TRT 1 tərəfindən ekrana gətirilən sənədli filmdə, ictimai mühitlərdə yaşayan heyvanların ağıllı davranışları mövzu edildi.
Böcəklərin ictimai davranışlarının araşdırıldığı bir səhnədə, bu canlıların 200 milyon il əvvəl təkamülləşdikləri iddia edildi. Qartalların yer aldığı hissədə isə bu yırtıcı quşların ölüm maşını kimi təkamülləşdikləri hekayəsi izah edildi.
Ancaq bu iddialar yalnız təkamülçü ön fikirlərdən qaynaqlanan şərhlərdən ibarətdir. Təkamülü doqma olaraq mənimsəyən sənədli film prodüserləri, təkamül nağıllarını böcək və qartallara görə uyğunlaşdırmaqdadırlar. Bu uyğunlaşdırma isə “təkamülləşmişlər” etiketinin təkrar istifadə edilməsinə əsaslanır. Əlbəttə, bənzər şəkildə çox sayda qəlibləşmiş izahat etmək mümkündür. Məsələn, “əqrəblər zirehli vasitələr kimi təkamülləşmişlər” ya da “fil xortumu hər cür işi edə biləcək robot qol kimi təkamülləşmişdir” kimi qəliblər də yaradıla bilər.
Ancaq bunlar, hər hansı elmi dəlilə əsaslanmayan söz sənətlərindən ibarətdir. Bunlar, iddia edilən təkamülləşməyə dair heç bir şərh gətirməz, yalnız sahiblərinin fəlsəfi qəbullarına işarə edər.
Necə ki, “necə?” sualına cavab üçün bir az araşdırma edəcək olan biri, iddia edilən təkamülləşmələrin, müdafiə olunduqları görünüşün əksinə, heç bir həqiqət daşımadığını görəcəkdir. Böcəklərin sözdə təkamülləri tamamilə qaranlıqdadır; bu canlılar fosil təbəqələrində birdən və qüsursuz strukturlarıyla ortaya çıxmışlar. Məsələn, hörümçək, gənə və qırxayaqların 380 milyon illik fosilləri bu gün yaşayan nümunələrindən fərqsizdir. Belə ki, tapıntıları araşdıran elm adamlarından biri, fosillər haqqında “sanki dünən ölmüş kimidirlər” şərhini etmişdir. (New York Times Press Service, San Dieqo Union, 29 may 1983; W. A. Shear, Science, vol. 224, 1984, səh. 494)
Qartallarla əlaqədar iddia da eyni şəkildə, heç bir elmi dəlili olmayan bir fantaziyadan ibarətdir. Uçmaq üçün lazım olan xüsusi anatomiya, ortaya qoyduğu sadələşdirilə bilməz mürəkkəblikdə strukturlarla uçuşun təkamülü iddiasını rədd etməkdədir.
TRT 1 nümayəndələrini, nəşr etdikləri sənədli filmlərdə ortaya qoyulan təkamülçü iddiaların elmi dayaqsızlığı mövzusunda doğru məlumatlanmağa dəvət edir, elmdən kənar darvinist təbliğata alət olmaqdan şiddətlə çəkinmələrini tövsiyə edirik.