“Discovery Channel” iri meymunların izah edildiyi bu sənədli filmdə iri meymunlarla insanlar arasında qurduğu bənzərliklərə əsaslanaraq təkamül təbliğatı etdi. “Discovery Channel”in iddialarının əsassızlığı qısaca aşağıdakı kimidir:
“Discovery Channel” genlərimizin çoxunu iri meymunlarla paylaşdığımızı iddia edərək bunları insanın təkamüllü qohumu olaraq xarakterizə etməkdədir. Halbuki bu canlıların genomları tamamilə açılmayıbdır. Müqayisə etmədə istifadə edilən hissələr genomların olduqca kiçik parçalarını təmsil etməkdədir. Həm də hansı qisimlərin istifadə ediləcəyi, bu səbəbdən nə nisbətdə bənzərlik nisbətləri əldə ediləcəyi mövzusu tamamilə araşdırmaçının ön mühakimələrinə açıqdır. Bənzərliyin çox olduğu qisimlər araşdırılsa bənzərlik nisbəti yüksək, bənzərliyin az olduğu qisimlər araşdırılsa, bənzərlik nisbəti aşağı çıxacaq. Bunlar və başqa əsassızlıqları http://www.netcevap.org/morrisgoodman.html ünvanından oxuya bilərsiniz.
“Discovery Channel” sənədli filmində, iri meymunlarla insanlar arasındakı bəzi anatomik bənzərliklər də təkamül iddialarına mövzu oldu. “Discovery Channel” iri meymunlarla insanların, quyruqlu meymunlar kimi digər primatlarda olmayan bəzi xüsusiyyətlərə ortaq olaraq sahib olduqlarını, bunların insanlarla iri meymunların təkamülündə ortaq xüsusiyyətlər olduğunu iddia edirdi.
“Discovery Channel” oynaq dirsək və biləklər, geniş bucaqlı çiyinlər kimi anatomik xüsusiyyətlərin insan və iri meymunlara xas olduğunu ifadə etməkdə, sonra bu strukturların təkamüllə necə ortaya çıxmış ola biləcəyi mövzusunda heç bir elmi dəlil göstərmədən fərziyyə etməkdədir. Bu mühakimə tələsik və səhvdir.
“Discovery Channel”in məntiq səhvini bir örnəklə açıqlayaq:
Bəzi avtomobillər, sükan çevirməsinin təkərlərə əks etdirilməsinə görə, dönüşləri geniş və ya dar bir yay üzərində reallaşdıra bilərlər. Dar yay üzərində dönə bilən vasitə, dar yolda edəcəyi U dönüşü istiqamətindən, geniş yay üzərində dönə bilən vasitəyə görə üstündür. Praktik çevrilməni təmin edən dizayn, müəyyən avtomobil fabrikindən çıxmış markalara xas ola bilər. Bu vəziyyətdə “X marka avtomobillərdə digər avtomobillərdə olmayan və üstün manevr performansı ortaya qoyan dizayn vardır” dedikdən sonra “o halda bu marka avtomobillər ortaq təkamülün məhsuludur” demək əsassızdır.
Ortaq strukturların, yəni avtomobilin mexaniki hissəsinin və insan ilə iri meymunlardakı bilək, dirsək və çiyin anatomiyalarının təsadüfi təbiət hadisələriylə, yoxsa şüurlu dizaynla ortaya çıxdığını anlamaq üçün bu strukturlardakı dizayn araşdırılıb qərar verilməlidir. Avtomobil mexanikasının mühəndis tərəfindən çıxarıldığı açıqdır. İnsan ilə iri meymunların paylaşdığı oynaqlar isə daha da üstün dizayn ortaya qoyar və bir dizaynerin varlığına işarə edər. Bu strukturlar son dərəcə kompleksdir və təkamüllə açıqlanmaları qeyri-mümkündür.
Paris Universiteti Tibb Fakültəsi bölmə başçısı olan və elmə qatqıları səbəbiylə Bürünc Ulduz Medal və Croix də Guerre Şərəf Nişanına layiq görülən Dr. Merle d”Aubigne, insan bədənindəki bir çox mükəmməl quruluşla birlikdə oynaqların da şüurlu dizayna işarə etdiyini belə dilə gətirməkdədir:
“Laboratoriya mühitində yenidən təmin edilmədiyi müddətcə, zülalların eyni anda, oksigenlə davamlı təmas halında qalaraq özünü qorumaq və törəmək məcburiyyətində olan orqanizm meydana gətirdikləri fiziki ya da kimyəvi vəziyyətin yaşandığına razı olmağım mümkün deyil. Fərdi olaraq mən, həyat şərtlərindəki dəyişikliklərə bağlı olaraq reallaşan mutasiyanın beynin, ciyərlərin, ürəyin, böyrəklərin hətta oynaq və əzələlərin kompleks və şüurlu nizamını açıqlaya biləcəyi fikrini təmin edici hesab etmirəm. Ağıl sahibi ya da təşkil edici bir güc olduğu fikrindən necə qaçınıla bilər ki?” (Henry Morgentau & Roy Abraham Varghese, Kosmos Bios Teos, Ənənə nəşriyyat, oktyabr 2002, İstanbul, səh. 161)
Qısacası “Discovery Channel”in səthi iddiaları elmi dayaqdan məhrumdur. Bu məntiqsiz iddiaların təməlində yatan tək faktor darvinizmə verilən gözü qapalı dəstəkdir.
“Discovery Channel” bu gözü qapalı dəstək üzündən elmdən kənar bir çox iddia ortaya qoymaqdadır. Proqramda primatların turbin kimi 3 ölçülü gözlər “təkamülləşdirdiyi” nağılı izah edilməkdə və izləyənlərin bunlara kor-koranə inanması gözlənilməkdədir. Halbuki, canlıların göz kimi bir quruluşu təkamülləşdirəcəyi iddiası ancaq bir təyyarənin radar sistemi təkamülləşdirə biləcəyi qədər elmidir. (Təkamülçülərin yalnız təbliğat məqsədli müraciət etdiyi bu məşhur izahatın tutarsızlığı haqqında baxın. BİR CANLI HAQQINDA TƏKAMÜL NAĞILI İZAH ETMƏK NİYƏ TƏKAMÜLƏ DƏLİL TƏMİN ETMƏZ?)