İçeriğe geç

“Animal Planet” – Dünyanın sonundakı böcəklər: Əqrəblər

“Animal Planet”in bu sənədli filmində əqrəblərin, 450 milyon il əvvəl quruya çıxmağa ilk “cürət edən” onurğasızlar olduqları iddia edildi. “Animal Planet”, əqrəbin sözdə təkamüllü atalarının 1 metrə yaxın qəlsəmələrə sahib, suda yaşayan canlılar olduğunu qarşıya qoyurdu.

 

Silüryen dövründə suda yaşayan əqrəblər olduğu doğrudur. Bilindiyi kimi, günümüz əqrəbləri isə quru canlılarıdır. Bəzi təkamülçülər günümüz əqrəblərində olan və çoxdan (pectine və ya pecten) olaraq adlandırılan orqanların, Silüryen dövründəki su əqrəblərindən qalma qəlsəmə bənzəri orqanlar olduğunu qarşıya qoyarlar. Halbuki, bu yalnız fərziyyədən ibarətdir və tullantı deyil, funksional orqanlar olduğu bilinməkdədir. Duyğuyla əlaqədar bu orqan bəzi mexaniki qəbuledicilərə malikdir və erkək əqrəblərin səth titrəşmələrini qəbul edərək uyğun spermatophore (sperma kapsulası) yaymasına kömək olar. Beləcə “Animal Planet”in iddiasının elmi dəyər daşımadığı, yalnız ön mühakimələr istiqamətində ortaya qoyulmuş bəzi xəyali fərziyyələr olduğu ortaya çıxmaqdadır. “Animal Planet”in təkamülə dəstək təmin etmək məqsədiylə ortaya qoyduğu bu iddianın etibarsızlığını daha iti şəkildə ortaya qoyan tapıntı isə yüz milyonlarla il əvvəl günümüz əqrəbləriylə eyni bədən quruluşuna sahib əqrəb fosilləridir. Yandakı şəkildə, Şotlandiyanın Şərqi Kirkton bölgəsində tapılmış əqrəb fosilini görürsünüz. Pulmonoscorpius kirktoniensis növünə aid bu fosil tam 320 milyon illik və günümüz əqrəblərindən fərqsiz quruluşa sahibdir.

 

Əslində əqrəblərlə əlaqədar tapıntılar təkamülü deyil “təkamülsüzlüyü” göstərməkdədir. “Animal Planet” isə nəşr etdiyi sənədli film əvvəldən sona qədər əqrəblərə ayrılmış olmasına baxmayaraq, 320 milyon illik bu “təkamülsüzlük” göstəricisi fosillərdən tamaşaçılarına heç danışmır. Niyə? Çünki “Animal Planet” darvinizmi kor-koranə inanc olaraq mənimsəməkdə və darvinizmə zərbə vuran tapıntıların gizli qalmasını seçməkdədir. “Sudan quruya keçən əqrəbin cürəti” bənzəri əfsanəvi izahatlar da gerçəyi gizlədib təbliğat şüarlarıyla ört-bas etmə səyinin məhsuludur.

Əqrəblərin yüz milyonlarla il dəyişməyərək günümüzə çatması şüurlu dizaynla, yəni yaradılışla ortaya çıxdıqlarına dəlildir. Yaradılışlarına bir başqa göstərici, əqrəblərə üstün hərəkət qabiliyyəti qazandıran dizaynlarıdır. “Discovery Channel”də də izah edildiyi kimi, bir əqrəb, məngənəsiylə öz ağırlığının tam 200 qatını qaldıra bilər. Məngənələri üzərində yerləşdirilmiş kiçik ətlər sayəsində ətraflarındakı ən kiçik hərəkəti də asanlıqla qəbul edə bilən bu canlılar, uc-uca əlavə olunmuş parçalardan meydana gələn quyruqlarını istədikləri şəklə soxa bilər və ucunda olan iynələriylə düşmənlərini zəhərləyə bilərlər. Əqrəb bədənində xüsusi kimyəvi düstura əsaslanan zəhər çıxarılması, bunun xüsusi kanallardan iynəyə köçürülməsi və iynənin də geniş hərəkət sahəsi qazandıran vintə bənzər bu quyruğa yerləşdirilməsi möcüzəvi dizayn nümunəsidir. Hər dizaynın bir dizayneri olduğu kimi əqrəbin də yaradıcısı vardır. Əqrəbi bütün xüsusiyyətləriylə Uca Allah yaratmışdır.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz