Header

“National Geographic Channel” – “Go Wild: Expedition Lemur”

Aa4a

Sənədli filmdə, Afrikanın Cənub-Şərqində yer alan Madaqaskar adasında yaşayan lemur növləri mövzu edildi. Və bu canlıların, 60 milyon il əvvəl adaya bir kötük üzərində gəlmiş olduğu iddia edilən, proto (öncül) lemurdan təkamülləşərək ortaya çıxdıqları hekayəsi izah edildi.

Lemurlar, prosimians (aşağı primatlar) qrupundan canlılardır. Meymun bənzəri bir bədənə və oynaqlara sahibdirlər. Çoxunun, uzunluqları boy tərəfindən bədənləri qədər olan tüklü quyruqları vardır. Önə doğru çıxıq, iti buruna və iri gözlərə sahibdirlər. (The Kolumbiya Encyclopedia, Sixth Edition, 2001)

Təkamülçülər, lemurun da daxil olduğu primat dəstəsindəki canlıları, ağacda yaşamalarını mümkün edən anatomik xüsusiyyətlər baxımından sıralayarlar. Şimpanze, qorilla və oranqutan kimi iri meymunların təkamülçülər tərəfindən “inkişaf etmiş” primatlar; lemurun isə “aşağı” primatlar qrupuna daxil edilməsinin məntiqi budur.

“National Geographic TV” sənədli filmində haqqında danışılan canlıya “qabaqcıl” lemur deyilməsinin məntiqi də lemur xüsusiyyətləri baxımından edilən bənzər təsnif etmədən qaynaqlanmaqdadır.

Ancaq təkamüllü inkişaf varmış havası meydana gətirməyi hədəfləyən, “öncül”, “inkişaf etmiş”, “aşağı” kimi ifadələr yanıldıcı olmamalıdır. Normalda primatların və lemurların bu şəkildə təsnif edilmiş olmaları təkamül lehində heç bir dayaq meydana gətirməməkdədir. Bunu əsas bəzi təkamülçülər də qəbul etməkdədir. Bunlardan biri olan Mark Ridley, “New Scientist” jurnalında nəşr olunan məqaləsində, bu mövzuda bunları ifadə etmişdir:

“Növlərin iyerarxik olaraq növlərə, ailələrə və bu şəkildə başqa kateqoriyalara təsnif edilə bilər olması təkamül lehində arqument deyil. Hər hansı obyekt qrupunu, variasiyaları təkamüllü olsun ya da olmasın iyerarxik olaraq təsnif etmək mümkündür.” (Mark Ridley, “Who Doubts Evolution?” New Scientist, vol. 90 (25 iyun 1981), səh. 832)

Qısacası, bir canlının “proto (öncül) lemur” olaraq adlandırılması, hər hansı təkamüllü ata-soy əlaqəsi sübut etməməkdə, yalnız təkamülçü ssenariyə görə edilmiş şərh etmələri ifadə etməkdədir. Bu mövzuda əsl dəlil meydana gətirəcək meyar, qalıq qeydləridir. Bu meyara görə edilən qiymətləndirmə, lemurlarla əlaqədar təkamül ssenarisinin ön fikirlərə əsaslandığını daha açıq şəkildə ortaya qoymaqdadır. Çünki lemurlar, təkamüllü ataları olaraq müdafiə oluna biləcək heç bir qalıq növə sahib deyil. Məşhur paleontoloq A. S. Romer bu mövzuda bunları yazmışdır:

“Erkən lemurlar bilinməyən bölgədən köçmüş kimidirlər.” (Romer, A. S., Vertebrate Paleontology, 3rd Et., Chicago: Univ. of Chicago Press, 1966, səh. 218)

Romerin, “bilinməyən bölgədən köçmüş kimidirlər” ifadəsi, lemurların “bir bölgədə birdən və təkamüllü ataları olmadan ortaya çıxdıqları” yəni lemurları Allahın bir anda əskiksiz olaraq yaratmış olduğu gerçəyinin təkamül nəzəriyyəsi baxımından meydana gətirdiyi bilməcəni ifadə etməkdədir.

“National Geographic TV”-nin lemurlarla əlaqədar təkamül iddiası, heç bir fosil qeydinə əsaslanmayan və canlıların paylaşdığı bəzi anatomik xüsusiyyətlərin təkamülçü ön fikirlərlə qiymətləndirilməsi yoluyla çıxarılmış fərziyyədən ibarətdir.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313