İlanların izah edildiyi proqramda, bu canlıların zaman içində qol və ayaqlarını itirən kərtənkələlərdən təkamülləşdikləri irəli sürüldü. Buna dəlil olaraq pitonun arxa hissəsinə doğru olan mahmıza bənzər, kiçik çıxıntı göstərildi. İddiaya görə, bu çıxıntı ilanın sözdə atasından qalma korlaşmış orqan idi.
Ancaq “Animal Planet”in bu iddiası heç bir elmi gerçəyə əsaslanmır. Fosil qeydləri bu orqanla əlaqədar təkamül iddiasında ortaya qoyulduğu kimi bir çevrilmə yaşanmadığını açıqca ortaya qoymaqdadır. İlanın təkamüllə ortaya çıxdığını göstərən heç bir qalıq tapıntısı, məsələn yarım ayaqlara və ya qollara sahib ilan görünüşlü bir canlıya aid fosil yoxdur. İlanlar fosil təbəqələrində xüsusi strukturlarıyla birdən ortaya çıxarlar. Ən qədim ilanlar, heç bir “ara forma” xüsusiyyəti daşımayan, günümüzdəki nümunələrindən fərqsiz canlılardır. (Robert Carroll, Vertebrate Paleontology and Evolution, səh. 235), Xüsusi strukturlarıyla birdən ortaya çıxmış olmalarının da tək izahı yaradılışdır.
İlanın təkamülü iddiasını əsaslana bilməyəcəyinin fərqində olan “Animal Planet”, bu çıxıntını korlaşmış orqan şəklində xarakterizə edərək sözdə təkamülə dəlil tapmağa çalışmaqdadır. Ancaq bu da səhv fərziyyədir. Çünki korlaşmış orqan arqumentinin məlumatsızlığa əsaslanan yanılma olduğu artıq geniş şəkildə bilinməkdədir. Keçdiyimiz əsr ərzində, əvvəldən korlaşmış orqan olduğu iddia edilən yüzü keçən orqan araşdırılmış və bunların faydaları və funksionallıqları təsbit edilmişdir. İndiki vaxtda vəziyyətin fərqində olan təkamülçülər korlaşmış orqan arqumentindən tamamilə imtina etdiyi halda, “Animal Planet” kimi kütləvi təbliğat məqsəd qoyan quruluşlar, içində olduqları “dəlilsizlik böhranı” bu səbəbdən köhnəlmiş iddiadan imtina edə bilməməkdədirlər. (Bu mövzuda geniş məlumat üçün baxın: “Vestigial Organs ara Fully Functional”, Jerry Bergman & Corc Howe, Creation Research Society)
“Animal Planet”in bir başqa nağılı da ilanın zəhəriylə əlaqədardır. Bu nağıldakı izahatın əsaslandığı xəyal gücü, “Animal Planet”in elm səviyyəsinin artıq həyəcan verdiyini göstərməkdədir.
“Animal Planet”, ilanların zəhərlərini əslində həzm məqsədiylə inkişaf etdirdiklərini, amma daha sonraları zülallar gücləndikcə bunların zəhər halına çevrildiyini iddia etməkdədir.
Halbuki ilanın və ya başqa canlının, öz bədənində həzm məqsədli maye inkişaf etdirməsi haqqında danışmaq mümkün deyil. Bu “inkişaf etdirmə hekayəsi” DNT-yə yeni genetik məlumat əlavə olunması deməkdir ki, bu səbəbdən təkamülün iddialarıyla açıqlanması mümkün olmayan strukturlar haqqında uydurulan yalandır. Təkamülçülər, bu günə qədər bir canlının DNT-sinə məlumat əlavə edərək onu başqa canlılara çevirə biləcək tək bir mutasiya belə görülmədiyini bildikləri üçün “təsadüfi mutasiyalar nəticəsində təkamülləşdi” şəklində açıq ifadə ortaya qoya bilməməkdədirlər. Bunun yerinə “ilan, zəhər yaratdı”; “fil, xortum yaratdı”; “quş, qanad yaratdı” və s. kimi hekayələri seçməkdədirlər. Halbuki, hər hansı bir canlı belə bir sistemi nə xəyal edə bilər, nə istəyə bilər, nə də öz bədənində yarada bilər.
İlan zəhəriylə əlaqədar iddianı bir az düşündüyümüzdə bununla əlaqədar əsassızlıqlar bir-bir ortaya çıxar. İlk olaraq, bir ilanın həzm mayesinin mərhələlərlə inkişaf etdiyini düşünmək həzm edə bilməyən ilanların necə olub da həyatda qalmış ola biləcəyi sualını gündəmə gətirər. Çünki ilan yaşadığı müddətcə həzm sistemi həmişə funksional olmalıdır. Həzm mayesi olmayan, bu səbəbdən yediklərini parçalayıb enerji əldə edə bilməyən ilanın həyatını davam etdirə bilməyəcəyi açıqdır.
“Zülalların gedərək güclənib zəhərə çevrilməsi” hekayəsi isə, öz içində boş bir ssenari olmasının yanında, ilandakı “silah sisteminin” necə ortaya çıxmış ola biləcəyini də açıqlamamaqdadır. Çünki ilan zəhəri, mədədə qaldığı müddətcə dişlənilən düşmənə zərər verməyəcək. Onsuz da bilindiyi kimi bu zəhər mədədə deyil, xüsusi kanallar yoluyla, çıxarıldığı ifrazat vəzlərindən ağızdakı iti dişlərə daşınar. Bu iti dişlərdə isə sanki bir şpris dizaynı vardır. İçlərində zəhəri ehtiva edən və dişləmə anında boşaldan incə boru yer alır. Bu çox parçalı sistemin təsadüfi mutasiyalarla ortaya çıxması mümkün deyil. Çünki bu parçaların birinin əskik olması vəziyyətində sistem işləməyəcək, bu səbəbdən ilana bir faydası da olmayacaq. Bu vəziyyətdə təkamül məntiqinə görə faydasız orqanlar ələniləcək, günümüzdəki ilanların kompleks sistemi bu şəkildə mərhələli olaraq ortaya çıxa bilməyəcək. Əslində sistemin parçalarının müəyyən məqsədə uyğun şəkildə bir yerə gətirilmiş, bir başqa deyişlə şüurlu dizayna əsaslandığı açıqdır. Təkamülçülər bu açıq gerçəyi qəbul etmək yerinə ilanların heç bir təkamülləşdirici gücü olmayan mutasiyalarla ortaya çıxdığını iddia edərək məntiqdən kənar rəftar sərgiləməkdədirlər.