“Animal Planet”in bu sənədli filmində delfinlərin quru məməlilərindən təkamülləşdiyi iddia edildi. Bu iddianın etibarsızlığı haqqında baxın. Dəniz Məməlilərinin MənşəyiDəniz Məməlilərinin Xüsusi Strukturları.

 

Eyni sənədli filmdə balina və delfinlərin inəklərin təkamüllü əmioğluları olduğu da hekayəsi də ortaya atıldı. Bu təkamülçü iddia, canlılar arasındakı molekulyar bənzərliklərin ortaq atadan təkamül müddətini əks etdirəcək izlər ortaya qoyduğu fərziyyəsinə əsaslanır. Buna görə delfin və balinaların inəklərlə aralarındakı bəzi molekulyar bənzərliklərə baxılaraq təkamüllü qohum olduqları iddia edilməkdədir. Ancaq bu bənzərliklərin təkamül dəlili olaraq alınması yalnız və yalnız təkamülçü ön mühakimələrə əsaslanır. Gerçəkdə isə canlılar aləmindəki molekulyar bənzərliklər gerçəkdə təkamül nəzəriyyəsinə dəlil meydana gətirəcək xüsusiyyətlər ortaya qoymaz. Çünki təkamüllü qohum olduğu fərz edilən növlərin paylaşdığı molekullar bu canlılarla məhdud olmayıb təkamülçü dünyagörüşündən çox uzaq canlıları da əhatə edəcək şəkildə canlılar aləmində ümumi quruluş ortaya qoya bilməkdədirlər. Şəxsən nəzəriyyələrinə dəlil axtaran təkamülçülərin etdiyi işlər (təkamüllü təbiət tarixini əks etdirdiyi qarşıya qoyulan) xəyali “həyat ağacını yıxan nəticələr ortaya qoymuş və molekulyar bənzərliklərin yaxşı araşdırma sahəsi olacağı gözləməsindəki təkamülçüləri ümidsizliyə salmışdır.

 

Məsələn, Şimali Karolina Universiteti Tibb Fakültəsindən biokimya araşdırmaçısı Dr. Christian Schwabe, molekulyar sahədə təkamülə dəlil tapa bilmək üçün uzun illərini vermiş elm adamıdır. Xüsusilə, insulin və relaksin növü zülallar üzərində araşdırmalar edərək canlılar arasında təkamüllü qohumluqlar qurmağa çalışmışdır. Lakin işlərinin heç bir nöqtəsində təkamülə dair hər hansı dəlil əldə edə bilmədiyini bir çox dəfə etiraf etmək məcburiyyətində qalmışdır. Schwabe, “Trends en Biochemical Sciences” jurnalındakı məqaləsində belə yazmışdır:

 

“Molekulyar təkamül, təkamüllü qohumluqların ortaya çıxarılması üçün haradasa paleontologiyadan daha üstün metod olaraq qəbul edilməyə başlandı. Bir molekulyar təkamülçü olaraq bundan qürur duymam lazım idi. Amma əksinə, növlərin nizamlı inkişaf qeyd etdiyini göstərməsi lazım olan molekulyar bənzərliklərin bir çox istisnası olması olduqca cansıxıcı görünür. Bu istisnalar o qədər çox ki, gerçəkdə, istisnaların və qəribəliklərin daha əhəmiyyətli mesaj daşıdıqlarını düşünürəm” (Christian Schwabe, “On the Validity of Molecular Evolution”, Trends en Biochemical Sciences, cild 11, iyul 1986)