Header

NTV: Dinozavrlar çağı-2

Aa4a

NTV “Dinozavrlar çağı” adını daşıyan yeni serial sənədli film yayımlandı. Sənədli filmlərdə təxminən 65 milyon il əvvəl yox olduğu düşünülən dinozavrlar mövzu edilirdi. Kompüter animasiyalarıyla canlandırılan dinozavr növləri təbii həyat sahələrində təsvir edilir və bu canlıların həyatlarına dair məlumatlar verilirdi.

Sənədli filmin bu hissəsində “Pterozavr” olaraq bilinən uçan sürünənlərin beyni ilə dinozavrların soyu tükəndikdən sonra canlı növlərində görülən müxtəliflik haqqında təkamülçü yanılmalar ortaya qoyuldu.

Qanad genişlikləri 13 metri bulan və qanadlarında tüklər yerinə incə əzələ lifləriylə hörülmüş pərdələrə sahib olan Pterozavrların nisbətən kiçik beyinlərə sahib olduğu izah edildikdən sonra Texas Tech Universitetindən Sankar Chatterjee adlı araşdırmaçının şərhlərinə yer verildi.

Chatterjee, Pterozavrların yaşadığı dəniz sahillərində iki ölçülü görünüşlərdə olduqlarını, üç ölçülü görünüşə ehtiyac duymadıqları üçün beyinlərinin kiçik qaldığını iddia etdi. Ancaq Chatterjee bunu dəstəkləyə biləcək hər hansı elmi dəlil gətirmirdi. Həm də iddialarını əsaslandırdığı məntiq sonsuz dövrdən ibarət idi.

Chatterjee Pterozavrların beyinlərinin iki ölçülü dünyaya uyğun olaraq kiçik olduğunu buna görə böyümədiklərini iddia edirdi. Görüldüyü kimi Chatterjeenin cümləsində təkamülə əsaslana biləcək hər hansı dəyişiklik yoxdur. Ortada yalnız kiçik beyin vardır. Ancaq Chatterjee bu kiçik beynin mühit səbəbiylə kiçik qaldığını ifadə etməklə, beynin bəzi mühitlərə görə iriləşib təkamülləşəcəyi təəssüratını oyandırmağa çalışmaqdadır.

Bu təəssürat təkamülə dəstək verməz, çünki bu məntiqə görə hər hansı biri, məsələn, antilopların boyun uzunluqlarının budaqlara çatmada kafi olduğunu, buna görə uzanıb təkamülləşmədiyini söyləyə bilər. Hər iki nümunədə (Pterozavr beyni ilə antilop boyu) təkamüldən danışılır olmasına qarşı “təkamülsüzlük” keçərlidir. Ortada bioloji dəyişmə yoxdur, əksinə sabitlik vardır. Bu səbəbdən bunların təkamüllə uyğunlaşdırılması əsassızdır.

Qaldı ki, ortada canlılarda müsbət mənada dəyişiklik (yəni təkamül) yaradacaq mexanizm də yoxdur. Bir təkamül mexanizmi olaraq qarşıya qoyulan mutasiyalar təsirli olduqları zaman daim zərərlidirlər və komplekslikdə artım yarada bilməzlər. Qısacası, mutasiyaların canlıya yeni orqan və ya xüsusiyyətlər qazandırması haqqında danışılan deyil və Pterozavrların beyninin mühit dəyişsə, təkamülləşə biləcəyi kimi təəssürat vermənin elmi təməli yoxdur. NTV-də yayımlanan bu ifadələr darvinizmi kor-koranə mənimsəmiş bir elm adamının fərziyyələrindən ibarətdir.

Proqramın sonunda dinozavrların soylarının tükənməsi izah edilməkdə və daha sonra yer üzünə məməlilərin hakim olduğu ifadə edilməkdədir. NTV, kiçik siçan bənzəri bir canlı göstərərək bütün məməlilərin bundan təkamülləşəcəyi, bunlar arasından birinin də (yəni insanın) Aya gedib dinozavrların niyə yox olduğu haqqında araşdırmalar edəcəyi kimi fantastik təkamül nağılı ortaya qoymaqdadır. NTV-nin fantastik nağıllarla yayındırmağa çalışdığı məməlilərin mənşəyi mövzusu, gerçəkdə təkamül nəzəriyyəsinə ən böyük zərbələrdən birini vurar. Məməlilərin mənşəyi təkamülçülərin iddialarıyla heç bir şəkildə açıqlana bilməz.

Əlaqədar yazılar:

1) Məməlilərin mənşəyi: http://www.darwinizminsonu.com/doga_tarihi_2_10.html>

2) “National Gegraphic”in kor-koranə müdafiə etdiyi mövhumat: Məməlilərin təkamülü http://www.netcevap.org/natgeoch0304_1.html>

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313