İlanların izah edildiyi sənədli filmdə bu canlılarla əlaqədar təkamülçü iddia ortaya qoyuldu:
“Təkamül müddətində qol və ayaqlarını itirən ilanlar zəhər inkişaf etdirmişdir. Əgər ovunuzu tutmur və tuta bilmirsinizsə edə biləcəyiniz ən yaxşı şey onu iflic etməkdir”.
Əvvəlcə ilanların qol və ayaqlardan məhrum olan sürünənlər olması təkamülçülər üçün bir açmazdır. Məsələn, məşhur təkamülçü fərziyyə, ilanların, ayaqlarını pilləli olaraq itirən kərtənkələlərdən təkamülləşdiyi istiqamətindədir. Ancaq ayaqlarını mutasiya nəticəsində itirməyə başlayan bir kərtənkələnin necə olub da daha “üstün” hala gələ biləcəyi və təbii seleksiya tərəfindən “seçiləcəyi” sualı cavabsızdır.
Qaldı ki, fosil qeydlərində olan ən qədimi ilanlar da, heç bir “ara forma” xüsusiyyəti daşımayan və günümüzdəki nümunələrindən fərqsiz canlılardır. (Robert Carroll, Vertebrate Paleontology and Evolution, səh. 235)
İlanların zəhərlərinin təkamüllə “inkişaf etdirdiyi” iddiası da tamamilə dəlilsizdir və mümkün olmayan bir müddət təklif etməkdədir. İlanın zəhər sistemi, zəhər çıxaran vəzlər, bunları ağıza çatdıran kanallar və daha bir çox parçaya əsaslanır. Bütün bunlar yüklü miqdarda genetik quruluşa əsaslanır və hər biri müəyyən məqsəd üçün birləşmiş strukturlardır. Bu iç-içə keçmiş, kompleks sistemin şüurlu olaraq hazırlandığı açıqdır. Bu zəhər sisteminin təsadüflər nəticəsində olduğunu qəbul etmək, bir kimya laboratoriyasında böcəklərə qarşı istifadə ediləcək zəhərin və onu istifadə etmək üzrə hazırlanan vasitələrin özbaşına ortaya çıxa biləcəyini qəbul etmək qədər əsassızdır.