Xərçənglərin izah edildiyi bu sənədli filmdə, xərçənglərin 35 milyon il əvvəl qurunu zəbt edəcək şəkildə təkamülləşdiyi, bunun da “təkamül şərtləri” baxımından yeni sayıla biləcək vəziyyət olduğu iddia edildi. Burada qərəzli istifadə edilmiş olan və təkamül təlqini verməyi məqsəd qoyan “təkamül şərti” ifadəsi diqqət çəkicidir.
Xərçənglərlə əlaqədar bu iddialar yalnız xəyal gücü və ön mühakiməyə əsaslanan təkamül nağılından ibarətdir.
“Animal Planet”, bu ifadəylə “təbiət şərtləri”ni xatırlatmaq istəməkdə və bu şəkildə təkamülün təbii qüvvələrin “qaçınılmaz nəticəsi olduğunu” eyham etməyə çalışmaqdadır. Ancaq bu yanıldıcı eyhamdır. Sənədli filmdə, sözdə təkamülün “şərt” kimi təqdim edilməsi elmi dəlillərə deyil, materialist inanca bağlılığa əsaslanır.