Dırnaqlıların izah edildiyi sənədli filmdə, bu canlıların mənşəyi haqqında bu cür nağıl izah edildi:

 

“65 milyon il öncə dinozavrların soyu tükənincə otoborların ilk ataları ortaya çıxmışdı. Bunlar, yəni kandilartlar (condylarth), uzun müddət əvvəl nəsilləri tükənmiş olan heyvanlar idi və indiki dırnaqlı heyvanlar kimi dırnaqları üzərində gedən canlılar idi. Onsuz da günümüz dırnaqlı heyvanları, kandilartın təkamül keçirmiş halıdır. Əlli milyon il əvvəl dırnaqlılar cüt və tək olmaq üzrə ikiyə ayrıldılar”

 

“Animal Planet” burada təkamülçü elm ədəbiyyatında tərk edilmiş bir əfsanəni təkrarlamaqdadır. Gerçəkdə bu iddialar müxtəlif fosillər arasında bənzərlik əlaqələri qurularaq yaradılan bəzi seriyalara əsaslanır. Ancaq bu seriyaların əsassızlığı və dırnaqlılar ilə kandilartlar arasında heç bir əlaqə olmadığı bilinən həqiqətdir. Bir tək dırnaqlı olan atın sözdə təkamüllü atası (Hyracotherium və ya Eohippus) ilə bunun sözdə atasal dəstəsi olan kandilartlar arasında heç bir əlaqə yoxdur. (Kofahl, R. E., Handy Dandy Evolution Refuter, Beta Books, San Diyeqo, Kaliforniya, 1997, səh. 159)

 

Dırnaqlıların kandilartlardan təkamülləşdiyi iddiası kimi, əlli milyon il əvvəl tək və cüt dırnaqlılar olaraq ayrıldıqları iddiası da bir nağıldır. Məsələn, atın sözdə təkamülünə dayaq göstərilən bəzi dırnaqlılar təkamülçülərin iddia etdikləri kimi bir sıralama göstərmədən, birdən ortaya çıxmaqda və birdən itməkdədirlər. Bir təkamülçü olan Boy tərəfindən Rensberger 1980-ci ildə Chicago Təbiət Tarixi Muzeyində edilən bir yığıncaqda bu mövzuda bunları söyləmişdir:

 

“Təxminən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündəki canlılardan bu günün daha böyük tək dırnaqlı atına bir silsilə pilləli dəyişiklik olduğunu qarşıya qoyan məşhur atın təkamülü nümunəsinin etibarsız olduğu uzun zamandır bilinməkdədir. Pilləli dəyişiklik yerinə, hər növün fosilləri tamamilə fərqli olaraq ortaya çıxmaqda, dəyişmədən qalmaqda, sonra da soyu tükənməkdədir. Ara formalar bilinməməkdədir.” (Boyca Rensberger, Houston Chronicle, 5 noyabr 1980, hissə 4, səh. 15)

 

“Animal Planet”in, dırnaqlıların mənşəyi mövzusundakı çarəsizliyi bu nağılın izahatında da asanca görülməkdədir. “Animal Planet” dırnaqlıların təkamülü iddialarıyla əlaqədar bir söz yığını ortaya qoymaqda və bunları söyləməkdədir:

 

“Kandilartlar indiki dırnaqlılar kimi dırnaqları üzərində gedən canlılar idi. Günümüz dırnaqlıları da onsuz da kandilartların təkamül keçirmiş halıdır.”

 

Görüldüyü kimi burada “təkamül” sözü edildiyi halda bunun necə reallaşdığına dair ən kiçik izah gətirilmiş deyil. Çünki iki cümlə arasında məntiqli heç bir səbəb-nəticə əlaqəsi, bu səbəbdən ortada məqbul bir şərh yoxdur. Bunu söyləmək, “velosiped də avtomobillər kimi şinlər üzərində hərəkət edər. Onsuz da avtomobillər də velosipedlərin təkamülləşmiş halıdır” demək kimidir.

 

Qısacası, “Animal Planet” dırnaqlıların mənşəyi mövzusunu açıqlamaqda tamamilə çarəsizdir və bu xəyali nağıllar və quru söz çoxluğunun əsl məqsədi kor-koranə inanılan darvinizmin təbliğatını edə bilməkdir.