz minlərlə əzələ və bunu dəstəkləyən xüsusiləşmiş sinir şəbəkəsinə malikdir. Təkamülçülərin, fildəki bu dizaynın əsaslandığı genetik məlumatın nayderyan kimi bir canlının DNT-sindən necə inkişaf etmiş ola biləcəyinə dair heç bir təmin edici şərhləri yoxdur. Müşahidələr təsadüfi mutasiyaların daim məlumatı ləğv etdiklərini və təsirli olduqları zaman da canlıya zərərli olduqlarını ortaya qoymaqdadır. Nayderyan kimi bir canlının hərəkət sistemindən filin sahib olduğu kompleks hərəkət sisteminə təsadüfi mutasiyalar nəticəsində gəlindiyini müdafiə etmək, yüksək yerdən təkrar-təkrar atılan kalkulyatorun zamanla kompüterə çevrilə biləcəyini müdafiə etmək kimidir. Qısacası, kompleks hərəkət sistemləri, nayderyanlardan təkamülləşərək ortaya çıxmış deyil.

Nayderyanların digər heyvanların atası olduğu iddiasının etibarsızlığını çox açıq şəkildə göstərən digər bir dəlil isə paleontologiyadan gəlməkdədir: Kembri partlaması. Bilinən bütün heyvan filumləri; nayderyanlar, səkkizayaqlılar, soxulcanlar, kozdalılar, qabıqlılar və s. hamısı bu geoloji dövrdə (540-530 milyon il əvvəlində) birdən, heç bir ataları olmadan ortaya çıxmışlar.

1999-cu ildə Çində ələ keçirilən 530 milyon illik iki balıq fosili, Kembri Partlamasının təkamül nəzəriyyəsi üçün meydana gətirdiyi çıxmazı daha da böyütmüşdür. Qısa müddət əvvəlinə qədər bilinən filumlərin hamısına yaxınının Kembri dövründə ortaya çıxdıqları bilindiyi halda bu dövrdə yaşadığı qəti olaraq bilinən onurğalı bir canlı yox idi. Ancaq Çində ələ keçirilən və aid olduqları canlı haqqında bir çox məlumat verəcək qədər geniş görünüşə sahib olan 530 milyon illik iki balıq fosili bu qəbulun bir xəyaldan ibarət olduğunu göstərdi (“Lower Cambrian vertebrates from south China” Nature 402, səh. 42-46,4 noyabr 1999). Bu balıqların “Alt Kembri” qayalarında ələ keçirilmiş olması, cnidariaya aid bir çox qrupla eyni dövrdə, hətta bəzilərindən əvvəl ortaya çıxdığını göstərirdi.

Yaxşı bəs necə ola bilər də nayderyanlardaki hərəkət sistemindən təkamülləşdiyi deyilən onurğalı hərəkət sistemi nayderyanların bir çoxuyla eyni dövrdə ortaya çıxmış ola bilər? Əlbəttə, belə bir vəziyyət haqqında danışmaq mümkün deyil. Beləcə nayderyanlar və günümüz canlıları arasında bir ata-soy əlaqəsi tapıldığı iddiasının yalnız ön mühakiməyə əsaslandığı ortaya çıxmaqdadır.

Görüldüyü kimi TRT1-də ortaya qoyulan iddialar, elmi dəlillərə baxmayaraq, kor-koranə inanılaraq müdafiə olunan yanılmalardır. Təbiət tarixinə aid tapıntılar darvinizmi rədd etdiyi halda bu gerçək görməzlikdən gəlinməkdə və sənədli filmdə heç bir elmi dəyəri olmayan təkamül nağılları izah edilməkdədir. Bu nöqtədə milli radio televiziya təşkilatımız TRT1-in rəhbərliyinə düşən məsuliyyət də ortaya çıxmaqdadır. Hörmətli TRT rəhbərləri, darvinizmin, elmi dəlillər deyil yalnız ideoloji məqsədlərlə dəstək olmağa çalışan bir nəzəriyyə olduğunu anlamalı və darvinist nəşrləri elmi araşdırmağa tabe tutmadan nəşr etməkdən əl çəkməlidirlər.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313