“Axırıncı bələdçi” silsilə sənədli filmlərinin “yırtıcı quşlar” başlığını daşıyan hissəsində qartal, qırğı və bayquş kimi müxtəlif ətyeyən quşlar izah edildi. Qırğıların kilometrlərlə kənardan bir leşin qoxusunu ala biləcək qədər üstün qoxu hiss etmə qabiliyyətləri, qartalın kiçik bir siçanı bir kilometr uzaqdan görə bilməsini təmin edən iri gözləri və bayquşların qanadlarındakı, heç fərq edilmədən uca bilmələrini təmin edən xüsusi tük düzülməsi kimi mövzulara yer verildi.

Ancaq “Discovery Channel” proqramın sonlarına doğru təəccüblü şəkildə bu kompleks strukturların və bunların hamısından daha da kompleks olan uçuş sistemlərinin təkamüllə ortaya çıxdığı nağılını izah etməyə başladı. Nağıl “uçmaq bir quşun ən böyük təkamül müvəffəqiyyətidir” sözləriylə başlayır və belə davam edirdi:

 

“Quşun təkamülü ən atəşli elmi mübahisərələrin hələ başlıca mövzularından biridir. Quşların ataları iki yüz milyon il əvvəl sürünən olaraq ortaya çıxmışdı. Ağaclara çıxanlarda primitiv qanad meydana gətirəcək şəkildə pullu təbəqə meydana gəldi. Bu qanadlar ağaclardan enmələrinə kömək olurdu. Əlli milyon il sonra Arxeopteriks ortaya çıxdı. Hələ sürünənlər kimi dişləri və sərt sümükləri vardı. Amma bu heyvanları digərlərindən ayıran xüsusiyyət, tüklərinin olması idi. Tüklər də pullar kimi keratindən yaranır. Amma daha yüngül və elastikdirlər. Arxeopteriks uçurdu. Sonrakı yetmiş beş milyon il içində uçma qabiliyyəti gedərək daha çox inkişaf etdi və çox olan hər qram yox oldu. Daha yüngül olmaq üçün dişlərini belə itirdilər. İncələn sümüklər bal pətəyi şəklindəki toxumalarla gücləndirildi. Təxminən əlli milyon il əvvəl məməlilər artınca bunları ovlayacaq quşlar ortaya çıxdı və ovçu quşlar doğuldu.”

 

“Discovery Channel”in elmi həqiqət kimi verildiyi quşun təkamülü ssenariləri gerçəkdə tamamilə spekulyativdir və hər hansı elmi dayaqdan məhrumdur. Bu fərziyyələr iki iddia ətrafında sıxlaşmaqdadır. Quşların yerdə qaçan sürünənlərin qanadlanmasıyla təkamülləşdiyini irəli sürən kursorial nəzəriyyə və quşların ağaclardan ağaclara və ağaclardan yerə atlayaraq qanadlandığını irəli sürən arberoal nəzəriyyə. Ancaq bu ssenariləri dəstəkləyəcək heç bir ara fosil yoxdur. Təkamülçülər quşun təkamülünü doqma olaraq müdafiə etməkdə, yalnız bunun hansı ssenariyə uyğun şəkildə reallaşdığına dair xəyali iddialar ortaya qoymaqdadırlar. Ostrom, “mənim “cursorial predator” nəzəriyyəm həqiqətən də spekulyativdir. Lakin arboreal nəzəriyyə də eyni şəkildə spekulyativdir”. (John Ostrom, “Bird Flight: How Did It Begin?”, American Scientist, yanvar-fevral 1979, nömrə 67, səh. 47) deyərək hər iki fərziyyənin yalnız fərziyyəyə əsaslandığını etiraf edir.

 

“Discovery Channel” isə quşların təkamülü iddialarının xəyali fərziyyələrdən ibarət olduğu gerçəyini göz ardı edərək quşun təkamülü ssenarilərini izləyənlərinə elmi gerçəklər kimi göstərməkdədir. Bu sırada Arxeopteriksin quşların sözdə təkamülünə dəlil göstərilməsi tutarlı deyil, çünki Arxeopteriks onsuz da uça bilən, törəyə bilən quşdur. (Arxeopteriks haqqındakı təkamülçü iddiaların çürüdülməsi üçün baxın: Harun Yəhya, “Həyatın gerçək mənşəyi”.

 

Qısacası, “Discovery Channel”in hekayəsi tamamilə spekulyativdir. “Discovery Channel”, izah etdiyi quşlara dair xəyali atalar, xəyali təkamül müddətləri hazırlayaraq təkamül nağılları izah etməkdədir.