İçeriğe geç

“Animal Planet” – Onun haqqında hər şey: Kaftarlar

Kaftarların həyatlarını izah edən sənədli filmdə bu canlıların mənşəyi haqqında bəzi təkamülçü fərziyyələr edildi və bunlar pişiklərlə aralarındakı genetik bənzərliklərə söykənildi. Kaftarların, itlərə bənzəsələr də, pişiklərə daha yaxın olduqları irəli sürüldü.

 

Bir kaftarın itlərə deyil də pişiklərə qohum göstərilməsi təəccüblü görünə bilər. Əslində genetik olaraq bənzərlik daşıyan, daha çox fərqli görünüşdə canlılar da vardır. Məsələn, dəniz inəyi, fil və çöl siçanı bənzər genetik xüsusiyyətlərə malikdir. Ancaq bir dəniz inəyi suda yaşayan dəniz məməlisidir, fil isə nəhəng quru məməlisidir. Çöl siçanı da quru məməlisi olmasına qarşı fildən dəfələrlə kiçikdir. Dəniz inəyi etobur; fil otobur; siçan isə gəmiricidir. Yəni bu canlılar bəslənmə, həyat sahəsi və böyüklük baxımından son dərəcə fərqli olduqları halda təkamülçülər bunların xəyali atadan təkamülləşmiş qohumlar olduğunu doqma olaraq mənimsəməkdədirlər. Təkamülçülərin qurduğu genetik qohumluqlar nə qədər əsassız olsalar da, kor-koranə müdafiə olunan ssenarilərdir.

 

Gerçəkdə canlılarda ortaq genlər olması ortaq atadan təkamülləşdiklərini deyil, ortaq dizayna sahib olduqlarını göstərər. Bənzər məqsədli dizaynlarda bənzər strukturların istifadə edilməsi labüddür. Məsələn insanların hazırladığı kompüterlər bənzər quruluşda çiplərə malikdir. Fərqli kompüterlər təməldə eyni çiplərə əsaslanır. Genlər də bunun kimidir: Bütün canlılarda var, orqanizmin fiziki və fizioloji xüsusiyyətlərinin məlumatını saxlayarlar. Çiplərin kompüterlərdə ortaq olması bu kompüterlərin təsadüfən bir-birlərindən təkamülləşdiyini göstərməz. Əlbəttə, bunlar mühəndislər tərəfindən ayrı-ayrı hazırlanmışlar. Genlər də şüurlu dizayn yəni yaradılışla ortaya çıxmış strukturlardır. Canlılardakı ortaq dizaynlar da bir Yaradıcı tərəfindən yaradıldıqlarını göstərər. Uca Allah bütün canlı qruplarını ayrı-ayrı yaratmışdır.

 

Proqramda kaftarların mənşəyinə dair izah edilən bir nağıl da bu şəkildədir:

 

“Qədim zamanlarda böyük pişikkimilərin ovladıqları heyvanların yeyilməmiş sümükləri hər yerdə görülürdü. Sümüklərin təmizlənməsi üçün heyvanın bu sümüklərlə bəslənməsi lazım idi. Kaftarların o zaman sümük yeməyə başlayıb təkamül keçirməyə başladıqlarına inanılır”.

 

Bu nağıl kaftarların sümük qıra bilən güclü çənə strukturlarına baxılaraq izah edilmiş nağıldır. Bu qabiliyyətin təkamüllə ortaya çıxdığına dair tək bir elmi dəlil olmadığı halda, xəyali kaftar təkamülü, yenə xəyali olaraq, bir film kimi geri alınmaqda və bunun başlanğıcına dair fərziyyələr edilməkdədir. Əlbəttə, xəyal gücünün üst səviyyəsindəki bu iddialar elmdən son dərəcə uzaq, tamamilə ön mühakimələrə görə yaradılmış həqiqətə uyğun olmayan nağıllardır. Bu məntiqə görə bu şəkildə bir nağıl da yaratmaq mümkündür:

 

“Qədim zamanlarda yer üzündə otoburlar yox idi və hər yer yaşıllıqlarla dolub daşıyırdı. Bunların təmizlənməsi üçün heyvanların bunlarla bəslənməsi gərək idi. İnəklərin, keçilərin və digər otoburların bu yaşıllıqları yeməyə başlayıb təkamül keçirdiklərinə inanılar.”

 

Görüldüyü kimi təxəyyülün sərhədi yoxdur. Problem bu xəyal məhsulu ssenarilərin elm kimi təqdim edilməsidir. “Animal Planet” də təkamül nəzəriyyəsini müdafiə etmədə yalnız xəyal gücünə əsaslanmaqda, elmdən kənar nağıllar izah etməkdədir.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz