İçeriğe geç

“National Geographic Channel” – Lamantin: Fillər

Sənədli filmdə Lamantinlərin (tropiklərin Atlantik sahillərində görülən və bitki ilə bəslənən bir növ su məməlisi) fillərlə bənzərlikləri ələ alındı və bunların ortaq bir atadan təkamülləşdikləri qarşıya qoyuldu.

 

Ancaq bu iddia elmi dayağı olmayan, yalnız təkamülçü ön fikirlərə əsaslanan fərziyyədən ibarətdir.

Hər iki canlı da təkamülçülər tərəfindən yaradılan Afrotheria adlı üst dəstə içində yer almaqdadır. Bu üst dəstə, son illərdə genetik analizlərin sürət qazanmasıyla yaradılmışdır. Yəni “National Geographic TV” ekranında ortaya qoyulan təkamüllü qohumluq iddiası, bu iki canlının DNT məlumatlarının təkamülçü dünyagörüşündən şərh olunmasından ibarətdir.

Afrotheria, saxladığı sözdə təkamüllü qohumlar baxımından olduqca qəribədir. Fillər lamantinlərlə bu dəstənin içindəki qohumlar olaraq qəbul edilməkdədir, ancaq lamantinin həyat sahəsi və şəkli fildən tamamilə fərqlidir. Fillər quruda, lamantinlər isə suda yaşayır. Ayrıca anatomiyaları arasında (təməl məməli dizaynı xaricində) bənzərlik yoxdur. Bu dəstədə yer alan və təkamülçülərin hər iki canlıya qohummuş kimi göstərdiyi bir başqa canlı da kiçik çöl siçanıdır ki, bu canlı, yaradılan Afrotheria dəstəsinin qəribəliyini daha da artıran rol oynamaqdadır. Bu iddiaların nə qədər məcburi olduğu təkamülçülər arasında yaşanan müzakirələrdən də açıqca aydın olmaqdadır.

 

Anatomik baxımdan belə fərqli canlıların eyni qrupa daxil edilməsi qarşısında, anatomiyaçı təkamülçülər də səssiz qala bilməmiş, DNT və molekulyar bənzərlikləri təməl alan təkamülçülərlə, anatomik bənzərlikləri təməl alan təkamülçülər arasında şiddətli mübahisələr baş vermişdir. Hər iki qrup təkamülçü araşdırmaçılar da bir-birləriylə tamamilə zidd görüşlər müdafiə etməkdədirlər. (“Shaking the Family Tree”, Henry Gee, 1 fevral 2001, <http://www.nature.com/nsu/010201/010201-11.html> )

 

Təkamülçülərin ziddiyyətli nəzəriyyələri arasında sarsılan fil-lamantin qohumluğu iddiası, məməlilərin fosillərə baxıldığında isə tamamilə yox olub getməkdədir. Çünki bütün məməli qrupları fosil təbəqələrində birdən və qüsursuz bədən strukturlarıyla ortaya çıxmışlar. Bu da, lamantin və fil kimi son dərəcə fərqli mühitlərdə yaşayan canlılar arasında təkamülçülər tərəfindən iddia edilən qohumluq bağları düşünüldüyündə çox sayda keçid formasından əsər olmadığının, yəni ikisi arasında təkamüllü bağ hekayəsinin həqiqətə uyğun olmadığının sənədidir.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz